Bu gün:


NAZİM QULİYEV: O GÜN BU GÜNDÜR !

Tarix: 14.07.2021 / 11:58  •   Oxundu: 1 346 dəfə  •  

Qaranlıq dünyada ənənəvi həyata keçirilən vəhşi cəngəllik qaydalarına baxmayaraq, bəlkəm İnsanlıq,İnsan haqları tanınar amacıyla Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim.

Bilsəydim ki, öz əcəliylə ölməyən atasına lənət oxutdurmağa vərdiş etmiş Rəşad Abdulov adlı birisi Apellyasiya Şikayətimə baxacaq,elə metropolitein Tağının sonradan tapılan oğlunun sifarişli “qərarını” dincdə saxlayardım.

Materialı olduğu kimi diqqətinizə çatdırıram:
 
 
                                    Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə!
 
Bakı şəhəri,Nizami rayon Məhkəməsinin 7(007)-2133/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qərarından Ədliyyə nazirliyi ,Penitensiar xidməti 8 saylı C.Ç M-də saxlanılan Qarabağ Qazisi,Vicdan məhbusu , “İdeal” Media Group-un təsisçisi və baş redaktoru Quliyev Nazim Telman oğlu tərəfindən 
 
Apellyasiya şikayəti

Bakı şəhəri Nizami rayon Məhkəməsinin (Hakim –Əhmədov Rauf Tağı oğlu)  7 (007)-2133/2018 saylı 18.12.2018 –ci il tarixli, “qərari” saxta , qondarma , diskriminativ, hüquqi-demokratik dövlətlə, Milli və beynaxalq hüququn norma və prinsiplərilə ,İnsan və Vətəndaş hüquq və əsas azadlıqları ilə heç bir əlaqəsi olmayan,gestopizm, faşizim , totalitarizm, despotizm, anarxizmin bütün iyrənc cəngəllik fəlsəfəsini özündə əks etdirən blef qaralamadı.

1.Ümumi məlumatlar:

09 Fevral 2018-ci il tarixdə, Azərbaycan Respublikası prezidentinin 10.02.2017-ci il tarixli sərəncamı; Azərbaycan Respublikası Milli Məclisinin 20.10.2017-ci il tarixli qərarı üzrə (iş nömrə 7(002) -33/ 2018 saylı-hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyilə) cəzam 06 ildən 04 ilə endirilmiş və cəzamın qalan hissəsini çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməklə bağlı Qaradağ rayon Məhkəməsi “qərar” qəbul etmişdir.

18 mart 2018-ci il tarixdə,axşam saat 20:00-da xəbərim və razılığım olmadan Ədliyyə nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə “göndərilirsən” bildirməklə fors –major 11 saylı C.Ç.M-dən 15 saylı C.Ç.M-ə gətirilmişəm .

4 il (1989-1993) səngər həyatı yaşayan Qarabağ Qazisi olaraq müharibədə qazandığım kəllə -beyin travması və kantuziyanın yaratdığı ciddi fəsadlarını aradan qaldırması amacıyla məhz beynəlxalq təşkilatların, onların Bakıdakı rezident əlaqələndiricilərinin dəstəyi  və köməkliklərilə vaxtaşırı ƏNPX-in Müalicə müəsssəsinə göndərildiyimdən 11 saylı C.Ç.M-in rəhbərliyinin bu yöndə sözlərinə inanmışam. 25.09.2018-ci il tarixdə karantində Məni rəisin səlahiyyətli nümayəndəsi ənənəvi zorlama (ARCM-in 149 ci maddəsi ) ittihamı ilə məhkum -əsgər əslən Ağdaş rayonundan olan Vüqar Məmmədovu cinsi istismara məruz qoyan Zülfüqar Məmmədov (Gəncə)qəbul  edib əşyaların saxlanc (“koptiyorka”) yerinə gətirdiyim saxlanc yerində Əhliman Əliyev (Astara), Nofəl şəmkir oturmuşlar.Ayaqyolundan sonra yerləşən bu məkan yeni gəlmiş etapların yemək, içmək, istirahət etmək üçün ayrılmış məkandır.

 65 yaşlı Zülfüqar Məmmədovu 15 saylı C.Ç.M-in rəisi Ədliyyə polkovniki Tahir Yusifova, müavini Ədliyyə mayoru Eldəniz Həziyevə sevdirən əsas missiyası Onun müəssisəyə gətirilmiş yeni etaplara qarşı universal ssenari üzrə təxribatlardan qazandırdığı pul  və hər yeni gəlmiş məhkumun zona çıxışının təşkilində aldığı “gömrük haqqın”da oynadığı soyğunçuluq-araçılıq bacarıqları idi.

Rəisin emissari Zülfüqar Məmmədov rəisin adında bir gündən sonra zona buraxılmağım üçün Mənə 300 (üç yüz) manat istədi.

26.09.2018-ci il tarixdə,Şəmkir rayonunun şiş –təpə kənd sakini Nofəl Əliyevdən 500 (beş yüz) manat alıb (gömrük haqqı) zona buraxdı.Elə həmin günü yeni müştərilər Nuriyev Qədir (Səlyan) və Əliyev Musa (Neftçala) 03 (üç) gün qalmaq şərtilə hər biri 350+350=700 manat gömrük haqqını araçı Zülfüqar Məmmədov olsada, rəis müavini Eldəniz Həziyevə verdilər.
27.09.2018-ci il tarixdə, Hacıağa İlqar Oqtay oğlu 350 (üç yüz əlli) manat; Qobustan həbsxanasından Şirxan                 Şəmkirli -500 (beş yüz) manat; Elxan Şakiroğlu Camalav (Mehdiabad) 500 (beş yüz) manat; “gömrük haqqı” ödəyib 28.09.2018 ci il tarixdə zona buraxıldılar.

