4 ölkə Türkiyəyə Aralıqda “meydan oxudu”…
Tarix: 27.08.2020 / 17:36 •
Oxundu: 171 dəfə •
Fransa, İtaliya, Yunanıstan və Cənubi Kiprin Şərqi Aralıq dənizində birgə hərbi təlimlər keçirməsi Türkiyə ilə davam edən gərginliyi artırmaqdan başqa bir işə yaramayacaq. Almaniya XİN başçısı Hayko Maasın Ankarada səfərdə olduğu bir zamanda belə bir addım atmaq Türkiyə ilə dialoqa hazır olduğunu deyən qüvvələrin əsl niyyətini göstərir.
Bu sözləri ASMEDİA.AZ-a politoloq İlqar Vəlizadə Fransa, İtaliya, Yunanıstan və Cənubi Kiprin Şərqi Aralıq dənizində 26 avqustda başlayan və 28 avqusta qədər davam edəcək hərbi təlimini şərh edərkən deyib.
O bildirib ki, bu təlimlər Türkiyə üçün qəbuledilməzdir:
“Ehtimal ki, buna cavab olaraq Türkiyə də genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Çünki beynəlxalq təcrübədə belə bir yazılmamış qayda var: rəqib güc nümayiş etdirərsə, qarşı tərəf də adekvat cavab verməlidir. Bu mənada yaxın günlərdə rəsmi Ankara bölgəyə öz donanmasını göndərəcək.
Afina hər nə qədər Ankaranı dialoq masasına dəvət etsə də, hərəkətləri heç də bu yöndə deyil. Fransa və İtaliyanın dəstəyilə Türkiyəyə meydan oxumaq danışıqlar prosesini iflasa uğradır. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun alman həmkarı Hayko Maasla görüşməsi kimin gərginliyi danışıqlar yolu ilə həll etmək istəməsini bariz şəkildə göstərir”.
Politoloq deyib ki, Fransa Şərqi Aralıq dənizində davam edən Yunanıstan-Türkiyə gərginliyini nizamlamaq əvəzinə daha da alovlandırır:
“Rəsmi Parisin mövqeyi yanlışdır. Şərqi Aralıq dənizində Yunanıstan və Türkiyə arasında davam edən bir anlaşılmazlıq var. Hər iki ölkə NATO üzvü və hər iki ölkə Avropa üçün vacibdir. Fransa NATO üzvü olaraq bu iki ölkənin danışıqlar masasında ortaq məxrəcə gəlmələri üçün səy göstərmək yerinə, Yunanıstanı dəstəkləyərək gərginliyi daha da artırır. Məsələ ondadır ki, Fransa istər avrozonada, istərsə də Aralıq dənizində özünü tək hegemon ölkə hesab edir. Lakin Türkiyə ilə bu kimi ritorikayla danışmaq heç bir fayda vermir, verməyəcək də”.