Paşinyanın etirafı erməni toplumunu şoka saldı: Ermənistanın sonuna 2-3 il qalıb, Köçəryan da qaçır
Tarix: 07.05.2023 / 17:17 •
Oxundu: 142 dəfə •
Erməni baş nazir Ermənistanın gələcək taleyindən narahat olduğunu qətiyyən gizlətmir, vaxtın daraldığını xüsusilə qabardır, dərhal qərar qəbul edilməsinin vacibliyinə eyham vurur... Rəsmi İrəvan Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün daha üç il gözləməyə səbrinin çatmayacağından artıq qəti əmin olub, Ermənistanın sonun başlanğıcı mərhələsinə keçid etdiyi qənaətindədir...
Ermənistan siyasi dairələri son dövrlərdə yürüdülən "sürüşkən və xaotik" manevrlərin real nəticələri ilə üz-üzə qalıblar. İndi Paşinyan hakimiyyəti açıq-aşkar isterik vəziyyətdədir. Bütün hədəflər bir-birinin ardınca boşa çıxıb, 44 günlük savaşda biabırçı kapitulyasiyanın ardınca siyasi-diplomatik məkanda da ağır məğlubiyyət inkaredilməz reallıqdır. Və bundan sonra rəsmi İrəvanın necə davranacağı indi böyük maraq doğurur.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan cəmiyyətində də bu mövzu ciddi şəkildə müzakirə olunur. Əksər erməni politoloqlar hesab edirlər ki, Paşinyan hakimiyyəti Vaşinqton görüşündə Qarabağın Azərbaycana "paket" şəklində təhvil verilməsini təmin edib. Halbuki, bu, Paşinyan hakimiyyətini ittiham etmək üçün yeni bəhanədən başqa bir şey deyil. Çünki məhz Azərbaycan ordusu ölkənin işğal altında olan bütün ərazilərini, o cümlədən də Qarabağı geri qaytarıb.
Ancaq erməni düşüncə modeli bu reallığı qəbul etmək istəmir. Paşinyan hakimiyyətinin məqsədyönlü şəkildə məğlubiyyətə uğrayaraq, Ermənistanın "tarixi qənimətlər"ini əldən verdiyini iddia edir. Azərbaycanın Qarabağ regionundan olan erməni mənşəli Çexiya vətəndaşının baş nazir Nikol Paşinyanla mübahisəsi bu baxımdan, maraq doğurur.
Belə ki, Qarabağ ermənisi Çexiyada baş nazir Nikol Paşinyanı əvvəlcə "artsaxı", ardınca isə Ermənistan ərazilərini Azərbaycana təhvil verməkdə suçlayıb. Erməni baş nazir isə cavabında "Qarabağın verilməsini istəmirsənsə, niyə orda qalıb, vuruşmadın, niyə Çexiyaya gəlibsən? Vətəni uzaqdan müdafiə etmək vərdişlərinə son qoymaq lazımdır" deyib. Və baş nazir Nikol Paşinyanın bu cavabı əslində, erməni toplumunun mövcud durumunu əks etdirir.
Məsələ ondadır ki, erməni toplumu Azərbaycan ərazilərini ələ keçirməyə xüsusi həvəs göstərir. Ancaq erməni toplumunda savaş əhval-ruhiyyəsi yalnız hay-küydən uzağa getmir. Üstəlik, erməni toplumu dünyanın nəhəng dövlətlərini "Ermənistanın maraqları" üçün vuruşmağa borclu hesab edir. Və bu, erməni zehniyyəti Ermənistanın gələcək mövcudluğunu da böyük risk altına salıb.
Ermənistan statistika qurumlarının məlumatına görə, hazırda ermənilər kütləvi şəkildə ölkəni tərk etməyə başlayıblar. Ermənistan vətəndaşları qazanc dalınca xarici ölkələrə üz tuturlar. Sərhədyanı kəndlərin boşalmaq üzrə olduğu bildirilir. Və bu, erməni toplumunun Ermənistanın gələcək perspektivlərinə inanmadığını göstərir.
Maraqlıdır ki, Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryanın da ölkəni tərk etməyə hazırlaşdığı barədə məlumatlar yayılıb. Ermənistan mətbuatının iddiasına görə, Robert Köçəryan öz yaxın ətrafı ilə qapalı məsləhətləşmələr keçirib. Həmin məsləhətlərdə o, yaxın vaxtlarda Ermənistanı tərk edərək, xarici ölkələrdən birinə getmək niyyətində olduğunun mesajını verib. Hətta Robert Köçəryanın oğlunun öz ailəsi ilə ABŞ-a yerləşmək üzrə olduğu da bildirilir.
