Bu gün:


Şəhid anası: “Nişanlı bacısına deyib ki, gəlməsəm də toyunu edərsən”

Tarix: 14.12.2020 / 18:27  •   Oxundu: 175 dəfə  •  

İkinci Qarabağ Savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də Şəhriyar İsa oğlu Əsgərovdur. 
Şəhriyarın anası Minayə xanım deyir ki, oğlu indiyə kimi işiylə bağlı evdə heç nə deməyib, hətta döyüşdə olanda da anasıyla telefonla danışanda hərbi hissədə olduğunu deyib:
“Şəhriyar evin ortancıl övladıdır. Özü Goranboyda əsgərlik etmişdi. Daha sonra MAXE kimi işləməyə başladı. Artıq 9-cu il idi ki, xidmət edirdi. Axırıncı dəfə qardaşının yeni doğulan körpəsini görmək üçün avqustun 18-də evə gəldi, bir gün qaldı və geri qayıtdı. Ondan sonra Şəhriyarı görmədik”.
Amma noyabrın 3-də zəng vurub dedi ki.“Sentyabrın 27-də döyüşlər başlayandan sonra biz daha da narahat olmağa başladıq. Şəhriyar bizimlə telefonla danışanda döyüşdə olduğunu demirdi, ancaq deyirdi ki, yerimdəyəm. Amma noyabrın 3-də zəng vurub dedi ki, “ana, yaralanmışam, haqqınızı halal edin”. Dedim ki, oğlum, sən haqqını halal elə, sənin haqqın üstümüzdə çoxdur. Biz sənə neyləmişik ki? (Ağılayır). Ona nə toy elədim, nə də ev tikdim. 
“Ondan sonra Şəhriyarla əlaqə kəsildi.”Onda Şəhriyarın telefonu açıq qalmışdı və döyüşdə baş verən hadisələri eşidirdik. Deyirdi ki, uşaqlar, qumbaranı verin, əsir düşməmək üçün özümü partladacam. Ondan sonra Şəhriyarla əlaqə kəsildi və biz onu axtarmağa başladıq. 16 gün Şəhriyarı axtardı qardaşı, amma tapılmırdı. Noyabrın 18-də xəbər gəldi ki, Şəhriyar tapılıb. Onda bizə bildirdilər ki, Şəhriyar əsir düşməmək üçün özünü partladıb və dörd erməni öldürüb. Həmin gün də tabutunu gətirdilər və yaşadığım Göytəpə qəsəbəsində onu böyük izdihamla dəfn etdik”. 
Həmişə bizə də deyirdi ki, şəhid olmaq istəyirəm.“Şəhriyar bacısıyla da telefonla danışıb. Həmişə bizə də deyirdi ki, “şəhid olmaq istəyirəm”. Deyirdim ki, oğul, bu nə sözdü danışırsan? Deyirdi ki, “bir şəhid olmağı da mənə çox görürsünüz?”. Bacısı nişanlıdı, onunla danışanda bacısına deyib ki, “mən gəlməsəm də, sən toyunu elə köç”. 
“Şəhriyar şəhid olanda atası Rusiyada idi, xəstə olduğu üçün əməliyyat olunurdu orda. Daha sonra Şəhriyara görə evə qayıtdı. Onda artıq Şəhriyar dəfn olunmuşdu. Allah heç kimə göstərməsin, dəhşətli günlər idi”.