Bu gün:


Şərin şahid anası: 01.11.2022 tarixində Nazim Quliyevi təbrikə getmişdir.

Tarix: 18.02.2025 / 00:18  •   Oxundu: 0 dəfə  •  

Şərin şahid anası: 01.11.2022 tarixində Nazim Quliyevi təbrikə getmişdir.


Bakı Ağır Cinayətlər Məhkəməsində İdeal Media Group-un qurucusu Nazim Quliyevə qarşı törədilmiş cinayət işi üzrə şərin dələduz üzvlərindən biri, İlyasova İlahə Rasim qızının şahidi, anası Minayə Həmidova Şəfi qızının dindirilməsi məhkəmə zalında iştirak edənlərə "gülüş" özlərinə şok terapiya yaratdı. 1947-ci il təvəllüdlü Minayə Həmidova, qızı kimi "ittiham aktı"nda adlarından yazılmış ifadələrin 180 dərəcə əksini ifadə etməklə bildirdi ki: "Havamız çatmırdı, buna görə Nazim Quliyevə müraciət etdik və o da bizi dağ başında olan bağına yerləşdirdi."


Prokuror: İstintaqa ifadə vermisiniz ki, N. Quliyevə 20.000 (iyirmi min) manat pul vermişik. Həmin 20.000 (iyirmi min) manatı nə üçün vermişdiniz?

Minayə Həmidova: Evimin yaxınlığındakı ofisində qızımla (İlahə İlyasova) birlikdə verdik.

Nazim Quliyev: Sonuncu dəfə məni harda və nə zaman görmüsünüz?

Minayə Həmidova: 2022-ci ilin 01 noyabrında, ad gününüzdə ofisinizə tort gətirib təbrik etdik.

Nazim Quliyev: Sizin mənə nə qədər borcunuz var?

Minayə Həmidova: Nə borc, borcumuz yoxdur...

Nazim Quliyev: İstintaqa ifadə vermisiniz ki, 2022-ci ilin may ayında da tərəfimdən telefonlarınız əngəllənib və sizi aldatmışam. Belə olan halda, 7 aydan sonra hansı xoş münasibətlə mənim ad günümü təbrik edirdiniz?

Minayə Həmidova: Mən nə bilim. Nc, yalavac qalmışıq küçələrdə. Ağlım başımdan çıxıb, bilmirəm...!


Həmin vaxtı zalda əyləşmiş dələduzluq cinayətinə (ARCM 178.3.2) görə ev dustaqlığında olan qızı İlahə İlyasova, polis sistemini söydüyü söyüşlərlə məhkəmə zalında oturanları qadınlığa yaraşmayan tərzdə təhqir etdiyinə görə hakim onu zaldan çıxarıb qovdu.


Nazim Quliyev məhkəmə kollegiyasının diqqətinə çatdırdı ki, Minayə Həmidovanın və qızı İlahə İlyasovanın mənə olan pul borcu ilə bağlı 2022-ci ilin 01 noyabrında çəkilmiş video sistemdə yerləşdirilmişdir. Bir də ki, "zərərçəkmiş" kimi tanınmış İlahə İlyasova ötən məhkəmə prosesində söz vermişdir ki, barəsində olan dələduzluq cinayəti üzrə xitam qərarını və 2022-23-cü illərdə Xural TV, LAF TV, Hürriyyət TV YouTube kanallarında etmiş olduğu çıxışları məhkəməyə təqdim edəcək. Buyursun təqdim etsin!


Zaldan qovulmuş İlahə İlyasovanın arxasınca gedən şəxs də söyərək demişdir ki: "Ə nə s....r qərar, çıxış bunları müstəntiq uydurub."