Bu gün:


Mirzoyan Brüsseldə Kaya Kallasla sülh danışıqlarını müzakirə edib

Tarix: 14.05.2025 / 20:41  •   Oxundu: 0 dəfə  •  

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

İdealmedia.az xəbər verir ki, görüşdə beynəlxalq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Cənubi Qafqazda sülhün bərqərar olunması səyləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıblar.