Molla rejiminin gen kodunda erməni "ŞTRİXİ" - İran hakimiyyətinin Ermənistan SİRRLƏRİ...
Tarix: 23.03.2023 / 10:25 •
Oxundu: 91 dəfə •
İran artıq vəziyyəti Azərbaycanla diplomatik kanalları tamamilə kəsmək həddinə çatdırıb. İran-Azərbaycan münasibətləri 44 günlük İkinci Qarabağ müharibəsinə qədər çox yüksək səviyyədə olmasa da rəsmi Tehran Bakıya qarşı kin-küdurətini həmin dövrə kimi bu şəkildə bəyan etməyi gözə almırdı. Lakin son proseslərə nəzər saldıqda görürük ki, molla rejimi üçün Azərbyacanla bağlı hər hansı bir qırmızı çizgi deyilən bir şey qalmayıb.
Əslində hər şey elə 44 günlük Vətən müharibəsi ilə qənşərə çıxdı, molla-fars rejiminin iç üzü açıldı. Yəni Azərbaycan müharibədə qalib ayrıldığı üçün Tehran bəzi kartları açdı. Açılan kartlardan biri də İranın Azərbaycan siyasəti idi. Üzdə dost, arxada isə Azərbaycanın düşməni olan bir ölkənin əsl üzü də məhz Azərbaycan gücləndikdən sonra ortaya çıxdı.
İşğal altında olan məscidlərimizdə donuz saxlayan Ermənistana gözün üstə qaşın var deməyən İran, din pərdəsi altında Azərbaycanda silahlı terrorçu yetişdirməyə çalışdığı azmış kimi, səndemə Ermənistanı da əsas silah və digər hərbi tədarüklərlə həm Vətən müharibəsi zamanı, həm də ondan sonrakı postkonlikt dövründə təmin etməkdədir.
Hər vəchlə Azərbaycana zərbə vurmaq, təzyiq etmək, zəiflətmək üçün çalışan İranın din pərdəsi altında gizlənməyi 30 il çəkdi. Nəhayət, bu ölkə əməlləri ilə Azərbaycana düşmən gözündə baxdığını büruzə verdi.
Torpaqlarımızın azad olunmasına mane törətmək, Qarabağdakı ermənilərə silah keçirməyə çalışmaq, Zəngəzur dəhlizini qırmızı xətt adlandırmaq, Zəngilan hava limanı açılarkən təcili Qafanda konsulluq açmaq, Naxçıvanı İranın Qüdsü adlandırmaq, bütün bunlar İranın Azərbaycan siyasətinin əsl simasıdır.
Qafan demişkən, Ermənistanın Qafan rayon mərkəzindəki İran konsulluğunun əslində SEPAH-ın 102 zabitinin Ermənistana göndərilməsi və indi də orada qalması üçün leqal məkan olduğu rəsmi Bakıya çox yaxşı məlumdur. Bu zabitlərin sonradan Xankəndi, Əsgran, sabiq Ağdərə və Xocalıya göndərilməyə ezam olunmalarından, amma Tehranın niyyətini puç olmasını da bilirik.
İran rejiminin illərdir dünyanı aldatdığı saxta xarici siyasətinin digər üzü də bu hadisələr fonunda bütün çılapqlığı ilə daha da ortaya çıxdı. Ermənistanı qırmızı xətt sayan İran nədənsə Nensi nənənin gəlişinə səssiz qaldığı kimi Aİ-nin birtərəfli qərarla regiona "mülki" missiya adı altında heyyətinin yarıdan çoxu silahlı hərbiçilərdən ibarət olan dəstəni burnunun ucuna kimi - Ermənistanın Azərbaycanla sərhəddinə göndərməyinə heç bir ciddi reaksiya ilə yadda qalmadı.
