İran rejiminin indi yıxılmasını istəmirəm – Piruz Dilənçi
Tarix: 10.02.2023 / 13:39 •
Oxundu: 80 dəfə •
Kanadada mühacirətdə yaşayan siyasi fəal, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) başçısı Piruz Dilənçinin müsahibəsi:
- Son vaxtlar Rza Pəhləvi və onu dəstəkləyən cərəyanın fəaliyyəti genişlənib və xüsusən xaricdə olan farsdilli media tərəfindən təbliğ olunur. Bunu necə izah edirsiniz?
- Rza Pəhləvinin son vaxtlar yenidən üzə çıxarılmasının və alternativ kimi sırınmasına çalışılmasının bir neçə səbəbi var. Məsələ burasındadır ki, İran rejiminə müxalif ümumiran təşkilatları, o cümlədən "Xalq Mücahidləri Təşkilatı", solçu və başqa bu kimi siyasi cərəyanlar hazırda təkbaşına hakimiyyətə gəlmək iqtidarında deyillər. İranda etiraz aksiyalarının başlamasından 3 ay keçdikdən sonra xaricdə fəaliyyət göstərən farsdilli media və bəzi dövlətlər Rza Pələvinin təbliğinə və onun müxalifət nümayəndəsi kimi ortaya atılmasına çalışdılar.
Baxdılar ki, etiraz nümayişləri davam edir, ancaq cərəyana başçılıq edən kimsə yoxdur. Düşündülər ki, etirazların nəticə verməsi və başqa cərəyanların qarşısını alaraq, vahid bir platforma ətrafında birləşdirilmələri üçün Rza Pəhləvi daha uyğun kadrdır.
- Pəhləvinin və ümumiyyətlə, şahçıların hazırkı hakimiyyətə alternativ olmaq imkanları hansı səviyyədədir?
- O, alternativ kimi heç bir uğur qazana bilməz. Ona görə ki, onda hansısa cərəyana rəhbərlik edəcək istedad və potensial yoxdur. Eyni halda İranda yaşayan xalqların əksəriyyəti onu qəbul etmir. Xüsusilə İranda yaşayan qeyri-fars xalqlar, o cümlədən biz azərbaycanlılar onun atası və babasının etdiyi zülmləri yaxşı bilirik və unutmamışıq.
Rza Pəhləvinin alternativ kimi xalqa sırınması əslində xaricdə olduqca güclü olan farsdilli medianın işidir. Nəzərə alaq ki, qeyd etdiyim farsdilli media, xüsusən "Amerikanın səsi"nin fars bölümü və “İran İnternational" ciddi təsir imkanlarına malikdir. Bu media orqanları Pəhləvi barədə alternativ təsəvvürü formalaşdırmağa çalışırlar.
- İrandakı etiraz nümayişlərinin tammiqyaslı inqilaba çevriləcəyi gözlənilirmi?
- Fikrincə, İranda baş verən etiraz aksiyaları hələlik inqilab deyil. Bu, daha çox bir sıra xarici dövlətlərin İranla razılaşdıra bilmədikləri məsələləri təzyiq yolu ilə qaydasına salmaq cəhdləridir. Burada İranın nüvə proqramı ilə bağlı məsələlər əhəmiyyətli dərəcədə rol oynayır. Qeyd etdiyim xarici dövlətlər İranı sıxışdırıb imtiyaz almaq üçün bəzi hərəkətlərin baş verməsinə zəmin yaratdılar, ancaq bu dəfə ipin ucu onların əlindən çıxdı. O dövlətlərin özü də işin bu yerə gəlib çıxacağını düşünmürdülər. Bildiyiniz kimi, İranda yaşayan xalqlar 40 ildən çoxdur davam edən ədalətsizlik, zülm və diktatorluqdan bezib və yorulublar. Həmin o kəsim yaranan şəraitdən istifadə edərək haqlı olaraq etiraz nümayişlərinə qoşuldu. Ancaq bu nümayişlərdə kütləvilik olmadığı üçün onu inqilab adlandırmaq doğru deyil.
- Güney Azərbaycan təşkilatları və siyasi fəallarının fəaliyyətləri İranda baş verən hadisələrə nə dərəcədə təsir göstərə bilir? Onların xaricdə olan İran müxalifəti ilə əlaqə və əməkdaşlıqları barədə nə deyə bilərsiniz?
