
ABŞ Prezidenti Donald Tramp Yəməndə fəaliyyət göstərən husilərə qarşı hərbi əməliyyatlara start verilməsi barədə göstəriş verib.
Bu barədə o, “Truth Social” platformasında məlumat yayıb.
Trampın sözlərinə görə, husilər ABŞ-ın və digər ölkələrin gəmilərinə və təyyarələrinə qarşı terror kampaniyası aparıblar:
“ABŞ bayrağı altında üzən ticarət gəmisi artıq bir ildən çoxdur ki, Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzi boyunca təhlükəsiz hərəkət edə bilmir. İran tərəfindən dəstəklənən Husi silahlıları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim hərbçilərimizi və müttəfiqlərimizi hədəfə alıblar. Bu hücumlar ABŞ-a və qlobal iqtisadiyyata milyardlarla dollarlıq ziyan vurub, eyni zamanda, günahsız insanların həyatını təhlükəyə atıb.”
Trampın əmri ilə ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan mövqelərə hava hücumları həyata keçirib. Husilərə bağlı “Al Masirah” telekanalı isə paytaxt Səna şəhərinin hədəfə alındığını bildirib.