Bu gün:


Tarixin şəxsiyyəti,şəxsiyyətin tarixi

Tarix: 17.05.2021 / 14:00  •   Oxundu: 716 dəfə  •  

Telman Quliyev:”Tarixə baxın hazırda Qaçaq Nəbinin nəvələrinin taleyini namusu əldən getmiş İbiş Məmmədəlioğlunun nəvələri həll edir.”
 

Tiran sifariş verir,Mərdlər dar qəfəsdədir
Səbirli a-həstə Millət,torpaqlar can üstədir
Torpaq, sərhəd istəyən mühacir ya həbsdədir
Taleyi yaşayanlar öz Vətənin tərk edir
Üstü  bəzək,içi təzək, arxada qalmış gələcək
Vətənsizsən dünəndə sən,nə edim ki,bu gündəsən?
 İtirə-itirə böyüyürsən Ana Vətən Azərbaycan nə gündəsən?

 
Nazim İdeal (Quliyev) 01.11.1969-cu il tarixdə Zəngəzur mahalının Çiyələkli obasında ziyalı ailədə dünyaya gəlib.

1976-cı ildə Çiyələkli tam orta məktəbin 1-ci sinifinə daxil olub,və 5 sinifdən sonra təhsilini paytaxtda yerləşən 5 №-li kimya –Biologiya təmayülündə davam etdirib.

1986-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Alademiyasının rüşvət ödəmədən əla qiymətlərlə daxil olub.

1988-1989- cu illərdə Almaniya Demokratik Respublikasında (ADR) Artilleriya briqadasında komandir (“starşina Batereya”) və 150 nəfərlik Millətin başçısı seçilib.Ehtiyatda olan zabitdir.

Milli Azadlıq hərəkatının ən gənc liderlərindən birincisi olub və ümumrespublika tələbə forumunda təşkilat komitəsinin sədri seçilib.

Umummilli Lider Əbülfəz Elçibəyin dəfələrlə ifadə etdiyi: -“hörmətə və rəğbətə layiq inqilabçıdır:”
1989-1993-cü illərdə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində Laçın,Zəngilan, Qubadlı ərazilərində düşmənə vurduğu sarsıdıcı zərbə və məhv etdiyi canlı-cansız arsenallarının aqibəti bu günə kimi danışılmaqdadır.Düşmən nəyin bahasına olursa- olsun, Nazim İdealın  məhv edilməsini hədəfləyir və pul buraxır.Komandan bu barədə duysada uğrunda qanını tökdüyü Vətənindən bir an belə ayrılmır.Döyüşlərdə dəfələrlə ağır yaralansada təkrar dönmüş mayak missiyasını davam etdirmişdi.

31 avqust 1993-cü il Qubadlıya 5 tərəfdən, Kafan –Gorus-Füzuli-Cəbrayıl-Zəngilan istiqamətlərindən erməni hücumları Nazim İdeal kimi qeyrətli oğullarımızın sayəsində Xocalının aqibətini yaşamadı.

Girov düşən,Şəhid olanlar yalnız kişilər oldu.
 

1993-1995-ci illərdə Prezident Elçibəyin təqdimatı üzrə Kənd Təsərrüfatı nazirliyində idarə rəisi vəzifəsində çalışıb.Müxalifətçilər postlarını dondurub qaçanda Nazim İdeal hökumətə deyil,”Dövlətimizə xidmət edirəm” zehniyyətilə Yap Hökumətilə hüquqi müstəvidə mübarizə apararaq öz postunda ondan rüşvət tələb olunanadək işləmişdir.1995-ci ilin avqustunda “Azadlıq” qəzetində Jurnalist Babək Bəkirin, Nazim İdealdan aldığı “Siyasi əqidəsinə görə vəzifəsindən uzaqlaşdırma” müsahibəsi YAP rejiminə şok terapiya yaşatmışdı.

1994-1998-ci ildə ikinci Ali təhsilinin –Ali Diplomatiya universitetinin “Beynəlxalq hüquq gömrük hüququ” fakültəsinin “hüquqşünaş”lıq ixtisasını fərqlənmə diplomu ilə bitirib.

01.11.1998-ci ildə İdeal ictimai –siyasi hüquq qəzetini təsis edib və baş redaktoru olaraq qısa biz zaman kəsiyində Müstəqil Media quruluşu olaraq Azərbaycan mediasında tiraj və nüfuz etibarilə liderlik etməklə yanaşı hakimiyyətdəki konsentrik –korrupsioner –quldur-reket dairələrin və onlarla satellit xidmətçilik edən adı “müstəqil və ya müxalifət” media quruluşlarının içlərinə birə salıb.

