
Nazim Quliyev: Ədalətin bərqərar olunacağı ünvanı xəyanət yuvasına çevirməyin.
Reallıqda burası ədalətin bərqərar olunacağı ünvandırsa, istər əsas qanun hesab edilən Konstitusiya, istərsə də Cinayət Prosessual Məcəllədə (CPM) İnsan və Vətəndaş hüquq və əsas azadlıqları barəsindəki müddəalar sadəcə kitabları bəzəməyə xidmət etmirsə, o zaman qeyri-şərtsiz, sövq-təbii mənə yaraşanı yalnız və yalnız bəraətdir.
Gördüyünüz, eşitdiyiniz və qeyd edilən videolarda sübut etmə funksiyası ittiham tərəfin üzərinə düşsə də (CPM-si maddə 2.1), onlar özləri-özlərini ifşa etməklə yanaşı ittiham aktında yazılanların da tam əksinə ifadə verdilər.
Mənim bu iş üzrə tək “günahım” – özümü hüquqi dövlətin tam hüquqlu vətəndaşı hiss edib, cəmiyyətdə öz mövqeyimi ortaya qoymaqla, hüquqları pozulmuş vətəndaşlarımıza, şəhid ailələrinə, qazilərimizə ictimai vəkillik etməyimdir.
Bir daha mənə qarşı istifadə edilmiş canlıların annotasiyasını diqqətinizə çatdırıram:
1. Elan etdiniz ki, mənim mobil telefonumdan heç bir “zərərçəkmiş və şahidə” zəng olmayıb və onlardan da mənə hər hansı zəng olmayıb.
2. Şərin üzvləri ilə banditizmdə hər hansı üzləşmə olmayıb və səbəbi yazılı şəkildə iş materiallarına əlavə edilib ki: “anarxizm, banditizm kontekstində hər hansı üzləşmədən söhbət gedə bilməz.”
3. Nərimanov rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova banditizmin vassalı rolunda heç bir araşdırma aparmadan 02.11.2021-ci il tarixində (iş № 2(006)-4499/2021) saylı rədd edilmiş “Qətnamə”ni yenidən mənə qarşı ittiham elan etmişdir.
4. 6 ay 15 gün dələduz əməllərinə görə həbs edilmiş, qeydiyyatı belə polis bölməsində olan, məni şərləməkdən ötrü şərtlə azadlığa buraxılan İlyasova İlahə Rasim qızı və anası Minayə Həmidova ibtidai istintaqda fərqli, məhkəmə istintaqı zamanı tamamilə fərqli ifadə verərək ac-yalavac, evsiz-eşiksiz olduqlarını, xəstə olduqlarını, banditizmin yazdıqlarını unutduqlarını və ifşa olunduqlarını həm də çəkiliş kameraları yaddaşına yazdı. Bu cür anormallardan pul alıb, əlaqədə olmağıma yalnız və yalnız onlar səviyyəsizliyində olanlar inana bilər.
5. Banditizmin keçmiş əməkdaşı, Omar atçılıq klubunun 200 feodalı, AMAY-ın mühafizəçisi, tikinti Natiq Zeynalov məndən qorxduğunu, “İdeal” qəzetdə ölmüş at ətini mal əti adı altında satdığını yazdığımı, başına çoban papağı qoyduğumu və s. ittiham aktında əks edilir. Bəs bu yazılanlar niyə təqdim edilmədi? Necə ola bilir ki, 23.04.2024-cü il tarixində Natiq Zeynalovla banditizmdə ilk dəfə görüşəndə ifadə etdiyi sözü təhqiq və təsbit etmədiniz? Axı Natiqin dedikləri ittiham aktında öz əksini tapıb: “Zəng edib dedilər ki, gəl banditizmə, mən də gəldim.” Sual edildi ki, kim dedi? Cavab verib ki, “adını çəkə bilməyəcəyim general.” Niyə heç bir istintaq hərəkətləri aparılmadığı halda, 5 aydan sonra, yəni 16.09.2024-cü il tarixində Natiqlə bağlı olan epizod mənə elan edilirdi..? Omar atçılıq klubu təhlükəsizlik kamerası ilə əhatə olunub. Giriş-çıxışda polislər durur və mən Natiqin ofisinə girib-çıxıram, lakin məni nə kameralar, nə də ki polislər görə bilmir.
6. 16 saylı şəhər poliklinikasında tibb bacısı işləyən Məleykə Həsənova ayda 450 manat maaşla oğlu və ərini saxlayır. Məni ilk dəfədir ki, məhkəmədə görürdülər. Mənimlə heç bir telefon danışıqları yoxdur, mənə 7000 manat pul verdikləri ittiham aktında yazılıb. Ancaq hansı bank kartına, kim tərəfindən hər hansı qəbzin olmadığı barədə aparılmış araşdırma zamanı 26-cı polis bölməsi “İdeal” deyil, tamamilə başqa bir xəbər saytında material yayımlansa da, xitam qərarı çıxarılsa da, hansı məntiqlə, hansı ağılla epizod kimi qəbul edilə bilir? Başlıcası Həsənova Məleykə və onun həyat yoldaşı İftixarın epizodu Natiq Zeynalovun epizodu ilə səhvləri ilə eyni kopirayt edilmişdir.
7. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təhsil aldığı 23 saylı orta məktəbin inzibati binasının ikinci mərtəbəsində ofisimin yerləşdiyi ittiham aktında göstərilib və orada oturub çəkməçi Sülfəddindən 42.000 pul aldığım barədə bildirilir. Baxmayaraq ki, çəkməçi Sülfəddin özündə və çəkməsində təpər tapıb oyuna salındığını etiraf edib.
Hörmətli məhkəmə kollegiyası! İlk olaraq, ədalətin bərqərar olunacağı ünvanın xəyanət yuvasına çevrilməməsini, boşanmaları stimullaşdıran, hər cür əxlaqi dəyərləri rədd edən analojiya ilə üz-üzə duran canlıların atmaması, ölkəmizin hüquq sisteminin, qanunlarımızın hörmətsiz və nüfuzsuz hala salınmaması naminə ədalətli və vicdanlı olsanız, bəraət haqqım şəksizdir. Ümid etmək istəyirəm ki, haqq-ədalət mücəssiməsi Hüseynov Cavidin inisialı ləkələnməz!
Biz eyni zamanda İslam dininin daşıyıcılarıyıq. Viktor Hüqo demişkən: “Yalançı hökm, qətnamə, qərar çıxaran hakim evində fahişə saxlayır, çünki qanunsuz çıxardığı qərarlardan qazandığı pulla arvadına və qızına aldığı alt paltarlarında haqqı pozulan başqa kişilərin də haqqı var.”