Bu gün:


"Donald Tramp Zelenskiyə Diktator Deyib-Demədiyini İnkar Etdi"

Tarix: 27.02.2025 / 23:33  •   Oxundu: 0 dəfə  •  

 

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş Naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etmədiyi barədə sualı cavablandırıb.


Mətbuat konfransının stenoqramını Reuters agentliyi yayımlayıb.


“Mən bunu demişəm?” – Vaşinqton administrasiyasının rəhbəri əvvəlki sözlərini inkar edib, baxmayaraq ki, müvafiq paylaşım hələ də Trampın “Truth” sosial şəbəkəsindəki hesabında qalmaqdadır.


Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz hesabında Zelenskini sərt şəkildə tənqid edərək onu “seçkilər keçirməkdən boyun qaçıran diktator” adlandırmışdı.