2000-ci ilin fevralında Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil “İDEAL” PRESS KLUBU yaradıb və klub bütün zümrədən olan Vətəndaşlara təmənnasız xidmət etməsindən qəzəblənən siyasi rejim danışıq masasında diktəsi bumeranq effekti verdiyində,  Nazim Quliyevə qarşı repressiyalara start verilib.

İstər İDEAL QƏZET, istərsədə İDEAL PRESS KLUB birmənalı olaraq xalqın ictimai vəkili statusunda xalqa təmənnasız xidmət  göstərməsi repressiv rejimin sifətlərini və mahiyyətini nümayiş etdirməyə rəvac verir.

Faşizmin-gestopizmin-anarxizmin-amoralizmin təntənəsi üzrə 17 aprel 2002 –ci ildə heç bir əsas,sübut,şikayət olmadan, nə qeydiyyatı,nə qondarma düzülüb qoşulacaq epizodun aidiyyatı olmadığı Nəsimi 19-cu Polis bölməsinin abdullayev müasir adlı rəisinin icraçılığı ilə Nazim Quliyev həbs edilir və 3 gün ərzində İdeal qəzetdə tənqid olunmuş şəxslərdən şikayətçi kolleksiyası düz-qoş edə bilmədikdə, “Azərbaycan” mehmanxanasında can alverilə peşakar məşğul olan sutenerin arsenalındakı Ella Xaçaturyanı,Zara Beruzovanı,Şayla Yusifovanı dövriyyəyə buraxırlar.

Siyasi rejimin hüquqi pressedent hesab etdiyi Preambulasına görə,can alverilə məşğul olan qədim peşə sahibləri barəsində Nazim Quliyevin təsisçisi olduğu “Teleskop” qəzetdə tənqidi yazı gedib?!və .s

Nazim Quliyevin Moskva univermağının girişindəki “qara təhlə” adlı tükanında satıcı işləmiş və Əli Hüseynilə bacanaq olduqdan sonra (MM-in komitə sədri) hakim statusuna layiq görülmüş sədrəddin Hacıyevin (hazırda Binəqədi rayon məzhəkəsinin sədridir) sədrliyilə keçirilən məzhəkə şousunda növbəti ifşa mərhələsi yaşayan Azərbaycanın dövlət quruculuğu və hüquq siyasətinə arsenalındakı E.Xaçaturyanı,Z.Beruzovanı,Ş. Yusifovanın verdikləri hüquqi töhfəsi aşağıdakı kimi olub.

Haykimi S.Hacıyev: Siz Nazim Quliyevlə neçənci dəfədir ki,görüşürsüz?

E.Xaçaturyan  Rus dilində cavab verir:İkinci dəfədir.Birinci dəfə 19-cu polis bölməsində,ikinci dəfədir ki, burda.

Haykimi S.Hacıyev:Bir dəfədə sizdən Mərkəzi poçtun qarşısında pul tələb edən...

E.Xaçaturyan  gülür: Orasın bilmirəm.

Nazim Quliyev : “Teleskop” qəzetin tanıyırsız?

E.Xaçaturyan :Xeyr.

Nazim Quliyev :Bəs pulu hansı qəzetdə təhqir olunduğunuza görə vermisiniz?

E.Xaçaturyan:Qəzet nədir ki? Birincisi Mən qəzet oxuyan deyiləm,ikincisidə ümumiyyətlə latın dilində hərf tanımıram.

Nazim Quliyev:Xəbəriniz yoxdur ki, baş prokurorun müavini Rüstəm Usubovun təsdiqlədiyi iftiranamədə iddia olunur ki, təsisçisi olduğum “Teleskop” və “ İdeal “qəzetdə sizin fahişəliyiniz  barədə yazı  gedib və bu səbəbdəndə təhqirlərə son verilsin deyin,Mənimlə mərkəzi poçtun qarşısında görüşüb 1000 manat vermisiz?

Ella Xaçaturyan: Çox gülməlidir.Özüdə ki, Mən fahişə deyiləm,qəhbəyəm.
 
Məhkəmə zalında ara qarışır,məshəb itir zaldakılar siyasi rejimi,sifariş qulları sədrəddin hacıyevi,prokuror Nazir Bayramovu Ella Xaçaturyanın gündəlik qəbul etdiyi menyularla doyuzdururlar.

