Azərbaycan-İran Sərhədində 3,1 Maqnitudalı Zəlzələ Qeydə Alınıb
Tarix: 13.01.2025 / 00:57 •
Oxundu: 0 dəfə •
Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, təbii hadisə saat 23:27-də Yardımlı stansiyasından 14 km şimalda, İran ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, ocağı isə 26 kilometr dərinlikdə yerləşib.
Zəlzələ yer səthində hiss olunmayıb.