Bu gün:


Televizorlu məzar daşı

Tarix: 30.12.2021 / 09:09  •   Oxundu: 335 dəfə  •  

Ən qeyri-adi rəqəmsal başdaşı abidələri
Rusiyada ilk dəfə olaraq mərhum barəsində video yayım üçün ekranı olan rəqəmsal abidə qoyulub. Bu, heç də dəfn biznesində tətbiq edilən yeganə texnologiya deyil.

 Ən maraqlı rəqəmsal xatirə abidələri haqqında "Qazeta.ru"nun materialını tərcümə edərək dəyərli oxucularına təqdim edir.
 
Novosibirsk krematoriumunda xüsusi ekran quraşdırılan rəqəmsal abidə qoyulub.
 
Burada ölən şəxs haqqında mini-film, kolumbariumun içərisində cənazənin külü olan urna var.
 
Belə bir kolumbariumun yaradılması ideyası Naberejnıye Çelnı şəhərindən olan mühəndis Marsel Muxametşinə məxsusdur. Bu barədə "Arqumentı i faktı" nəşri məlumat verib.
Muxametşinin sözlərinə görə, onun atası praktiki olaraq ölən nənəsi haqqında heç nəyi xatırlamırdı, lakin öz xanımının xatirəsini yaşatmaq istəyirdi.
O, Yekaterinburq şəhərində sərgidə öz ideyasını təklif edib və Novosibirsk krematoriumun nümayəndərinin diqqətini cəlb edib.
Belə abidəni qoymaq üçün alıcı materiallardan asılı olaraq 600 min rubldan 2 milyon rubladək vəsait ödəməlidir (13 800 manatdan 46 000 manatadək).
Verilən məlumata görə, artıq iki ailə rəqəmsal kolumbariumla maraqlanıb.
Hələlik abidənin dözümlülüyü yoxlanılır və yazadək test ediləcək.
 
Ekranları olan qəbirlər
 
Rəqəmsal başdaşı ideyası xaricdə aktiv surətdə inkişaf edir. Məsələn, 2017-ci ildə Sloveniyanın Bioenergiya şirkəti tərəfindən rəqəmsal başdaşı prototipi yaradılıb, Reuters məlumat verib.
 
Abidə dəyəri 3200 $ olan 48 düyməli ekrandır. O, elə layihələşdiriib ki, digər başdaşı abidələrindən fərqlənməsin.
Belə abidə hərəkət  sensorları ilə təchiz edilib.
Əgər abidənin yanında kimsə yoxdursa, onun üzərində yalnız insanın adı və yaşam illəri görünür.
Əgər sensorlar yaxınlıqda aktivliyi qeyd edirlərsə, ekranda videoroliklər,  mərhumun fotoları olan mətn və ya slayd-şouları görünür.
 
Başdaşının NFS-i
 
ABVNews-un məlumatına görə, 2010-cu ildə Virciniya ştatının sakini Kristofer Hill bəyan edib ki, ölümündən sonra gələcək nəsillərə müraciət etmək fikrindədir. O, bunu abidədə quraşdırılan xüsusi mikroçip vasitəsilə etməyi planlaşdırır.
"Başdaşının yanından keçəndə siz yalnız bir neçə söz, adı və tarixi görürsünüz, bu, düzgün deyil. Abidə ölmüş şəxsin tarixçəsini danışmalıdır",-kişi belə deyib.
Niyyətini həyata keçirmək üçün Hill Objects şirkətindən başdaşına bərkidilən radiotezlikli identifikator alıb. Qurğu yaddaşında 1000-ədək söz və təsvirlər saxlaya bilir, sonradan NFC çipli smartfona ötürülür.
Belə identifikatorlar 3200 il xidmət edə bilər.
 
QR-kodlar
 
2011-ci ildə Quiring Monuments şirkəti tərəfindən abidələrdə QR-kodlar quraşdırılması texnologiyası təklif edilib, Seattle Times yazır.
Portalın məlumatına görə, şirkət Şərəf medalı ilə mükafatlandırılan altı nəfər və Gümüş medalı ilə mükafatlandırılan iki nəfər şəxsin məzarlarında QR kodlarını yerləşdirib.
Ziyarətə gələnlər QR kodunu skan edə bilər. Bundan sonra o, mərhuma həsr edilən veb-sayta daxil olur. Səhifədə mərhumun müfəssəl tərcümeyi-halını oxumaq, habelə foto və videolarına baxmaq mümkündür.
Quiring Monuments QR kodu 100 dollara təklif edir. Mərhumun ailəsi fərdi saytda hansı məlumatın olmasını müstəqil olaraq seçir.
 
Texno-məzarlıq
 
Yaponiyada bütöv bir Ruriden texnoloji məzarlığı var, Vice yazır.
 
Qəbiristanlıq Tokioda Koukokuji buddist kilsəsinin əvvəlində yerləşir. Orada Buddanın şüşə heykəlləri olan iki mindən çox mərhumların külü saxlanılan səcdəgahlar var. Bütün heykəllər işıq diodları ilə işıqlanır.
 
Qəbiristanlığı ziyarət etmək üçün xüsusi smart-kartın olmalıdır ki, Ruridenə buraxıla biləsən...