Qardaş dəstəyi: Ərdoğanın BMT tribunasından səsləndirdiyi "Qarabağ Azərbaycandır!" MESAJI
Tarix: 22.09.2023 / 14:21 •
Oxundu: 69 dəfə •
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da başlatdığı lokal xarakterli antiterror tədbirləri 24 saat sonra uğurla başa çatdırılıb. Ordunun şücaəti sayəsində separatçılar ağ bayraq qaldıraraq, təslim olub. Separatçılar Azərbaycanın təklifləri ilə razılaşmağa məcbur qalıb.
Şübhəsiz ki, lokal antiterror tədbirləri zamanı Azərbaycana ən çox dəstək verən ölkə Türkiyə olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Qarabağla bağlı məsələyə də toxunub.
Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:
"Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”.
Antiterror tədbirləri zamanı və sonrasında Türkiyə Prezidenti, müdafiə naziri, xarici işlər naziri azərbaycanlı həmkarlarına zəng edərək dəstək ifadə edib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım İDEAL MEDİA.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışı zamanı “Qarabağ Azərbaycandır” və “Ermənistan tarixi fürsəti qaçırır” ifadələrinin olduqca mühüm mesajlar olduğunu söyləyib:
"Müharibədən həmən sonra cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan “3+3” formatını irəli sürdü. Bu format regionda baş verənlərin elə region dövlətləri tərəfindən müzakirə edilib, həll edilməsini nəzərdə tuturdu. Qonşu dövlətlər bir araya gələrək Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin edilməsini, əlaqələrin yaxşılaşdırılmasını bu formatda təmin etməlidir. İran bu formata yaxınlaşmır. Ermənistan ziq-zaq addımlar atır. Müharibədən sonra Avropa Birliyi, ABŞ və Rusiya mediatorluq edərək iki ölkə rəhbərini danışıqlar masasında görüşdürsədə, Ermənistan tərəfi verdiyi sözlərin heç birini tutmayıb. Ermənistan 3 il ərzində prosesləri ləngidib. Artıq Azərbaycanın səbri daşdı və nəhayət lokal xarakterli antiterror əməliyyatı keçirdi və uğurlu oldu. Yəni, Ermənistan sülhdən qaçır. Cənab Rəcəb Tayyib Ərdoğanın “Ermənistan vacib fürsəti əldən verir” ifadəsinin ən önəmli səbəbi budur. Sülh olduqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra iqtisadiyyat canlanacaq. Beləliklə, Ermənistanın yoxsul xalqı iqtisadi baxımdan rifaha çatacaq. Londandan başlayaraq, avtomobil və ya qatarla Çinə qədər getmək mümkün olacaq. Ermənistan bundan boyun qaçırdır. Azərbaycan isə müharibədən dərhal sonra Ermənsitanla dialoqları artırmaq üçün Qarabağdakı ermənilərlə dialoq apardı. Normallaşma prosesi ilə əlaqədar da Azərbaycan ciddi addımlar atır. Türkiyə də eyni zamanda bu istiqamətdə xeyli səy göstərib. Amma Ermənistana Azərbaycanla əlaqələri normallaşdırmağı şərt qoşduq. Ancaq bundan sonra Ermənsitanla sərhədləri aça bilərik dedik. Cənab Prezidentimizin BMT çıxışı məhz bütün bu nüansları özündə ehtiva edir. Azərbaycan müharibə yox, sülh və hüzur istəyir. Qarabağın Azərbaycan torpağı olması bütün dünya tərəfindən qəbul edilib. Cənab Rəcəb Tayyib Ərdoğan da bunu dil gətirdi. Cənab İlham Əliyev bir qardaş kimi, cənab Rəcəb Tayyib Ərdoğana çıxışa görə təşəkkür etdi. Biz mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” şüarına uyğun olaraq davranırıq. Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimizi də nəzərə aldıqda Azərbaycan və Türkiyə ayrılmaz dövlətlərdir. Bu həmrəylik digər dövlətlərə də nümunə olacaq. Haqsızlıq və hüquqsuzluğa qarşı Azərbaycan və Türkiyənin həmrəyliyi nümunə təşkil edir. Bu regionda sülh olmalıdır! İstədiyimiz nəticəni mütləq əldə edəcəyik.Qarabağ Azərbaycandır!”.
