
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 46 faizə yüksəldib
Bu barədə Türkiyə Mərkəzi Bankının rəsmi saytında yayımlanan Pul Siyasəti Komitəsinin aralıq iclasının qərarında qeyd olunub.
İclasda inflyasiya proqnozuna təsir göstərə biləcək risklər dəyərləndirilib və sərt pul siyasətinin davam etdirilməsi üçün müvafiq addımlar atılıb.
Nəticə etibarilə, komitə Mərkəzi Bankın uçot dərəcəsinin 46 faizə qaldırılması barədə qərar verib.