Bu gün:


“Qarabağ” FK-dan yeni bir uğur daha

Tarix: 30.03.2024 / 11:13  •   Oxundu: 117 dəfə  •  

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

İDEAL xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında ən erkən çempionluğu qazanıb.

Qurban Qurbanovun yetirmələri 2023/2024 mövsümünün çempionu adını XXVIII turda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəlməklə təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

Əvvəlki rekord da Ağdam klubuna məxsus idi. 2015/2016 və 2017/2018 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən "köhlən atlar" bu rekordu ikiqat üstələyib.