Əslində, bütün bunlar o qədər də təəccüblü deyil. Erməni politoloqlar Ermənistanın bir dövlət kimi, sürətlə dağılma mərhələsinə keçdiyini etiraf edirlər. Onların fikrincə, indiki situasiyada və Paşinyan hakimiyyətinin yürütdüyü siyasətlə Ermənistanın mövcudluğunu uzun müddət qorunması mümkün deyil. Halbuki, Ermənistanın keçmiş prezidenti Kevin Ter-Petrosyan bu barədə erməni toplumuna açıq mətnlə xəbərdarlıq edəndə, onu xain elan etmişdilər.
Ancaq Kevin Ter-Petrosyan Ermənistanın gələcək taleyini detallı şəkildə təsvir etmişdi. O, bildirmişdi ki, Ermənistan ən qısa zamanda Azərbaycanla sülh sazişi imzalamağa və Türkiyə ilə də münasibətlərini normallaşdırmağa çalışmalıdır. Əks halda, qısa bir müddətdən sonra erməni toplumu Ermənistan adlı dövlətin həmişəlik itirilməsi ilə barışmaq məcburiyyətində qala bilər.
Nə qədər qəribə də olsa, uzun müddət Ermənistana yeni xarici himayədarların axtarılmasına vaxt sərf etmiş baş nazir Nikol Paşinyan da artıq bu barədə danışmağa başlayıb. O, bildirib ki, Ermənistanın güvənə biləcəyi xarici dəstək ünvanı qalmayıb. Hətta Avropa Birliyinin mülki müşahidə missiyası da rəsmi İrəvanın təhlükəsizlik ümidlərini doğrultmayıb. Əksinə, erməni baş nazir hesab edir ki, Avropa Birliyinin mülki missiyası ucbatından indi Ermənistanı yeni təhlükəsizlik problemləri ilə üzləşməyə başlayıb.
Ermənistan baş naziri Nikol Paşinyan mövcud situasiyadan çıxış yolunu da göstərməyə çalışıb. O, bildirib ki, əgər, Ermənistan öz mövcudluğunu qoruyub, saxlamaq istəyirsə, qonşu ölkələrlə - Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmalıdır: "Ermənistan öz mövcudluğunu qorumaq istəyirsə, Azərbaycan və Türkiyə normal münasibətlər, iqtisadi-ticari əlaqələr qurmalıdır. Əks halda, qonşularla düşmənçilik şəraitində uzun müddət bu regionda mövcud olmaq mümkün deyil".
Onu da qeyd edək ki, erməni baş nazir Çexiya səfiri zamanı Ermənistanın gələcək taleyi ilə bağlı ehtimallarını daha da konkretləşdirib. Onun fikrincə, Ermənistan üçün vaxt sürətlə daralmağa başlayıb: "Biz yaxın 2-3 il ərzində Ermənistan dövlətinin mövcudluğunu qorumaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Əgər, buna nail ola bilsək, Ermənistan dövləti yaxın 100 il ərzində mövcud olmaq şansı qazanacaq".
Göründüyü kimi, erməni baş nazir Ermənistanın gələcək taleyindən narahat olduğunu qətiyyən gizlətmir. Vaxtın daraldığını, 2-3 il ərzində Ermənistan dövlətçiliyi üçün hər şeyin sona çata biləcəyini qabardır. Dərhal xilas modeli üzrə addımların atılmasının vacibliyinə eyham vurur.
Yəqin ki, burada açıq mətnlə dilə gətirilməyən əsas məqam Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün Ermənistanı daha üç il gözləməyə səbrinin çatmayacağı ilə bağlıdır. Əgər, həmin sənəd imzalanarsa, onda Ermənistan yaxın 100 ildə mövcudluğa ümid bəsləmək şansı qazana bilər. Əks halda, Ermənistan yolun sonuna gəlmiş olacaq. Buna Paşinyanın dediklərindən şoka düşən Ermənistan cəmiyyətində veriləcək reaksiya bu ölkənin gələcək taleyini birmənalı şəkildə müəyyən edə bilər.