Britaniyalı jurnalist: Ermənilərlə azərbaycanlıların birgə yaşaması üçün daha çox təmas lazımdır
Tarix: 07.03.2024 / 11:26 •
Oxundu: 82 dəfə •
Cənubi Qafqazda azərbaycanlılarla ermənilərin davamlı birgə yaşaması üçün insanlar arasında daha çox təmasların təmin edilməsi lazımdır.
Bu barədə britaniyalı jurnalist və siyasi analitik Onnik Krikoryan deyib.
“Ermənistan hələ də sülh prosesində Qərbin birbaşa iştirakına can atdığı bir vaxtda Azərbaycanın sazişə tez bir zamanda ehtiyacının olması ehtimalı azdır”, - o bildirib.
İDEAL xəbər verir ki, Azərbaycanlı ekspert, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun sözlərinə görə, yaxşı olar ki, Cənubi Qafqazın bu iki dövləti Qərblə Rusiya arasında geosiyasi qarşıdurmanı və Ukraynada davam edən müharibəni seyr edərkən ehtiyatlı davransınlar: “Biz Ermənistan-Azərbaycan sülh prosesində dalana dirənmişik. Bununla belə, əvvəlki çıxılmaz vəziyyətlərdən fərqli olaraq, indiki vəziyyət Azərbaycanın “de-fakto sülh” adlandırdığı vəziyyətə əsaslanır. Fevralda baş vermiş sərhəd insidenti istisna olmaqla, 2023-cü ilin sentyabrından Ermənistan-Azərbaycan sərhədində sakitlik hökm sürür. Belə davamlı sakitlik Sovet İttifaqının dağılmasından sonra demək olar ki, görünməmiş bir hadisədir və bu, hər iki tərəfin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı şifahi şəkildə tanınması ilə asanlaşdırılıb”.
O.Krikoryan da onunla razılaşır və britaniyalı jurnalist bildirir ki, Zəngəzur dəhlizi və “Sülh kəsişməsi” layihəsi məsələsinə fərqli yanaşmalar da Azərbaycanla Ermənistan arasında münasibətlərin durğunluğuna təsir edir: “Lakin Vasif Hüseynovun dediyi kimi, bu “de-fakto sülh” və ya “funksional birgəyaşayış” davamlı olacaqsa, insanlar arasında daha çox təmaslara ehtiyac duyulacaq ki, bu da hazırda yoxdur. Biz digər münaqişə zonalarında, məsələn, Kipr və Şimali Kipr arasında oxşar təmasları görə bilərik"