Bu gün:


Podolyak: Münaqişənin yalnız hərbi yolla həlli var

Tarix: 01.04.2024 / 18:16  •   Oxundu: 159 dəfə  •  

Münaqişənin yalnız hərbi yolla həlli var.

İDEAL xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixoylo Podolyak “X”də yazıb.

O bildirib ki, hazırda mövqe müharibəsi gedir: “Amma döyüşlərin “donmasına” dair əlamət yoxdur. Rusiya öz vəzifələrini yerinə yetirə bilməyib. Ona görə də eskalasiyanı davam etdirir. Rusiya bütün resurslarını müharibəyə sərf edir. Belə olan müharibənin yalnız hərbi həlli var”.

M.Podolyak Ukraynanın tərəfdaşlarını illüziyalara qapılmamağa çağırıb: “Oturub gözləmək mümkün deyil. Hərbi istehsalı artırmaq və Ukraynaya silah tədarükünü artırmaq lazımdır”.