
"Pakistanda sərnişin qatarında baş vermiş və insan tələfatına səbəb olmuş terror aktı ilə bağlı xəbər bizi dərindən sarsıdıb və kədərləndirib."
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” platformasındakı açıqlamasında bildirilib.
"Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmağı arzulayırıq. Bu çətin zamanda qardaş Pakistan İslam Respublikası ilə həmrəy olduğumuzu ifadə edir və terrorçuluğun bütün forma və təzahürlərini qəti şəkildə pisləyirik," – deyə bəyanatda vurğulanıb.