01 oktyabr 2018-ci il,səhər saat 9:00 karantində saxlanılan məhkumlar üçün nəzərdə tutulmuş gəzinti məkanında Mən, Əhliman Əliyev (Astara) , Qədir Nuriyev (Səlyan) , Musa Əliyev (Neftçala) gəzişərkən komendant Zülfüqar Məmmədov bizi rəis Tahir Yusifovun qəbuluna gətirdi.Kabinetində aqressiv rəis, bizim onu görüb ayağa qalxmadığımızı bəhanə gətirib, “töhmət” elan edərkən, rəisin zona daxil olarkən bütün hərəkət trayektoryasını (...əvvəlcə həmyerlisi mosu ayamalı üzdəniraq Gözəlov İsraillə görüşüb zona barəsində məlumat aldıqdan sonra , xiyar və pomidor istixanalarına nəzər yetirdikdən ardınca komendant Zülfüqar Məmmədovla pıçıldaşdıqdan sonra kabinetinə qalxması ) diqqətinə çatdırıb, ümumiyyətlə həmin günü gəzinti məkanında  oturmağımı və rəisə statusuna uyğun məsuliyyətli olmağını və 30 ildir ki,erməni girovluğunda cinsi istismarın alətinə çevrilmiş anandan,bacılarından,qohumlarından ötrü ayağa durmursan? diqqətinə çatdırdıqda o , həmyerlisi  əməliyyat şöbəsinin rəisi Ədliyyə mayoru Mahmudov Vüqar Ramiz oğluna göstəriş verdi ki, Məni kabinetinə aparıb izahat alsın.Məhkum Qədir Nuriyev , Musa   Əliyev V.Mahmudovun diktəsilə (“rəisi görməmişik”) bir cümləlik ifadə versələrdə, Mən 25.09.2018 -01.10.2018-ci tarixlərdə 15 saylı C.Ç.M-də həyata keçirilən , lakin dövlətlə-qanunla –İnsanlıqla heç bir əlaqəsi olmayan bütün kriminalları 3 (üç) vərəqdən ibarət izahatımla yazıb təqdim etdim.Şöbə rəisi aldığı izahatları rəisin yanına apardı və qayıdarkən bildirdi ki, Nazim Quliyev karserə, üçünüz isə zona!!!
Şöbə rəisi Vüqar Mahmudova rəisin despotiyası üzrə etiraz əlaməti olaraq “Ölüm aksiyası” na başladığımı bəyan edib, qələm –kağız istədim .O, yenidən rəisin yanına girib çıxdıqdan sonra bildirdi ki, “rəisi kağız-qələm vermədi ,dedi ki, aparın karsa”...karserdə 2 saylı kameraya keçirildim .Kamera yararsız vəziyyətdə olmaqla yanaşı possovet dönəmindən qalma paslı yarüstlü çarpayı və üzərində  cındalardan düzəldilmiş “döşək”. Mələfə, ədyal ümumiyyətlə verilmədi.Öz paltarlarımın əvəzinə verilmiş meyidqoxulu cırıq uniforma (“spisovka”) heç nəyə yaramadığından əynimdəki maykanı çıxarıb balış əvəzi istifadə edirdim .

2 saylı kamerada məndən başqa məhkum Məmmədov İlham (Gəncə), Qafarov Samir və onun partniyoru Nizami (yeraz) var idi.

Hər gün iki dəfə “yoxlama” ya gələn şəxsi heyətə, o cümlədən rəisin növbətçi köməkçilərinə (RNR-“ depenka”) karserdə qanunsuz saxlanılmağıma etiraz əlaməti olaraq tələblərimi şifahi ifadə edib, eyni zamanda bu tələblərimin rəsmi yazılması üçün,kağız-qələm istərkən ənənəvi cavab bu olurdu:”sizin söylədiklərinizi rəhbərliyə deyirik,onlarda yox deyirlər: Tələbim DTX-in, prokurorluğun rəsmi səlahiyyətli şəxslərilə görüşməkdən ibarət idi. Quru aclığın 4-cü günü taqətsiz vəziyyətdə yoxlama vaxtı ayağa qalxmaqdan ötrü köməyə mütləq ehtiyacım var idi.Yoxlamaya məsul edilmiş şəxslərdən rəis növbətçi köməkçisi (RNK) Yunis Qasımov,rejim şöbəsinin rəisi Vüqar Orucov , əməliyyyat şöbəsinin inspektoru  Ramil Əliyev və digərləri toplum halında yataq yerimə yaxınlaşıb durmağı tələb etdilər.Məndə onlardan kömək etmələrini ayağa durmaq gücündə olmağımı bildirərkən Ədliyyə kapitanı Ramil Əliyev: “Severə” (ayaqyolu) bəs səni kim aparır?

Bildirdim ki, özünüzə hörmət etmək ləyaqətində deyilsiniz, heç olmasa İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarına hörmət edin.

Ələ keçirilmiş diversantlara ,Vətən xainlərinə,obşak qurumunun üzvlərinə qarson xidməti göstərən penitensiarçılar nədən Qarabağ Qazisinə qarşı  bu cür müstəbid,repressiv münasibət sərgiləməkdən həzz almalıdır?

 5 (beş) gündür ki, sizdən qələm-kağız, mələfə (“prostina”) ,ədyal istəyirəm yoxdur vermirik deyirsiniz! 

Buranın Azərbaycan Respublikasının qanunları ilə heçmi əlaqəsi yoxdur.

7 (yeddi) sutkadan sonra, 08.10.2018-ci il tarixdə Məni yenidən rəis qəbul edib ,aqressiv ,hədə-qorxu təhdid dolu manipulisiv çıxışlar edib qurtardıqdan sonra, yenidən 5 (beş) sutka karser elan edib ardınca, müavin Eldəniz Həziyev aclığımı dayandırmağımı və beş gündən sonra zona buraxılacağımı var-yoxunu söyməklə yemin etdi.

13 oktyabr 2018-ci il tarixdə sutkamın vaxtı bitdi ancaq zona buraxılmadan Prezident Administrasiyasının sifarişidir söyləyən rəis Tahir Yusifovun marginal icraaçılığı sayəsində 2 (iki) ay KTO (“PKT”) müddətinə kamera tipli otağa keçirildim.Həmin gün salındığım kameradan Əliyev Amil (Lənkəran) və Rahib ( Naxçıvan) həbsxanaya yatab olundular.  ”Çka” ayamalı Amil 15 saylı C.Ç .M-in “obşaki” idi və o, öz bratvaları ilə 300 (üç yüz) qram geroini (narkotik vasitə realizə etdiyinə görə və özlərinin etiraflarına əsasən 8000 (səkkiz min) manatın müqabilində qondarma “rejim qaydalarını pozduğuna” ittiham ilə hər biri barəsində 09 (doqquz) aylıq həbsxana rejimi müəyyənləşdirilmişdir.

