Bu gün:


İğdır-Naxçıvan qaz kəməri: Yeni strateji keçid

Tarix: 05.03.2025 / 22:38  •   Oxundu: 0 dəfə  •  

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı dövlət başçılarının iştirakı ilə həyata keçirilib. Bu layihə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və sarsılmaz birliyin rəmzi olmaqla yanaşı, strateji enerji tərəfdaşlığında yeni mərhələni təmsil edir. İğdırdan Naxçıvana hər il 730 milyon kubmetrədək qaz nəql edəcək bu kəmər Naxçıvanın enerji təhlükəsizliyini daha da gücləndirəcək və regionun enerji təminatında mühüm rol oynayacaq.