Bu gün:


Donald Trampın qardaşı qızı: “Əmim anadan doğulma avtokrat və faşistdir”

Tarix: 05.09.2021 / 08:05  •   Oxundu: 103 dəfə  •  

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp doğma əmisini “anadangəlmə avtokrat” adlandırıb və onu faşizmdə ittiham edib.
 
O, bu barədə “The İnsider” saytına müsahibəsində danışıb.
 
Meri Trampın sözlərinə görə, “əmisi dünyada bütün hakimiyyətin olduğu kimi özündə olmasını” istəyir. Qardaşqızı sabiq dövlət başçısının “faşist olduğunu”, lakin keçmiş prezidentin “heç “faşist” sözünün nə mənaya gəldiyini bilmədiyini” söyləyib.
 
Meri Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inla ünsiyyəti daha çox istədiyini vurğulayıb.
 
Onun bildirdiyinə əsasən, Ağ Evin keçmiş rəhbəri Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə danışmağa həvəs göstərməyib.
 
“Onun şüurunda özü həmişə kainatın mərkəzində dayanıb və hesab edir ki, hər kəs bu adamla hesablaşmalıdır. Lakin Donald Tramp həmişə mənim üçün dünyada ən zəif və maraqsız insan olub”, - deyə, Meri Tramp qeyd edib.