2 saylı KTO- da mənimlə müxtəlif dönəmlərdə qalan məhkumların tragikomik “islahı” belə idi.

Yusubov Hikmət İdris oğlu ( Lənkəran) Məhəmməd adlı həmyerlisilə dalaşarkən ortada olan “bizin” ətrafında tərəflərlə al-ver edən rəis Tahir Yusibov hər birindən 1000 (min) manat alıb,yenidən zona  buraxdı.

Karserdə,karantində saxlanılan məhkumlardan pul almağın fəlsəfi,analoji həyata keçirilirdi. 

Əvvəlcə tələyə saldıqları məhkuma rejim şöbəsinin rəisi Vüqar Orucovun kabinetində pulu ala biləcəkləri şəxslərlə telefon danışığı verilir.Məsələ öz həllini tapmasa məhkumun mənsub olduğu bölgənin imkanlı şəxslərilə müavinin kabinetində görüşdürülür.Problem yenə də öz həllini tapmasa tələdəki şəxslə ya obşakı, yada ki, üzvlərilə görüşünü təşkil edirlər ki, olum-ölüm arasında qalmış hüquqsuz-dövlətsiz məhkum mütləq şəkildə cinayətkar birliklərin arzularını reallaşdırsınlar!!!

Babayev Etibar Baloğlan oğlu zondakı bariqalara maneçilik törətdiyinə görə karserə bağlanıldığından, zondakı bütün geyim əşyaları rəisin moderatorluğu ilə üzdəniraqlara paylatmışdır.

26 Oktyabr 2018-ci il tarixdə məni və Etibar Babayev rəisin qəbulu adı altında inzibati binaya gətirdilər.

Məlum oldu ki,Bakı şəhəri,Nizami rayon Məhkəməsinin hakimi-Əhmədov Rauf Tağı oğlu,Prokuror-Cəfərov Niyyət Heydər oğlu,vəkil-Cavadov Yusifin iştirakı ilə qurulan Məhkəmədə 15 saylı C.C.M-in rəisi Tahir Yusifovun təqdimatı əsasında yerdə qalmış cəzanın bütünlüklə həbsxanada çəkilməsi tələb olunur.

Mənimlə KTO-2-də saxlanılan  Etibar Babayevə 01 (bir) il həbsxana cəzası təyin edildi.

Gestopizmin kor ülgücünün növbəti hədəfi mən olsamda məni təmkinlə dinləyən hakim Rauf Əhmədov vicdanının səsinə qulaq asaraq cinayətkar birliklərin absurd təqdimatının bəzisini bleflərdən olduğunu dərk edib,məhkəməni 29.10.2018-ci il tarixədək təxirə saldı.
Hakim bildi ki,girovluqda saxlanıldığım 10 (on)il ərzində “şəxsi iş”imdə daha çox qaralama aparmağa mübtəla olmuş “ rəis”lər (Murtuz Sadıxov,Qaçay   Aslanov) heç bir anti-tezis hazırlanmadan nomenklaturanın yararsız maklaturasına çevrilmişlər. Çün ki,yalnız bunlar kimi başları mədələşmiş,mundirlərindəki müqəddəs atributları murdarlayan namus alverçiləri (Dövləti,qanunları,insanları al-ver predmetinə çevirən,korporativ maraqlar naminə istənilən sifarişin satellitinə çevrilmiş savadsız cənab heç kimlərin hamısı namus alverçisi statusundadır.N.Q) onların bütün cinayətlərini de-şifre etdiyimə görə,sifarişlə xəlvətdə,məndən və qanunlardan xəbərsiz istənilən kazusun müəllifi kimi de-şifre edilmişlər “şəxsi iş” materiallarına əsasən 2016-cı ildən başlayaraq 2018-ci ilin 01 oktyabrınadək barəmdə hər hansı tənbeh tədbirinin olmadığı bəlli oldu. Həbsxanaya keçirilməyimlə bağlı torba əməliyyatı baş tutmadı və məhkəmə prosesi 29.10.2017-ci il tarixədək təxirə salındı. 29.10.2018-ci il tarixdə saat 05:10-da inzibati binaya məhkəmə adı ilə gətirilsəmdə baş tutmadı.Saxlanıldığım kameraya Nəsirov Zaur adlı məhkum saldılar.Məlum oldu ki,Zaurla yanaşı narkotik vasitələri damarlarına vurduqlarına görə Məmmədov Baba (Hövsan) ,Rasim (Əhmədli), Vüsal (Ağdamlı) karserə bağlanıblar.Hər birindən 1000 (min) manat alıb zona buraxdılar.

Ardınca Xıdırov Samir Vətən oğlunu saldılar.Bildirdiyinə görə satdığı narkotik vasitələrə görə obşak və üzvləri ortaya 10.000 (on min) manat atmasını tələb ediblər.Lakin Samir Xıdırov tələb olunan pulu obşaka verəcəyini vəd etsədə,5000 (beş min) manat rəis müavini Eldəniz Həziyevə verib həmin obşak təhlükəsindən xilas oldu,həmdə 7 saylı  C.Ç.M-yə yerin dəyişdi.

Ardınca,Qusardan olan şizofreniyalı Abdurrəhmanov Rəşad Telman oğlunu atdılar.Rəşad heç bir sədd gözləmədən istədiyi iyrənc hərəkətləri törədirdi.(Ayaqyolunda yatdığı yerdə,oturduğu yerdə gedir,ağzına və ağlına gələnlərdən bəhs edirdi)

Ardınca Yusifov Natiq Çapay oğlunu 10 dekabr 2018-ci il tarixdə görüşdə mobil telefonla bağlamışlar.5000 (beş min) manata Natiq Yusifov həm telefon,həm də 11 saylı C.Ç.M-ə onun dəyişdirilməsi problemlərini həll etmiş oldular.

