Bu gün:


İran Prezidentinin Bakıya rəsmi səfəri bitdi

Tarix: 28.04.2025 / 23:25  •   Oxundu: 0 dəfə  •  

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.

"İdealmedia.az" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı ərazidə, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar.