Çin bu türk ölkəsini ələ keçirir
Tarix: 27.08.2020 / 17:39 •
Oxundu: 175 dəfə •
Rusiya Mərkəzi Asiya ölkələrinə qarşı sərt güc siyasətindən istifadə etdiyi halda, Çinin bu ölkələrə yanaşması tam fərqlidir. Pekinin Mərkəzi Asiya ölkələrinə ümumi investisiyası 300 milyard dolları ötüb. Yəni Çin regionun türk ölkələrinə iri kapital qoyaraq həm onların inkişafını təmin edir, həm də öz sənayesinə xammal cəlb edir.
Bu sözləri ASMEDİA.AZ-a iqtisadçı Natiq Cəfərli Çinin son illərdə Mərkəzi Asiya ölkələrinə artan investisiya dəstəyi və yumşaq güc siyasəti haqda danışarkən deyib. O bildirib ki, Çin Mərkəzi Asiya respublikalarına 90-cı illərdən etibarən ciddi maraq göstərməyə başlayıb:
“Hətta 8 il öncə Tacikistanın bir qisim ərazisini 500 milyon dollara almışdı. Maraqlı məqam ondan ibarətdir ki, Çinin Tacikistandan aldığı ərazi başdan-başa qayalıqdan ibarət idi və heç bir mahiyyət kəsb etmirdi. Lakin sonra məlum oldu ki, həmin qayalıq ərazidə böyük miqdarda yeraltı mineral su ehtiyatları var. Bu hadisə belə Çinin yaxın illərdə Mərkəzi Asiyaya nüfuz etmək istədiyinin göstəricisi idi.
Bu gün Çin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanda öz iqtisadi təsirini günbəgün artırır. Xüsusilə Türkmənistanla münasibətlərdə bu, daha aydın hiss olunur. 2019-cu ildə Orta Asiyanın təbii qazla ən zəngin ölkəsi olan Türkmənistan ixrac etdiyi 31.6 milyard kubmetr qazın çox hissəsini Çinə satıb. Bu, Çinin boru kəmərlərilə idxal etdiyi 47.7 milyard kubmetr qazın 66%-nə bərabərdir. 2019-cu ilin sonuna qədər Türkmənistan Çinə toplam 250 milyard kubmetrdən artıq təbii qaz ixrac edib. Türkmənistanın 9 milyard dollar olduğu təxmin edilən xarici borcunun 8 milyard dollardan çoxu bu ölkənin qaz infrastrukturunu inkişaf etdirmək üçün Çinin verdiyi kreditlərdir”.
N.Cəfərli vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Türkmənistanın Çinlə yaxınlaşmasının və bu ölkəyə neft, qaz satmasının əsas səbəbi Avropa bazarlarına çıxa bilməməsidir:
“Region ölkələrinin Avropa bazarına çıxa bilməməsinin başlıca problemi Transxəzər boru kəmərinin olmamasıdır. Digər tərəfdən İran və Rusiya da bu məsələyə isti baxmır. Transxəzər boru kəmərinin olmamasının Azərbaycan üçün elə bir təsiri yoxdur. Çünki Azərbaycan öz neft və təbii qazını TANAP, TAP boru kəmərləri vasitəsilə Avropa bazarına çıxara bilir. Hazırda bu boru kəməri ilə 30 milyard kubmetr satışı etmək mümkündür. Lakin biz ən yaxşı halda 10 milyard kubmetr qaz satışı edə bilirik. Yaxşı olardı ki, Transxəzər boru kəməri reallaşsın və Türkmənistan, Qırğızıstan qazı Xəzər dənizi vasitəsilə TANAP və TAP boru kəmərlərinə qoşulsun”.