Ardınca,Hacıağa İlqar Oqtay oğlunu saxlanıldığı kameraya keçirdilər.Bədənini bütünlüklə qotur basmış Hacıağa İlqarın karserdə qalmasının səbəbi 27.09.2018- ci il tarixdə zona girişi zamanı ondan gömrük rüsumu olaraq verdiyi 350 manatdan əlavə yer üçün alınmış 300 manata görə istədiyi çarpayını əldə edə bilməməsidir.Dozasız narkomana rəis verdiyi 650 manatın əvəzi olaraq narkotik tərkibli (tramol,finazopan...) həblər verirdi.
14 dekabr 2018-ci il tarixdə,rəis Tahir Yusifov öz təşəbbüsü ilə KTO-2-dən qəbuluna gətizdirdi və anasının,övladlarının canına and içdi ki,mənə qarşı olunan bütün qanundan kənar işgəncələrin,repressiyaların arxasında baş idarə ( penitensiar xidmət) durur.Deyirlər ki, “sən onların ən gəlirli zonlarından (11 saylı C.Ç.M-si) etdiyin şikayətə görə xərcə düşüb,rüsvay olublar. Ona görə də indi pis adam biz olmuşuq”

Bildirdim ki, - “ 11 saylı C.Ç.M – dən pisliyə heç nə yazmamışam baxmayaraq ki, 11 saylı C.Ç.M- də həyata keçirilənlərin heç biri normal talkuçkalarda belə baş vermir.Belə idisə niyə 11 saylı C.Ç.M-nin rəisi cənab Vəli Şirinov sizin etdiklərinizi etmədi.

Oda sifariş icraçısına çevrilmirdi?Bilirsiz sifarişi kim qəbul edir?

Pula,vəzifəyə görə hər şeyindən keçən və hər şeyini satanlar.Məsələn...

15 saylı C.Ç.M-in rəisi Tahir Yusifov : “Harda yaşadığımızı səndə bilirsən,bizdə 17-də Məhkəmə gələcək,nə qədər “krıtı” zonu Qobustanı,yoxsa 8 saylını istəyirsən? Onsuzda hər şey yuxarılarda həll edilib”

Diqqətinə çatdırdım ki, mən jurnalistəm, Qarabağ Qazisiyəm, törətmədiyim cinayətin cəzasını çəkirəm,vicdanımın məhbusuyam.Cinayətkar (kriminal) aləmə və cinayətkarlara nifrət edirəm.

01 (bir)gün belə bu zona 15 saylı C.Ç.M -ə çıxmamışam.,25 Sentyabrdan 01 Oktyabr 2018-ci il tarixədək karantində, 01 Oktyabr 2018-ci il tarixdən bu günə kimi karserdə fiziki- mənəvi-psixoloji-tibbi işgəncələr yaşayıram.Kalon rəisləri dövlətin qanunlarını satdıqları narkotika kimi satırsa,quldur,reket-cibgir-oğru-soyğunçu və,s adlandırdıqları məhkumların cibinə girib soyğunçuluq,oğurluq,reket,quldurluqla məşğul olur,ailəsini,evlərini dağıdırlar və özlərinə, quldurluqla qoruyucularına səltənət qurmaqla Xalqın dövlətə,ölkə başçısına olan etimad,ümid mühitini iyrənc formada sarsıdırsa bu kimi rüsvayçılıqlara müəlliflik edənləri tarixin yaşıdını çevirib, de-şifrə edirəmsə,suverenliyi-azadlığı uğrunda Qazi olduğum Azərbaycan Respublikasında kriminal-korrupsioner cinayətkar birliklərin repressiyaları,ermənizm nə qədər şiddətli vüsət alsada,Dövlətçiliyimiz,Xalqımız Naminə apardığım mübarizəmi nəticəyə nail olanadək davam etdirəcəyəm!

Tahir Yusifov: “Bu dağılmış,işğal edilmiş ölkəni düzəltmək sənəmi qalıb?
 
17 dekabr 2018-ci il tarixdə yenidən məhkəməyə çıxarıldım və 26 Oktyabr 2018-ci il tarixli məhkəmə truppasından yalnız vəkil Yusif Cavadovun yerinə 6 saylı vəkil birosunun vəkili Heydərov Mərdan Xudayar oğlu gəlmişdi.

Məhkəmə heyətinə yuxarıda yazdığım məlumatlarla yanaşı,daha geniş şəkildə 15 saylı C.Ç.M-in rəisi Tahir Yusifovun və müavini Eldəniz Həziyevin karserdə olduğum 01.10.2018 -17.12.2018-ci il tarixdə burdan gördüyüm və bildiyim cinayətlərini hər ikisinində iştirak etdiyi prosesdə söylədim.
Məhkəmə yenədə prosesi sabaha saxladı.18 dekabr 2018-ci il tarixdə barəmdə 06 (altı) ay müddətinə həbsxana rejiminə keçirilməyimlə bağlı qərar qəbul etdi.Hakim Rauf Əhmədov müşavirə otağına gedərkən ona kibritin yanmış dənəsilə salfetkaya yazdığım vəsatəti təqdim etdim.Çünki,qələm kağızı özünə düşmən bilən Tahir Yusifov 15 saylı C.Ç.M-in karserində olduğum dönəmdə 100 (yüz) gün ərzində digər fundamental hüquqlarım kimi bunuda yasaqlayıb, despot münasibət sərgiləmişdir.

84 gün (26.09.2018 – 18.12.2018) Müddət ərzində sübut və faktların olmadığını,sifarişçi və icraçı tərəf qarşısında üç aydı aparıb- gətirən hörmətli hakim Rauf Əhmədovun mövqeyini insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsizliyinə (AR-sı konustutusiyası maddə 26) verdiyi dəyər olaraq qiymətləndirirəm!!!

Çünki Ölkəmizdə məhkəmə müstəqilliyinin yoxluğu,hüquq siyasətinin sifarişlər-rüşvət-korrupsiya-nepotizm üzrə formalaşdığı nəinki Avropaya, hətta Zimbabvelilərin hüquqi dəstəvüzünə çevrilmişdir.

