
ABŞ ordusunun dörd hərbçisi Litvanın Pabrade poliqonunda keçirilən taktiki təlimləri başa vurduqdan sonra həyatını itirib.
Bu barədə Litvanın "Lrytas" portalı məlumat yayıb.
Məlumata əsasən, dörd amerikalı hərbçi martın 25-də axşam saatlarında təlim ərazisini tərk etdikdən sonra itkin düşüb. Axtarış tədbirləri nəticəsində onların avtomobilinin bataqlıqda olduğu müəyyən edilib. Bütün hərbçilərin faciəvi şəkildə öldüyü bildirilir.