Bu gün:


Tramp Ərdoğanı ABŞ-yə dəvət etdi

Tarix: 05.05.2025 / 23:26  •   Oxundu: 0 dəfə  •  

Tramp Ərdoğanı ABŞ-yə dəvət edib

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ABŞ-yə səfərə dəvət edib.

İdealmedia.az xəbər verir ki, bu barədə Ərdoğan Trampla telefon danışığına dair sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, danışıq səmimi və faydalı olub. Telefon söhbətində Qəzzadakı humanitar böhran, Suriya və Rusiya–Ukrayna müharibəsi, qlobal ticarət, ABŞ-İran münasibətləri və digər regional məsələlər müzakirə olunub.

Ərdoğan, həmçinin müdafiə sənayesi və ticarət sahəsində Türkiyə–ABŞ əlaqələrinin inkişafı ilə bağlı qarşılıqlı iradənin olduğunu vurğulayıb. O, Trampın sülh istiqamətindəki səylərini təqdir etdiyini və Türkiyənin dəstəkləməyə hazır olduğunu qeyd edib.

Sonda Türkiyə lideri Trampla yaxın zamanda bir araya gələcəyinə ümid etdiyini bildirib.