Bu gün:


Şuşanın gözlədiyi Ərdoğan artıq Bakıdadır...

Tarix: 15.06.2021 / 10:08  •   Oxundu: 115 dəfə  •  

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də gecə saatlarında Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
 
Xatırladaq ki, Türkiyə lideri  Brüsseldə iyunun 14-də başlnamış NATO sammiti və ikitərəfli görüşlərinin ardından “TC-TUR” təyyarəsilə  birbaşa Azərbaycana yola düşüb.
 
Bu gün iyunun 15-də isə Ərdoğanın, vəd etdiyi kimi, Füzuli və Şuşaya səfəri gözlənilir.