Bu gün:


Serbiyada etirazların radikallaşacağı gözlənilir – Vulin

Tarix: 23.03.2025 / 21:12  •   Oxundu: 0 dəfə  •  

Serbiyada baş verən etiraz aksiyalarının yaxın günlərdə daha da kəskinləşəcəyi ehtimal olunur.


Bu barədə Serbiyanın baş nazir müavini Aleksandar Vulin bəyanat verib.


“İlk öncə vurğulamaq istəyirəm ki, etirazçıların əksəriyyəti Serbiyanı sevən vətənpərvərlərdir. Lakin onları idarə edənlər Qərbin nəzarəti altındadır. Aksiyaların yaxın günlərdə radikallaşacağını gözləyirəm”, – o bildirib.


Eyni zamanda, nazir müavini qeyd edib ki, ölkənin güc strukturları “ölkəni qorumaq üçün yetərincə güclüdür” və bu sahədə heç bir çətinlik yaşanmayacaq:


“Həmçinin gözləyirəm ki, yeni hökumətin formalaşmasından sonra vəziyyət tam nəzarətə götürüləcək”.