Torpaqlarımız kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı de-fakto,de-yure bir çox qandan və candan pul çıxarmağa öyrəncəli geniş hakimiyyət resurslu vampir məmurların işğalındadır!!!

 2.Təqdimatın məzmunu:

Azərbaycan Respublikası Ədliyyə nazirliyi penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin təqimatından görünür ki,Quliyev Nazim Telman oğlu 15 saylı C.Ç.M-nin 25.09.2018-ci il tarixdə 11 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada maddi-məişət şəraiti ilə təmin olunmuşdur.

N.Quliyev cəza çəkdiyi müddət ərzində dəfələrlə müxtəlif xarakterli rejim pozuntuları törədərək müəssisənin iş fəaliyyətində müəyyən gərginliklərin yaranmasına səbəb olmuşdur.

Nazim Quliyev cəza çəkdiyi müddət ərzində özünə imtiyazlı şərait yaratmaq məqsədilə dəfələrlə müxtəlif dövlət orqanlarına və qeyri-hökümət təşkilatlarına böhtan və təhqir xarakterli məlumatlar göndərəcəyi üçün hədə-qorxu gələrək müəssisə əməkdaşlarını şantaj etmiş və bu məqsədlə cəza çəkən zəif xarakterli məhkumlar vasitəsilə müəssisə əməkdaşları barədə şər-böhtan xarakterli məlumatlar yaymış,zəif xarakterli məhkumları gizli yolla şər-böhtan xarakterli məktublar göndərməyə təhrik etmiş,bir neçə məhkumu ətrafına toplayaraq əməkdaşlar barəsində şikayət xarakterli məktubların göndərilməsi barədə qızışdırıcı söhbətlər aparmış,dəfələrlə əməkdaşlar tərəfindən üzərində və ona məxsus əşyalarda axtarış-baxış tədbirinin keçirilməsinə mane olmağa cəhd göstərmiş,müəssisə müdiriyyətini görərkən ayağa qalxmaqdan imtina etmiş,cərimə təcridxanasında saxlanıldığı müddət ərzində əməkdaşlar kameraya daxil olarkən ayağa qalxmaqdan imtina etmiş və digər rejim pozuntularına yol vermişdir.
N.Quliyev müəssisə rəhbərliyi və müxtəlif xidmət sahələrinin əməkdaşları tərəfindən dəfələrlə proflaktiki və fərdi tərbiyəli söhbətlərin aparılmasına,barəsində müxtəlif tənbeh tədbirlərinin tətbiq olunmasına baxmayaraq,qeyri-qanuni əməllərdən əl çəkməmiş,birgəyaşayış qaydalarına əməl etməmiş,həmçinin törətdiyi rejim pozuntuları cinayət əməlinə görə peşmançılıq hissi keçirməmişdir.N.Quliyev onunla aparılan tərbiyə işində heç bir müsbət nəticə çıxarmadığı üçün dəfələrlə barəsində müxtəlif xarakterli tənbeh tədbirləri tətbiq edilmişdir. Həmçinin   N.Quliyev cərimə təcridxanasında saxlanıldığı müddət ərzində də,hərəkətlərinə tənqidi yanaşmamış,kameranın qapısını döyərək qeyri-qanuni tələblər irəli sürmüş,digər kamerada saxlanılan məhkumlarla danışıq əlaqəsi yaratmağa cəhd göstərmiş,sanitar baxışdan keçməkdən imtina etmiş və digər rejim pozuntuları törədərək cəzanın çəkilməsi qayda və şərtlərinin tələblərini pozmağa davam etməyə meyillidir.Cəza çəkdiyi müddət ərzində onun barəsində 16 dəfə tənbeh tədbirləri tətbiq olunmuşdur.Bütün bunlardan belə qənaətə gəlmək olar ki, N.Quliyev müəssisədə cəza çəkdiyi müddət ərzində özünün qeyri-qanuni hərəkətləri ilə məhkum kütləsinin islah olunmasına mənfi təsir göstərir və onun bu kimi davranışı gələcəkdə ağır hadisələrin törədilməsinə səbəb ola bilər.Buna görə də 15 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi N.Quliyevə ciddi rejmli cəzaçəkmə müəssisəsi şəraitində islah prosesinin qeyri mümkün olduğunu nəzərə alaraq, onu ciddi rejimli cəzaçəkmə müəssisəsindən cəzasının sonunadək həbsxana rejiminə keçirilməsini xahiş etmişdir.

 3. İttihamı,təqdimatı,xasiyyətnamənin təkzib edilməsi:

1. 25.09.2018-ci il tarixdə 11 saylı C.Ç.M-dən 15 saylı C.Ç.M –nə daxil olmuşam.Qanunvericiliklə nəzərdə tutulmamış ayaqyolundan sonrakı anbarda (“kaptiyorka”) saxlanılmışam.

Briqadir Məmmədov Zülfüqarla hərbi xidmətdə cinsi təcavüzə məruz qalmış Vüqar Məmmədov arasında yaşanan intim iniltilər maddi-məişət şəraiti kimi nəzərdə tutulursa təmin olunmuşdur.

2.     01 oktyabr 2018-ci il tarixdə,despot-zombi rəis Yusifov Tahir ayağa durmadığımı bəhanə gətirərək mənə 7 (yeddi) sutka kars,digər məhkumlar Nuriyev Qədir ,Əliyev Musa, Əliyev Əhlimana isə “töhmət”elan edib zona buraxmışdır.

7 sutkanı “quru aclıqla başa vurmuşam və mənimlə 2 saylı kamerada Məmmədov İlham (Gəncə), Nizami (Qərbi Azərbaycan) Samir Qafarov (Bakı) olublar.

3.   08.10.2018-ci il tarixdə 7 sutka tamam olub,və mənə yenidən 5 (beş) sutka karser verilib, 1 saylı kars kamerasına keçirilmişəm. 1 saylı kamerada mənimlə birlikdə Məmmədov  Arif Aydın oğlu (Yevlax), Cahangirov Seyran Məzahir oğlu (Binə) olmuşlar.

