Altı Həftəlik Müharibə
Tarix: 10.02.2021 / 13:10 •
Oxundu: 165 dəfə •
Böyük Zəfərin üç ayı tamam olur bu gün. Otuz illik həsrətdən sonra gələn Böyük Qələbənin üç ayı tamamdır bu gün. Millət olaraq, dövlət olaraq nələr qazandıq, nələr əldə etdik, məncə bunları biz hələ illər sonra tam olaraq dərk edə biləcəyik. Lakin, bir şey dəqiqdir ki, artıq Azərbaycan milləti qalib millətdir. O, artıq məğlub deyil, qalibdir, qürurludur, ihtişamlıdır. Faktiki olaraq, Azərbaycan xalqı mümkün olmayanı mümkün etdi. Müasir tarixdə, azərbaycanlılardan başqa, itirilmiş vətən torpaqlarını, Otto fon Bismark misalı, dəmir və qan hesabına, əldə silah, güc yolu ilə geri qaytaran bir tək xalq var o da xorvatlar. Azərbaycanlılar xorvatların da uğurunu kölgədə qoydular. Üç böyük imperiyanın arasında məngənədə sıxılırmış kimi sıxılan Azərbaycan, tarixdə ilk dəfə olaraq, Türk, Rus və İran imperiyalarının vahid uzlaşma nöqtəsinə gəlmələrinə nail oldu.
44 gün, yəni altı həftə davam edən Vətən Savaşı, Müzəffər Azərbaycan Ordusunun Qələbəsi olduğu kimi, Azərbaycan diplomatiyasının da uğuru sayıla bilər. Azərbaycan diplomatiyası otuz ildir açıq qarşıdurmaya girməyə cəsarət etməyən Türkiyə dövlətini cəsarətləndirməyi, heç bir vəchlə Qarabağda ikinci müharibəyə izin verməyəcəklərini bütün ali kürsülərdən söyləyən İran və Rusiya dövlətlərini fikirlərindən döndərməyi bacardı. Ortaya yeni, mürəkkəb siyasi konfiqurasiya qoydu.
Azərbaycan diplomatiyasının əsas uğuru, Türkiyə və Rusiya dövlətlərinin Yaxın Şərqdə, və Şimali Afrikada göstərdikləri birgə uğurlu fəaliyyətin, Qafqazlarda da mümkün ola biləcəyini Ankara və Moskvaya izah edib, inandıra bilməsindədir.
Faktiki olaraq, biz gördük ki, birfərəfli mövqe sərgiləyən Fransa Respublikası xaric, heç bir dünya dövləti, ələxsus da özlərini dünyada sülhün, əmin-amanlığın, demokratiyanın, insan haqlarının hamisi adlandıran Qərb dövlətləri, 44 gün ərzində heç bir real addım atmadılar.
Xarici diplomatlarla, siyasət adamlarıyla Qarabağ münaqişəsiylə bağlı söhbətlərimdə, onlardan hər zaman eyni tipli suallar alırdım: “Bəli, bəllidir ki, Azərbaycan Ordusu Ermənistan Ordusundan güclüdür. Azərbaycan müharibə etsə özünün hesab etdiyi əraziləri geri qaytara bilər. Lakin, bu gün o ərazilərdə ermənilər yaşayır. Azərbaycan əsgəri hara qədər getməyə niyyətlidir? Erməni əhalisinin aqibəti necə olacaq?”. Avropalı, amerikalı, rusiyalı və s. siyasət adamlarıyla ünsiyyətdə olmuş hər bir kəs, yəqin ki, bu tipli suallar alıb. Yəni burda onlar etnik təmizləyə eyham vururlar. Bunun çox böyük bədəlinin olduğunu vurğulayırlar.
Bu və digər bir sıra məqamlardan çıxış edərək əminliklə söyləyə bilərik ki, etnik təmizləmə mifini ortadan qaldırmaq üçün, müharibənin yekunlaşdığı anda, əraziyə sülhməramlı qüvvələrin gətirilməsindən başqa çıxış yolu qalmırdı. Bu mövzuda da dünya dövlətlərinin skeptik yanaşmasının şahidi olduq. Skandinaviya ölkələrindən ibarət sülhməramlı qüvvələrin Qarabağa gətirilməsi mövzusu açıldı, və dərhal da qapadıldı. Böyük dünya dövlətlərinin neytral yanaşmasını nəzərə alaraq, əraziyə yalnız region ölkələrinin sülhməramlı qoşunlarını dəvət etmək olardı. Azərbaycanla bağlı iki dövlət bir millət paradiqmasından çıxış Türkiyə Cümhuriyyətinin silahlı qüvvələrinin sülhməramlı qüvvələr qismində Qarabağa dəvət olunması, təəssüf ki, mümkün deyildi. Ermənilər bu variantı qətiyyətlə rədd edirdilər. Əhalisinin tən yarısı (dolayısıyla Silahlı Qüvvələrinin də tən yarısı) azərbaycanlılardan ibarət olan İran İslam Respublikasının sülhməramlı qismində çıxış etməsini də, ermənilər qəbul etməzdilər. Geriyə yalnız bir variant qalırdı - hər iki dövlətlə, yəni həm Azərbaycan, həm də Ermənistanla sıx və isti münasibətləri olan Rusiya Federasiyası. Bəli, ermənilər yalnız, Rusiya sülhməramlı kontingentinin əraziyə daxil olmasına razı ola bilərdilər, ki, bu da baş verdi.
Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağ ərazisində olması, Azərbaycan üçün böyük imkanlar yaradır. Kəlbəcər, Laçın və Ağdam rayonlarının döyüşsüz geri qaytarılması buna bir sübutdur. Sülhməramlıların burada olması, dünya erməniliyinin və onların havadarlarının, ermənilərə qarşı ikinci soyqırım törədilir iddiasının qarşısını alır. Azərbaycan dövləti üçün konfliktin birdəfəlik həlli üçün fürsətlər koridoru açır. Zamanla, tələsmədən, ağılla və təmkinlə adekvat siyasət yürüdərək, münaqişəni tarixin zibil qutusuna atmaq mümkün olacaq.
Burada diqqət çəkən digər addım, Azərbaycanın Rusiyaya – qlobal miqyasda açar dövlətlərdən birinə qarşı yürütdüyü xarici siyasət kursudur. Azərbaycan sübut etdi ki, münaqişələri həll etmək üçün, Ukrayna, Moldova, Gürcüstandan fərqli olaraq, Rusiya Federasiyasıyla konfrontasiya getmək yox, onunla əməkdaşlıq etmək lazımdır. Bu əməkdaşlıq hər iki tərəfə uğur gətirir.
Ağdamda yaradılmış Monitorinq Mərkəzi isə Türk-Rus əməkdaşlığının nə qədər uğurlu format olduğunu bir daha açıq şəkildə nümayiş etmiş oldu. Bu əməkdaşlıq, gələcəkdə regionun hər hansı bir bölgəsində yarana biləcək istənilən problemin həllində uğurlu və hazır formula qismində çıxış edəcək.