Bu gün:


Qərbin regiona müdaxiləsi... - Abbas Musəvi

Tarix: 30.03.2024 / 11:36  •   Oxundu: 31 dəfə  •  

İran hər zaman region məsələlərin region daxili ölkələrin potensialından istifadə edərək həllinə təkid edib.

İDEAL xəbər verir ki, bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

"Qərb ölkələrinin regiona olan müdaxilə təcrübəsi uğurlu bir təcrübə hesab olunmur və regionda olan məsələlərin həllinə kömək etməyəcəklər heç, əksinə bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxardacaqlar. Çünki bu ölkələr başda öz maraqlarını təmin etməyin peşindədirlər, region ölkələrin maraqlarını deyil. Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək gücündədirlər. İran İslam Respublikası bu istiqamətdə iki və çox tərəfli təmasları sürdürür"
, - səfir deyib.