AKP-li deputat qeyd edib ki, Türkiyə Prezidentinin çıxışı ABŞ, Fransa, eləcə də digər ermənipərəst qüvvələrə ciddi mesajdır:
“Ermənistan təhlükəli oyunların içərisindədir. Dünənə qədər təhlükəsizliyini, enerjisini və bütün məsələlərini Rusiyaya təslim etmişdi. İndi isə Amerikanı çağırıb hərbi təlim keçirdi. Buna səbəb Amerikada və Fransada güclü erməni lobbisinin olmasıdır. Bununla Qarabağdakı ermənilərə bir status verilməsinə nail olmaq istəyirlər. Azərbaycan öz torpaqlarında ikinci erməni dövləti qurulmasına imkan verməz. Bunu cənab İlham Əliyev dəfələrlə vurğulayıb. Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışı Amerikanın ağlını başına almasına da yönəlib. Digər dövlətlərə də eyni mesaj verilib. Onun “Qarabağ Azərbaycandır” ifadəsi çox böyük alqış toplayıb. Bunun mənası sözügedən məsələlərə Amerikanın, Fransanın və digər dövlətlərin müdaxilə etməsinin yolverilməz olduğudur. Ermənistanın öz daxilində işlər mürəkkəbdir. Qarabağ klanı var. Bu insanlar birinci Qarabağ müharibəsində vəhşiliklər törədib, qanla bəslənirlər. Bunların sülhə niyyəti yoxdur. Ona görə də, daim müharibə istəyirlər. Paşinyana təzyiq göstərirlər. O da hər gün fikir dəyişdirir. Bu gün sülhün tərəfdarı olduğunu deyir, sabah Amerikanı dəvət edir. Bu addımların heç bir xeyri yoxdur. Okeanın o tayında olan Amerika Ermənistana gəlib, regionu qana bulaya bilməyəcək. Buna heç kim icazə verməz. Burada İranın mövqeyi önəmlidir. Bölgə dövləti kimi balanslı davranmalıdır. Orada 30-40 milyon arası Azərbaycan türkü yaşayır. Bütün bunları nəzərə alaraq İranın daha diqqətli olması vacibdir. Biz heç vaxt İrandakı türkləri təhrik etmədik. İran bunu da nəzərə almalıdır. Biz bu regionda sülh və əmin-amanlıq içərisində yaşamaq istəyirik”.
Milli Məclisin Türkiyə-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun üzvü Elşad Mirbəşiroğlu vurğulayıb ki, qardaş ölkə rəhbərinin çıxışı xüsusi və ciddi mesajdır:
“Azərbaycanın konstitusiya quruluşunu yenidən bərqərar etmək məqsədilə antiterror əməliyyatları apardığı bir vaxtda cənab Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından “Qarabağ Azərbaycan torpağıdır” deməsi dünya dövlətlərinə çox təsirli bir çağırış idi. Ərdoğanın tribunadan səsləndirdiyi fikirlər Azərbaycanın suverenliyini bütün ərazisi boyunca təmin etmək hüququnun təmin edilməsi istiqamətində güclü bir amil rolunda çıxış etdi. Diqqətimi çəkən əsas məsələlərdən biri də onun fikirlərini səsləndirdikdən sonra zalda onun alqışlanması oldu. Bu, Azərbaycanın öz həqiqətlərini BMT-nin toplantısına qədər dünyanın diqqətinə çatdıra bildiyini göstərir. Cənab Prezident şəxsən özü informasiya müharibəsinin önündə gedərək Azərbaycanın post münaqişə reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqla kifayətlənməyib, eyni zamanda bunu qəbul etdirib. Bu, siyasi qələbəmizin göstəricisidir. Azərbaycan öz güclü mövqeyinə əsaslanaraq haqlarını tələb etməkdədir. Biz regionda sülh və əmin-amanlıq, eyni zamanda əməkdaşlığın olmasını istəyirik. Regionun təhlükəsizliyinin təminini öz üzərinə götürən dövlətik. Biz öz suverenliyimizi bütün ərazilərimizdə təmin edəcəyik. Biz artıq təhdidi aradan qaldırmaqdayıq. Ərdoğanın çıxışının zamanla kəsişməsini çox mühüm hesab etmək olar”.
Deputat vurğulayıb ki, R.T.Ərdoğanın BMT çıxışı Qarabağ üzərindən gərginlik yaradılmasına son verilməsi məqsədi daşıyıb:
"Ermənistan Amerikaya çağırışları ilə atdığı addımların öz istəyinə yox, kənar dairələrin istəyinə uyğun olduğunu göstərir. Paşinyan hər zaman özünün mövqeləri ilə Qərbin əlində alət olduğunu göstərir. Onu Soros hakimiyyətə gətirib. Qarşısında konkret vəzifələr qoyulub.Onun vəzifələrindən biri də regiona uzaq dövlətlərin irticaçı qüvvələrinin regiona təsir etməsinə imkan yaratmaqdır. Paşinyan niyə sülh müqaviləsi imzalamır? Axı, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Paşinyan da Qarabağı Azərbaycanın bir parçası kimi tanıyır. Paşinyan çox gözəl bilir ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı kimi rahat yaşaya bilər. Çünki Azərbaycanda müxtəlif etnik millətlər təhlükəsiz və identifikliklərini itirmədən yaşayır. Bunu Ermənistanla yanaşı, Qərb dairələri də yaxşı bilir. Sülh müqaviləsi imzalanmır. Çünki regionda münaqişə elementlərinin qalmasında maraqlıdır. Münaqişə elementləri Qərb dairələrinin Cənubi Qafqaza müdaxilə etməsinə imkan verir. Bu müdaxilə də region xalqlarına yaxşı heç nə vəd etmir. Cənubi Qafqaz dövlətləri öz aralarında əməkdaşlıq sistemi qurmaq imkanına malikdirlər. Müvafiq olaraq, cənab Ərdoğanın sözügedən çıxışı həm də Qarabağ üzərindən regionda vəziyyətin gərginləşdirilməsinin dayandırılması istiqamətində ciddi siqnaldır. Qarabağ Azərbaycanın bir parçasıdır. BMT Azərbaycanı sıralarına qəbul edəndə Qarabağı da onun tərkib hissəsi kimi tanıyıb. Qardaş ölkə lideri çıxışı ilə Azərbaycanın tanınmış sərhədlərinə hörmət edilməli olduğunun mesajını verdi".