4.    13 oktyabr 2018-ci il tarixdə karsların (7+5) bitdi və əlavə olaraq 2 (iki) aylıq 2 saylı  KTO-ya ( “PKT”) keçirildiyim  kamerada Babayev Etibar Baloğlan oğlu,Yusifov Hikmət İdris oğlu var idi.

Ard-arda rəisin narkotika bazarında,yeni bazar açdıqlarına görə cəzalandırılmış Nəsirov Zaur (Qaraçuxur), Xıdırov Samir (Keşlə), Hacıağa İlqar (Montin), Abdurrəhmanov Rəşad (Qusar), Yusifov Natiq (Laçın), inisiallı məhkumlarla 09 yanvar 2019-cu il tarixədək birlikdə oldum.

5.Bir saniyə,bir dəqiqə,heç vaxt müəssisə adlandırılan 15 saylı C.Ç.M –də olmamışam.5 (beş)gün karantin,100 (yüz) gündə karserin kameralarında saxlanıldım.Karserdə heç bir kamera ilə danışmasamda,qapılar açıldıqca,dəhlizdəki söz-söhbəti açıq-aşkar eşitmək olur.

15 saylı C.Ç.M-də olmadığım halda müəssisənin iş fəaliyyətini necə poza bilərəm???

6. Karserdə və ya kamera tipli otaqda yağış başımıza yağdığı, ayaqyolunun işləmədiiyini,balış,mələfə-ədyalın yoxluğu,siçovullarda özünü rəis kimi apardığını,şizofrenik Rəşad Abdurrəhmanov qotur Hacıağa İlqarla eyni kamerada saxlanılmağıma  son verilməsi problemlərin aradan qaldırılması amacıyla hər gün rəisin növbətçi köməkçilərinə (RNK) söylədiklərimiz nəticə vermədiyi halda bu cür imtiyazlı şəraitdən bəhs etmək olar?
 
7. Zəif xarakterli adlandırılan məhkumlar mənimlə eyni kameraya salınmış şəxsləri nəzərdə tutulursa,onların hamısı rəisin və Hacıyev Eldənizin emissarları olmaqla,”bariqa” əməlləri de-şifre olunduğundan,narkotikadan qazandığı pulların bir hissəsin Eldəniz,Tahir cütlüyünə verib başqa zonlara etab olunmuşlar.Xıdırov Samir Vətən oğlu-7 saylı C.Ç.M-si,Yusifov Natiq Çapay öğlu-11 saylı C.Ç.M-si və,s
 
8.  Rəis Tahir Yusifov gələrkən,”ayağa qalxmamaq”blefi üzrə,olayı doğru-dürüst nəql etdiyimə görə 7 (yeddi) sutka kars verilməsi universal təxribat ssenarinin autentik mərhələsini təşkil edir!!!

Bir daha bildirirəm ki,mənə verilmiş 30 (otuz) dəqiqəlik gəzinti zamanı heç vaxt oturmamışam və qanunları (subordinasiya), eyni zamanda özünə hörmət,mənəviyyatlı və ləyaqətli yaşamaq prinsipləri üzrə Yusifov Tahir,Həziyev Eldəniz cütlüyündən müqayisə olunmaz dərəcədə ucada olmaq,bilməkdən dolayı bu cür təqdimat iftira, böhtandan başqa bir şey deyildir.
 
9.  15 saylı C.Ç.M-də mənimlə profilaktik söhbət aparmaq savadında,mənəviyyatında olacaq  bir nəfər belə yoxdur.Mundirlərindəki haqq-ədalət tərəzisinin mahiyyətini bazar tərəzisindən ayırd edə bilməyən başları mədələşmiş,Dövlət qanunlarını cinayətkar adlandırdığları məhkumlara satışını təşkil etdikləri pritonda (C.Ç.M) qıram-qıram satan, dövlətçilik ideallarını,qanunçuluğu ”obşak” ın ehtiras hisslərinə fəda edən,onlara penitensiar xidmətçilik  göstərənlər...,...,lər mənimlə hansı söhbət edə bilər?
 
10.   Penitensiar xidmətdən  “hörmətli və səlahiyyətli şəxsin”  göstərişindən sonra 18 noyabr 2018- 02.01.2019 tarixlərdə hər dəfə  Rəis müavini Həziyev Eldəniz 100+100=200 manat alıb görüşə icazə  vermişdir.
 
11.  06.04.2016-cı il tarixdən,01.10.2018-ci il tarixədək üzərimdə heç bi tənbeh tədbiri olmayıb.2016-cı ildə də PX-in rəis müavini Hüseyn Əlixanovun sifarişilə,8 saylı C.Ç.M-in rəisi, qatır-xoruz-donuz sevdalısı,tövlə təfəkkürlü,Tahir Yusifovla eyni nomenklaturanın daşıyıcısı Aslanov Qaçay məhz bu kimi şəxsi korporativ maraqlara xidmət etdiyindən layiq olmadıqları vəzifələrindən qovulmuşlar.
 
12. 15 may 2017-ci il tarixdə,8 saylı C.Ç.M-ə yenicə təyinat almış palkovnik Ərşad Həsənov,ondan əvvəlki paranomik rəis Aslanov Qaçayın iyrənc kayotalarına son verərək 2 nəfərlik xəstəsiz və təhlükəsiz kameraya köçürüldüm.
 
09.02.2018-ci il (iş №7(002)-331/2018) tarixli,Qaradağ rayon Məhkəməsinin qərarı ilə inkvizisiya müddətim 2 il azaldılmış,rejim dəyişdirilmişdir.

13. 18.03.2018-25.09.2018-ci il tarixi dövr ərzində 11 saylı C.Ç.M-də olmuşam və heç bir tənbeh tədbiri barəmdə tətbiq edilməmişdir.
 
