Əhalinin 10 noyabr Bəyanatına münasibəti necədir?
Tarix: 22.12.2020 / 14:08 •
Oxundu: 107 dəfə •
Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr Üçtərəfli Bəyanaı ilə bağlı əhali arasında sorğu keçirib.
Sorğuda təsadüfi üsulla seçilmiş 603 respondent iştirak edib. Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub. Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.
Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.
Tədqiqat 2020-ci ilin 1-4 dekabr tarixlərində keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında keçirilmişdir. Sorğunun orta keçirilmə müddəti 12 dəqiqə 15 saniyədir.
Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib.
27 sentyabrda başlayan Vətən müharibəsindən cəmiyyətin əsas gözləntisi (90.6%) Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tamamilə işğaldan azad edilməsi idi.
Demək olar ki, hər 3 nəfərdən biri (30.7%) müharibənin daha tez, 7.8% isə daha gec başa çatacağını hesab edirdi. Cəmi 6.0% respondent ya yalnız ətraf 7 rayonun, yaxud yalnız Dağlıq Qarabağın tamamilə işğaldan azad ediləcəyini gözləyirdi.
Yalnız 2.5% respondent beynəlxalq sülhməramlıların bölgəyə gələcəyini gözləyirdi.
Vətən müharibəsi əhalinin 88.4%-nin gözlədiyi kimi yekunlaşıb. Vətən müharibəsinin gözlədiyi kimi yekunlaşdığını bildirənlər içərisində orta (36-45 yaş) və yuxarı (56-65 yaş) yaş qrupundan olanlar digər yaş qrupundan olanlarla müqayisədə üstünlük təşkil edir.
Respondentlərin 11.6%-i üçün Vətən müharibəsi gözlədiyi kimi yekunlaşmayıb. Bunun əsas səbəbləri kimi iki amil qarşıya çıxır - işğal altında olan bütün torpaqlardan ermənilərin çıxarılmaması (67.7%) və regiona Rusiya sülhməramlılarının daxil olması (44.6%).
Seçmənin təxminən üçdə bir hissəsinin (29.2%) narazılığının səbəbi isə Laçın dəhlizi vasitəsilə Qarabağla Ermənistan arasında əlaqənin Azərbaycanın tam nəzarətində olmamasıdır.
Əhalinin nəzərində II Qarabağ müharibəsinin ölkəmiz üçün ən böyük müsbət təsiri Ali Baş Komandana (90.0%) və milli orduya inamın daha da artması, həmçinin milli birliyin güclənməsi (75.5%) oldu.