Bu gün:


Xətai İHB-sı işğalçılığı kimdən öyrənib?

Tarix: 13.02.2025 / 15:32  •   Oxundu: 8 dəfə  •  

İdeal qəzetinin redaksiyası işğal edildi.


9 aydan artıqdır ki, ana qanun hesab edilən Azərbaycan Respublikasının Konstitusiyası məmur harınlığına hamilə qalıb. COP-29 tədbiri ərəfəsində mülkiyyət hüquqları deformasiyaya uğramış Xətai rayonu, Yusif Səfərov küçəsi 25/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi bu günə kimi fundamental konstitusiya hüquqlarını bərqərar edə bilmir. Müvafiq dövlət qurumları özlərini Xətai rayon İHB-nın vassalı kimi aparırlar.


2024-cü ilin may ayında, heç bir xəbərdarlıq edilmədən, mülkiyyətçi ilə görüşüb danışmadan, Xətai Rayon İcra Hakimiyyətinin icraçılığı ilə 1998-ci ildən İdeal qəzetinin ofisi kimi fəaliyyət göstərən 50 m²-lik redaksiya və içərisindəki 50.000 (əlli min) manatdan artıq texniki avadanlıqlar və əşyalar işğal edilmiş, oğurlanmış, yoxa çıxmışdır. Dövlət təsisatları məlum işğalçılığın arxasında Xətai Rayon İcra Hakimiyyətinin durduğunu istinad etmişlər.


Mülkiyyətçi, Xətai Rayon İHB-sı ilə görüşərək törədilmiş əməlin qanunsuz və cinayət xarakteri daşıdığını, Azərbaycan Respublikasının Konstitusiyasının 7, 12, 13, 29 və 31-ci maddələrinə zidd olduğunu diqqətə çatdırıb. O isə yaranmış problemin tez bir zamanda aradan qaldırılacağını və ədalətli kompensasiyanın ödəniləcəyini vəd etsə də, sözünə əməl etməmişdir. 9 (doqquz) aydır ki, sabotajlar artan xətt üzrə davam etdirilməkdədir.


Qəribədir, Xətai rayonunun icra başçısı bu cür işğalçılığı kimdən və haradan öyrənib?


Azərbaycan xalqına qarşı tarix boyu ermənilər bu cür siyasət yeridib – yəni işğalçılıq...