Nazir: “SOCAR Rumıniyanın qaz bazarının əsas oyunçularından biridir”
Tarix: 01.04.2024 / 18:14 •
Oxundu: 160 dəfə •
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyanın təbii qaz bazarında əsas oyunçulardan biridir.
İDEAL xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
“Birgə addımlar ölkələrimiz arasında daha sıx əməkdaşlığa töhfə verir. Bizim də oxşar çağırışlarımız var və buna görə də Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və biz onu dərinləşdirməyə çalışırıq. Azərbaycanla ikitərəfli əlaqələr hər gün inkişaf edir”, - o vurğulayıb.