"Rusiya növbəti dəfə kosmosda uğursuzluğa düçar olub..."
Tarix: 15.12.2022 / 21:36 •
Oxundu: 111 dəfə •
"Orion"un Ay missiyası başa çatıb. NASA kosmik gəminin suya enişinin unikal kadrlarını yayımlayıb.
"Artemida-1"missiyası 26 gün davam edib, 2, 3 milyon km məsafə qət edib, Ay səthinə minimal 128 km yaxınlaşıb..."
"Aya pilotlu uçuş 2024-cü ilə, Yerin təbii peykinə eniş isə 2025-ci ilə planlaşdırılıb..."
"Orion" kosmik gəmisi dekabrın 11- də Kaliforniya sahillərində Sakit Okeanda eniş edib.
Moderator.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Noyabrın 16-da kosmosa buraxılan "Artemida-1" missiyası 26 gün davam edib və 2, 3 milyon km məsafə qət edib.
Uçuşun gedişində "Orion" gəmisi Ay ətrafında fırlanıb, onun səthinə minimal 128 km yaxınlaşaraq Ay səthinin müfəssəl fotosunu çəkib və gələcəkdə pilotlu "Artemida" missiyalarının şəraitini sınaqdan keçirib.
"Orion" həmçinin NASA uçuşlarının yeni rekordunu müəyyən edib. Belə ki, astronavtların daşınması üçün nəzərdə tutulan istənilən kosmik gəmidən daha uzağa-Yer kürəsindən 401 798 km uzağa uçub.
"Orion" gəmisinin suya enişi ABŞ hərbi-dəniz qüvvələrinin "USS Portland" gəmisinin bortundan izlənilib.
NASA agentliyi "Twitter"də kosmik gəminin yerə dönüşünün kadrlarını dərc edib.
"Kosmosda 1, 4 milyon mil keçərək, Ayı dövrə vuraraq və məlumatları toplayaraq bizi NASA nın "Artemida" kosmik gəmisinin gələcək missiyalarının gedişində astronavtların göndərilməsinə hazırlayacaq, "Orion" kosmik gəmisi evə dönüb", - kosmik agentliyinin məlumatında deyilir.
NASA üçün son 50 ildə bu, kosmik pilotlu uçuş üçün yaradılan kosmik gəmini kosmosun dərinliklərinə buraxılması olub və mahiyyət etibarilə insanın Aya enməsinin baş məşqi deməkdir.
Doğrudur, bu dəfə astronavtların yerini 3 maneken və "Snupi" ləqəbli oyuncaq it olub. Pilotlu uçuş 2024-cü ilə, Yerin təbii peykinə eniş isə 2025-ci ilə planlaşdırılıb.
Yerə dönüş zamanı kosmik gəmi Selsi üzrə 2700 dərəcəyədək qızıb. Cəmi 20 dəqiqəyə onun surəti 40 min/km saatdan eniş səthinə yaxınlaşanda 30 km/saata düşüb.
Bu arada isə Rusiya növbəti dəfə kosmosda uğursuzluğa düçar olub. Onun növbəti məxfi peyki 2 ay da işləmədən yanıb. "Kosmos 2560" hərbi peykin buraxılışı iflasla nəticələnib. Belə ki, aparat orbitdən çıxaraq 2 ay da işləməmiş atmosferdə yanıb.
Kembricdə Harvard - Smitson astrofizika Mərkəzinin alimi Conatan Makdauel məlumat verib ki, oktyabrda buraxılan aparat dekabrın 10-da Quam rayonunda Yerə "dönüb".
"Bu seriyadan olan əvvəlki peyk kimi bu dəfə də peyk orbitə qalxa bilməyib", - alim qeyd edib. Ehtimal ki, söhbət kosmosda 2 aya yaxın qala bilən "Kosmos-2555" peykindən gedir. "Emka 3" sinfindən olan peyk oktyabrın 15-də Plesetsk kosmodromundan buraxılıb. Aparat orbitə "Anqara - 1.2" daşıyıcı raket tərəfindən çıxarılıb.
Rusiya MN məlumat verib ki, aparatla "davamlı telemetrik əlaqə saxlanılır, onun bort sistemləri ştat rejimində işləyir".
"Kosmos 2560" peykinin vəzifələri barədə məlumat verilmir. Güman edilir ki, bu peyk obtiki kəşfiyyat üçündür. Rusiya ötən ilin oktyabr ayında sentyabrın
9-da buraxılan daha bir
"Kosmos-2551" optiki
kəşfiyyat peykini itirib.
O, ABŞ üzərində gözqamaşdırıcı uçuş edərək Böyük göl rayonunda yerə düşüb.
Kosmik proqramlar sahəsində analitik Bart Hendriksin dəyərləndirməsinə görə, Rusiya kosmosda "artıq praktiki olaraq kordur".
Hazırda orbitdə kosmosa 2013-2015 ci illərdə çıxarılmış iki "Persona" hərbi optiki kəşfiyyat peykləri ola bilər. "Persona"nın mülki versiyası olan "Resurs - P" peyklərindən sonuncusunun buraxılışı 2021-ci ilin dekabrında baş tutmayıb.
Bu sinifdən olan yeni aparatların istehsalı sanksiyalar ucbatından çətinləşib və hətta nəzəri cəhətdən onlar orbitə 2023-cü ildən tez buraxıla bilməz.