İran Tehranda Azərbaycan səfirliyinə təşkil etdiyi terror hücumu ilə bu düşmənçiliyi beynəlxalq səviyyədə elan etdi. Səfirliyimizə hücum beynəlxalq aləmdə diplomatik qalmaqal hesab olunur. Çünki səfirlərin toxunulmazlığına beynəlxalq səviyyədə qaranti verilir. İranda Azərbaycan səfirliyinə hücum isə o deməkdir ki, artıq İran Azərbaycan dövlətinə qarşı seçimini edib.
SEPAH-ıın sosial media hesablarından Azərbaycanı hədəf göstərən son paylaşınmları molla rejiminin seçimini göstərən növbəti faktdır. Belə ki, SEPAH İranla Azərbaycanın silahlı qüvvələrini "müqayisə" edib. Ərazini və əhali sayı arasındakı çox böyük fərqi diqqətə çatdıran molla rejimin silahlı dəstəsinin bu müqayisəsi olduqca primitivdir. Çünki Azərbaycan müdafiə potensialı baxımından İrana yerini göstərmək iqtidarındadır.
Lakin SEPAH artıq Azərbaycana qarşı mümkün hərbi əməliyyatların hazırlığını görür desək yanılmarıq. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun Telegram kanalında ötən gün "İran Qafqaz müharibəsinə niyə başlamalıdır? başlıqlı məqalə dərc etməsi daxili auditoriyanı buna hazırlamaqdan başqa bir məqsəd də daşımır.
Orada bildirilir ki, Azərbaycan guya İranın Rusiya və Avropa ilə quru əlaqəsini kəsmək üçün Ermənistan ərazisinin bir hissəsini, yəni Sünik bölgəsini ələ keçirmək niyyətindədir. Və bu, İrana ağır iqtisadi ziyan vuracaq. İran molla rejimi bu cür fikirlərlə əslində eyni zamanda Bakını Rusiya və Qərblə də üz-üzə qoyaraq, Azərbaycanı təkləmək niyyəti güddüyünü yaxşı bilirik. Amma Bakının gözünü qorxutmaq üçün bu, olduqca primitiv üsuldur.
Ən azı ona görə ki, İranın silahlı qüvvələrindəki texnikaların total əksəriyyəti 1970-1980-ci illərdən qalmadı. Ballistik raketlər, PUA-lar, hərbi gəmilər və s.-in sayı baxımından İran üstündür. Lakin kəmiyyət keyfiyyət deyil.
İranın hərbi təyyarələrinin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuşlar etməsi faktı molla rejiminin Azərbaycan düşmənçiliyini göstərən olduqca önəmli detaldır. Bu addımla molla rejimi Azərbaycanı təxribata sürükləməyi hədəfləmələ yanaşı kəşfiyyat məlumatları əldə edərək Ermənistana bu informasiyaları da ötürməyə çalışır.
Bu gün heç zaman olmadığı kimi "İran İslam Respublikası" adlı dövlətin əks-kəşfiyyat, kəşfiyyat və hərbi strukturları Azərbaycana qarşı genişmiqyaslı informasiya-hibrid savaşı aparırlar. Bu savaş son günlərdə daha da intensiv xarakter alıb. Hədələrin, hərbi güc nümayişi ilə qorxutma cəhdlərinin, sarsaq bəyanatların bir məqsədi var - Azərabycanda xof yaratmaq!
Amma molla rejiminin bu cəhdləri də sabun köpüyündən başqa bir çey deyil, heç bir effect verməyəcək. Yaxşı olar ki, Tehrandakı əxlaqsız hakimiyyət və mənəviyyatsız rejim bunu birdəfəlik qansınlar.
Amma təəssüf ki, qanana oxşamırlar. İran və Ermənistan rəsmiləri arasında son günlər xüsusilə sıx təmasların şahidiyik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani ilə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Əslində regionun təhlükəsizliyinə sabitliyinə ən böyük maneə, təhdid olan iki dövlətin bu ad altında hansısa bir məsələni müzakirə etməsindən gülünc bir şey ola bilməz. Kimdə nə yoxdursa, ondan danışır...