Bu gün:


Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Tarix: 01.04.2024 / 17:54  •   Oxundu: 134 dəfə  •  

Paytaxtın Fatmayı bağları adlanan ərazidə evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə İDEAL-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.