
ABŞ Prezidenti Donald Trampın hələlik Ukraynaya səfəri nəzərdə tutulmur.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərin sualını cavablandırarkən məlumat verib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampa ünvanladığı dəvətlə bağlı suala belə cavab verib:
“Mən bu barədə prezidentlə danışmamışam, onun Zelenskinin dəvətini görüb-görmədiyini də bilmirəm, yəqin ki, görüb. Ondan soruşa bilərəm. Hazırda Trampın Ukraynaya səfəri ilə bağlı bölüşə biləcəyim konkret bir plan yoxdur”, – deyə Levitt qeyd edib.