- İranda baş verən inqilablar ya Təbrizdən başlayıb və ya son sözü Təbriz deyib. Elə buna 1979-cu il inqilabını da misal göstərmək olar. Sonuncu inqilabın qələbə möhürünü Təbriz vurmuşdur. Demək istəyirəm ki, İranda baş verən hər hansı inqilab Təbrizsiz qələbə çala bilməz. Qələbə qazanmaq üçün bu ya Təbrizdən başlamalı və ya Təbrizdə bitməlidir. Güney Azərbaycan xalqının baş verən dəyişikliklərdə böyük rolu olub və ola bilər. Ancaq xalqımız bu dəfə küçələrə axışmadı. Ona görə ki, bundan öncəkilərdən dərs alıb və bir sıra hadisələrin oyun olduğunu anlayıb. Təbriz artıq əvvəlki Təbriz deyil, ayılıb.
Güney Azərbaycan təşkilatlarının xaricdəki müxalifətlə əməkdaşlığı və hadisələrə təsirinə gəlincə, deməliyəm ki, bir sıra dövlətlər bizim təşkilatları bu məsələyə qoşmaq istəyirlər. Ancaq biz bundan sonra aldanmaq istəmirik. Məsələ ilə bağlı çox əhəmiyyətli və 10 saat davam edən bir toplantıda da bu barədə danışdıq. Bir daha qeyd etdik ki, bizim mənafeyimizi nəzərə almayan hərəkətlərə qoşulmayacağıq. Gözümüzün qabağında Pişəvəri nümunəsi var. Onun başına nə gətirildiyini gördük. Xaricilərin əli ilə qurulan hökumət elə xaricilərin əli ilə də çökdürülə bilər. Bu, Pəhləvi hakimiyyəti məsələsində də özünü göstərib. Rza xan və onun oğlu Məhəmmədrza şah İngiltərənin dəstəyi ilə hakimiyyətə gətirildi və sonra yenə də ingilislərin əli ilə hakimiyyətdən uzaqlaşdırıldılar.
Ancaq Güney Azərbaycan təşkilatları və onların hadisələrə təsiri barədə fərqli fikirdəyəm. Bu təşkilatları üç yerə bölmək olar. Birinci dəstə sağa-sola baxmadan xalqımızın maraqları uğrunda mübarizə aparır. İkinci dəstə hansısa dövlətlərin dəstəyi və göstərişi ilə oturub-durur və şəxsi maraqlar ümumi maraqları üstələyir. Üçüncü dəstəyə aid olan təşkilatların isə əslində mövcudluqları yoxdur və onlar sadəcə bir-iki nəfər vasitəsilə virtual aləmdə təmsil olunurlar.
Demək istəyirəm ki, gerçəkdən mövcud olan Güney Azərbaycan təşkilatlarının heç biri fars müxalifəti ilə əməkdaşlıq etməyib və etməyəcəkdir.
- Davam edən etirazlar nə ilə nəticələnə bilər? Sonrakı mərhələdə necə bir İran təsəvvür edirsiniz?
- İrandakı etirazlar əslində nəticələnməkdədir. Fevral ayı ərzində nümayişlərin qarşısı alınsa və sakitlik yaransa, bu, Tehran rejiminin uğuru kimi dəyərləndiriləcək, hakimiyyət də bir neçə kiçik dəyişikliklərə əl atacaq. Ancaq qeyd etdiyim müddətdə aksiyalar səngiməsə, İranda daxili müharibə baş verə, ölkədə geniş qarşıdurma yarana bilər. Belə olduqda Amerika, İsrail və başqa dövlətlərin ora müdaxiləsi gözləniləndir.
Molla rejimi yıxıldığı təqdirdə ondan sonrakı mərhələdə Güney Azərbaycanın müstəqil olma ehtimalı daha da azalacaq. Ona görə ki, hazırkı totalitar rejimdən sonra məcburi olaraq daha mütərəqqi, qərbmeyilli və himayə olunan fars mərkəzli daha faşist bir hakimiyyət iş başına gələ bilər.
Bunu səmimi və açıq şəkildə deyirəm ki, yuxarıda qeyd etdiyim səbəblərə görə mən hələlik molla rejiminin yıxılmasını istəmirəm. Bu qədər cahil və diktator bir rejimin hələlik hakimiyyətini davam etdirməsi bizim üçün xeyirlidir. Ona görə ki, artıq xalqımız ayılmaqda, hüquqlarını başa düşməkdə və təşkilatlarımız güclənməkdədir. Bu belə davam edərsə, qarşıdakı illərdə İranda yaşayan başqa qeyri-fars xalqlarla birlikdə əl-ələ verib bu rejimi yıxmaq və birdəfəlik öz milli dövlətimizi qurmaq mümkündür.