14. Girovluqda olduğum 10 (il) ərzində mənə elan və tətbiq edilmiş 7 sutka (M.Sadıxov),15 sutka (Q.Aslanov) karserdən başqa hər hansı tənbeh tədbiri olmadığı halda,25.09.2018 – 09.01.2019-cu il dövr ərzində 15 saylı C.Ç.M-in karserində olarkən 16 (on altı) cəza tədbirinin konfidensial-konsensus yazılması mənə-bir vətəndaşa,bir jurnalistə,bir Qarabağ Qazisinə qarşı repressiyanın təntənəsidirsə,eyni zamanda Dövlətimizə,Qanunlarımıza,Dövlətin Ali məqsədinə,insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının təminatına qarşı isə Tahir Yusifov,Eldəniz Həziyevin sərgilədiyi despotizm,totalitarizm,ermənizimdir.
 
15.   Qanunvericiliyin tələblərinə əsasən,tənbeh tədbirlərinin tətbiqi zamanı şəxsə öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilməsi məhkumların hüquqlarının təminatı kimi çıxış edir.Tənbeh tədbirləri C.Ç.M-in əsaslandırılaraq qərarı ilə yazılı şəkildə verilir.
 
01 oktyabr 2018-ci il tarixdə rəis Yusifov Tahirin “məni görəndə niyə ayağa durmursan?”absurd blefindən başqa hər hansı şifahi və ya yazılı izah etmək imkanı verilməyib və ümumiyyətlə bütün bu mif və mifologiya barəsində 27 dekabr 2018-ci il tarixdə məhkəmə qərarı ilə tanış olarkən məlumatlı olmuşam.
 
 4.Milli mənəvi dəyərlər,Vətənə sədaqət,vicdan,namus...

Yalan ifadə vermək,yalan şahidlik etmək,əsassız qərar qətnamə,hökm çıxaran kişilər evində fahişə saxlayırlar.VƏ bu cür qanunsuz yollarla qazandığı pulla arvadına və qızına aldığı alt paltarlarında haqqı pozulan başqa kişilərində haqqı var.Viktor hüququ

Tam əminliklə yazıram ki,15 saylı C.Ç.M-in rəisi Ədliyyə polkovniki Yusifov Tahir və müavini Həziyev Eldənizin arxalanıb güvəndikləri üzdəniraqlar “fira ləqəbli Firdovsi,nədə ki, “mosu” ləqəbli israil özlərinə sıxışdırıb bu qədər yalan və böhtanı kiməsədə atmazlar, “vicdan” əzabı çəkərdilər.

Paradoksaldır,bu Dövlət,onun qanunları nə vaxtdan yalandan öz vətəndaşlarına böhtan çamurlamaq üzərində qurulub?

Ayağa qalxmağımı bəhanə gətirib,cəza tədbiri olaraq həbsxana verdirən15 saylı talkuçkanın  (C.Ç.M) narkobaronu Tahir Yusifov niyə 21 ildir ki,erməni girovluğunda cinsi istismarın alətinə çevrilmiş anasından-bacısından-qohumlarından ötrü ayağa qalxmır?

 De-fakto, de-yure.

1)Tahir Yusifov və Eldəniz Həziyev əvvələr (2015) ƏNPX-in 7 saylı C.Ç.M-də narkotik vasitələrin satışı ilə məşğul olduqlarına görə hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi,cənab Mədət Quliyev tərəfindən işdən qovulmuş,cəzalandırılmışlar.

Hazırda ənənə davam etdirilir,şəbəkə şəklində 
 
2) 15 saylı C.Ç.M-də bütün vəzifələrə təmizlikdən narkotika satışına kimi Tahirin simsarları məsuldurlar.

Üzdəniraq “Mosu” ləqəbli Gözəlov İsraildən bazarkom Tahir Yusifova kimi Nepotizm ünsürləri aşağıdakılardır.

1.Gözəlov İsrail (Cəbrayıl) – Karserin məsul şəxsi və mənzil qərərgahı burada yerləşməklə,Tahir Yusifovun autentik informasiya bazası,görən gözü mötəbər adamı.

2.Mahmudov Vüqar  (Cəbrayıl) - əməliyyat şöbəsinin rəisi pul gətirəcək bu vasitələrdə özünü uduzmuş reneqat dələduz.

3.Bayramov Amil (Cəbrayıl) –Əməliyyat şöbəsiniin baş inispektoru Təxribat ssenarilərinin əsas ruporu.

4. Aslanov İxtiyar (Cəbrayıl) baş nəzarətçi, bazarkomun özü ilə daşıdığı əsas emissarı,bazarkomun təxribat aləti.

5. Əliyev Mürvət (Cəbrayıl) – nəzarətçi,bazarkomun təxribat aləti

6. Oruclu İlqar (Cəbrayıl) – nəzarətçi, bazarkomun təxribat aləti

3) Tahir Həsənov qulluqçusu- məhkum Fərid Hüseynovla evləndirəcəyi vədilə qeydiyyat bölməsində işləyən xanım əməkdaşla yaşadığı intim məcaralar təkcə məhkumların deyil, penitensiar əməkdaşların ənənəvi bəhs etdiyi tragikomik olaylardandır.
 
  4) “Obşak” qurumun üzvlərinin Pritonu hesab olunan “vəkil otağı” 

Tahir+Eldəniz cütlüyünün narkotika bazarından sonra ən çox mənfəət götürdüyü obyektlərdəndir.

 5) “Fira” Ləqəbli transa görə mənimlə KTO- 2- də saxlanılan Hikmət Yusibovun iddiasına görə rəis müavini Eldəniz Həziyevin arxalığı üzrə üzdəniraq hər ay ona 500 manat ödəyir

6) Erməni diversantları Arsen Baqdasariyan və Edqar sarkisyan KTO- 5 –də saxlanılsalarda onlara olunan xidmət Azərbaycanlı məhkumların nəzərindən qaçmırdı.Biz uniformada (“spisofka”) saxlandığımız halda, gün ərzində 2 dəfə soyuq qaynanmış su,mənşəyi məlum olmayan “balanda“ya məhkum  olunduğumuz halda,ermənilər öz geyimlərində,kameralarında tefal,çaynik,qızdırıcı ilə yanaşı yeməkləri ayrıca hazırlanıb verilirdi.

