
Myanmada martın 28-də baş vermiş güclü zəlzələdən sonra maqnitudası 2,8 ilə 7,5 bal arasında dəyişən 98 təkan qeydə alınıb.
İdealmedia.az-ın məlumatına görə, bu barədə ölkənin Meteorologiya və Hidrologiya Departamenti rəsmi açıqlama yayıb.
Qeyd edək ki, 7,7 bal gücündə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 3600-ə yüksəlib. Bundan əlavə, 5017 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 160 nəfər isə hələ də itkin düşmüş kimi siyahıya alınıb.