Bu gün:


Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

Tarix: 02.04.2024 / 16:35  •   Oxundu: 122 dəfə  •  

Sosial şəbəkələrdə canlı yayımda uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat xidməti İDEAL-a bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.