Qarabağ Qazisi olaraq mən özümü erməni girovluğunda hiss etdim.Qələm-kağız-kitab-balış-ədyal-mələfə yasaqlandığı halda ermənilər sərgilənən Qarabağlı sevgisi bir daha diqtə edirdi ki, Tahirlərin,Eldənizlərin sayəsində millət olaraq biz məğlub dövlətin qürursuz vətəndaşı kimi nəinki 27 il, Zəngəzurun,Göyçənin taleyini yaşamağa məhkum ola bilərik.

Ermənizm bizim yurd-yuvamızı,el-obamızı işğal edib,soyqrım aktına müəlliflik etdi.İndi işğal etdiyi torpaqlarımızda narkotik vasitələri yetişdirib onun istehsalı ilə məşğul olurlar.

Lakin, bu kimi abırsızlıqlar ƏNPX-in 15 saylı C.Ç.M-in rəisi əslən Cəbrayıl rayonundan olan Yusifov Tahirə,cinayət ortağı əslən Bərdədən olan Eldəniz Həziyevə haqq vermir ki,onlarda bu siyasəti paytaxt Bakıda,H.əliyev prospekti 104 ünvanında təkrarlasınlar.
 
5.Hüquqi məsələlər:

Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında BMT-nin baş assambleyası tərəfindən 1985-ci il noyabrın 29-da qəbul edilmiş bəyannamənin 4-cü bəndində göstərilmişdir ki,qurbanlara (qurban dedikdə,milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan,emosional əzab,maddi zərər,yaxudda əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması da daxil olmaqla fərdi,yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür)mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır.Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilmısini təmin etmək üçün şərait yaradılmalıdır.

CPM-in 11-ci maddəsinə əsasən-Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir və bu halda kimliyindən asılı olmayaraq  qanunla əsaslandırlmamış mülahizələrə görə tərəflərdən hər hansı birinə üstünlük verilə bilməz.

Ədalət mühakiməsi bu şərtlə öz hakimiyyətinə uyğun qəbul oluna bilər ki,o,hər bir şəxsin konstitutsiyada (60-cı maddənin 1 hissəsində), habelə beynəlxalq-hüquqi aktlarda (ələlxüsus ”insan  hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın  “mülki və siyasi hüquqlar haqqında“beynəlxalq faktın 14-cü, “insan hüquqları haqqında” ümumi bəyannamənin 8-ci maddələrində  tərtib olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılmasında hüquqların səmərəli bərpasını təmin etmiş olsun.

Konstitutsiyanın 12-ci maddəsinə əsasən,insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.İnsan hüquq və azadlıqları məkan,ərazi hüdudları ilə bağlı deyildir.

İnsanlar harada olmalarından asılı olmayaraq əsas hüquq və azadlıqlara malikdirlər.

 
İnsan hüquq və azadlıqları yalnız qanun,konstitusiya və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər.

De-fakto mənim Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş maddə 6-10-12-24-25-26-28-31-32-41-46-47-57-60-61-63-68-71-ci; norma və prinsipləri despot şəkildə pozulmuşdur.

Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqlar müdafiəsi haqqında” Avropa konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi yurisdiksiyası altında olan insanların konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.
Azərbaycan Respublikasının Konustitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən,şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa,onu təqsirli bilinməsinə yol verilmir.

Azərbaycan Respublikası CPM-nin 1.2 maddəsinə görə AR-nın cinayət prosessual qanunvericiliyi ona yönəldilmişdir ki,cinayət törətməkdə təqsiri olmayan heç bir kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq,ittiham və ya məhkum etmək mümkün olmasın,heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə,insan bə vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

İttiham tərəfinin iddiası heç bir dəlil və sübutlara söykənməyən 15 saylı C.Ç.M-in rəhbərliyinin ehtimal və formal mülahizələrinə söykənən xəstə təxəyyülünün məhsuludur.

Qanunları bildiyimdən,Dövlətimi,vətənimi sevdiyimdən,məkanımdan asılı olmayaraq dövlətimə və xalqıma sədaqətlə xidmət etdiyimdən cinayətkar birliklər isterikaya düşürlər və bir gün onların şəbəkə cinayətlərini de-şifre edəcəyimi dərd edib,bu cür rüsvayçı şəkildə karsda olmağımdan istifadə edib,ağlına və ağzına gələn absurd blefləri hələdə məlumatlı olmadığım şəxsi işimə çamurlayıb.

Ümumiyyətlə cinayətkar məmurlara,cinayətkarlara bu cür kazuslar sərf edir.Onlar heç bir təhlükə gözləmədən biri-birindən qidalanırlar.

Bakı şəhəri Niizami rayon məhkəməsinin 18.12.2018-ci il tarixli “Qərarı” ilə 27.12.2018-ci il tarixdə tanış oldum.Lakin rəis Tahir Yusifov Məndən oğurladığı qələm-kağızımı qaytaracağına “kişi” sözü verib var-yoxunu bazara çıxarsada nəticədə namus alverçisi olduğunu bir daha sübut etdi.
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-ni 381-383-384-398-399-cu maddələrinə əsasən Məhkəmə kollegiyasından 

                                                Xahiş edirəm:

Apellyasiya şikayətini təmin edəsiniz!

Ədliyyə nazirliyi penitensiar xidmətin 15 saylı C.Ç.M-nin təqdimatına əsasən Bakı şəhəri,Nizami rayon Məhkəməsinin barəmdə 06 (altı) ay müddətinə həbsxana rejiminə keçirilməsi üzrə iş №7(007)-2133/2018 saylı,18 dekabr 2018-ci il tarixli qərarını ləğv edəsiniz!

Barəmdə əsassız,qondarma təqdimat,tənbeh tədbirlərindən ibarət bütün qərarlara Azərbaycan Respublikası CPM-nin 392-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verəsiniz!

                     İmza:      Quliyev Nazim Telman oğlu

                                        09 Yanvar 2019-cu il
 
P.S.     09 Fevral 2019-cu il tarixdə 15 Saylı c.ç.m-dən “krıtı”yə yatab edildim və elə həmin ğünü karantində “Apellyasiya Şikayəti”ni yazdım və səhəri ğünü depenka Yardımlının Qarağatdibi kənd sakini Bəğəliyev İskəndər inisiallı “adam”a təhvil verdim.