
DİN: Dələduzlar bank saytlarının oxşar dizaynlı saxta versiyalarını hazırlayırlar
İdealmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
"Dələduzlar tərəfindən hazırlanmış fişinq saytları vizual baxımdan orijinal saytlarla demək olar ki, eynidir, bu səbəbdən onları ilk baxışdan ayırd etmək çətin ola bilər. Lakin müəyyən nüanslara diqqət yetirməklə fərqləndirmək mümkündür. Sayt ünvanının “https” ilə başlamasına diqqət edin, həmçinin domen adındakı hərf və rəqəmlərin düzgünlüyünü yoxlayın. Belə saxta səhifələrdə tələb olunan ödənişləri — məbləğindən asılı olmayaraq — etdiyiniz halda, şəxsi məlumatlarınız ələ keçirilə bilər. Məsələn, “I” hərfi əvəzinə “1”, yaxud “o” əvəzinə “0” kimi dəyişikliklərin olub-olmadığını diqqətlə izləyin", – deyə E. Hacıyev bildirib.