Nazim Quliyev zaldakıları sakitləşdirir, ardınca ifadə edir:-Biz canlı şəhidlərik və bir qayda olaraq,Allahın verdiyi ömrü deyil, harınlamış sutener hakimiyyətinin kriminal qanun və İnsan alverçilərinin ermənilərin müəyyən etdiyi qəzavü-qədəri yaşayırıq.Hüququn qanını içən “vampir”lər gün işığında gəzə bilir.Ancaq bu vampirlərin mənəviyyatına qan getmir.Allah rəhmət eləməsin.Çünki belə ölüyə rəhmət düşmür.Biz bu “ölü”nü qiyamətdən qabaq dirildəcəyik!
 
Bütün sitat və parametrlərlə sifarişin arxasında duranların və sifarişi icra edənlərin özlərindən və ailə üzvlərindən (çünki,ailələrinin çörəyi ellalardan,şərdən böhtandan çıxır) vicdanlı və “namuslu” olan E.Xaçaturyan, Z.Beruzova, Ş.Yusifovadan haykim sədrəddin Hacıyev soruşur:Tələbiniz nədir,buyurun eşidirik?
 
Hər üç bədən alverçisi aqressiv şəkildə :Boş-boşuna bizi çağırmısız bura,indi nə qədər müştərimiz gəlib,qayıdıb.Özünüz düz-qoş etmisiz,özünüzdə həll edin getsin.Tələbimiz budur ki,Bizi birdə öz oyunlarınıza bulaşdırmayın!!!
 
Ellalar arxasında arxa olan satıcı haykim sədrəddinin qondarma hökmü Bakı Apellyasiya Məhkəməsi tərəfindən (haykim-Ələkbər Quliyev ) ləğv edilərək barəsində bəraət Qərarı qəbul edilir.
  

Ədalətli Qərardan cilov gəmirən sifarişçi Apellasiya Məhkəməsinin sədri Gülzar xanım Rzayevanı Prezident aparatına çağırıb təhdid edir və ədalətli ədalətsizliklə əvəz etməsindən ötrü vaxt verilir.

20 gün müddətində al-verçi haykim hacıyev sədrəddinin qondarma hökmü Bakı Apellyasiya Məhkəməsi tərəfindən (hakim-Ələkbər Quliyev) ləğv edilərək barəsində bəraət Qərarı qəbul edilir.
 
5 aydan sonra baş prokurorun müavini,hazırda PA-da şöbə rəisi vəzifəsini tutmuş Eldar Nuriyev Apellyasiya Məhkəməsinin Qərarından verdiyi protest universal ssenariyə uyğun vassal şəkildə Ali Məhkəmə tərəfindən icra edilir və yenidən baxılması üçün Südabə Həsənovanın simsarı Həsənov Allahverənin icraatına verilir.
  

Hakim kriteriyasına yalnız muti sifariş icraçılığı ilə yarayan Allahverən Həsənov tiranverən yaramaz-ədalətsiz sifarişi icra etməməsi möcüzə sayılardı.Tiranverən sifarişə uyğun olaraq Nazim Quliyev 4 il 6ay 11 gün girovluq müddəti uzadılır.
 
AR-nın Prezidenti İlham Əliyevin 4 dəfə “ədalətli məhkəmə araşdırması” göstərişinə peysərə atan Qanun qatillərinin( “keşikçiləri”) başçıları eyni zamanda aldatmışlar ki, Nazim Quliyev Azadlıqdadır.
  

 
Prezidenti aldatma karuselində iştirakçılardan olan Baş prokuror Qaralov za-kir,prokurorluğun 5 ədəd Mersedesini Nazim Quliyevin atası El Ağsaqqalı Telman Quliyevin yaşadığı ünvana göndərib görüşmək istədiklərini bildirmişdir.

Telman Quliyev baş prokurorluqda Qaralov za-kirlə görüşə razılıq verir.

Görüş zamanı Qaralov Zakir Telman Quliyevə bildirir ki, “oğlunun tez azadlığa çıxmasını istəyirsənsə “əfv” ərizəsi yaz!?”

Telman Quliyev:Oğlum hansı cinayəti törədib və ya ona kim nəyisə sübut edib ki,”əfv” ərizəsi yazım?

Üç  ədəd bədənlərini gündəlik satışa çıxaran erməni harsınlardan istifadə edib, şərləmisiniz!

Qaralov Zakir:oğlun cinayət törədib,Vəzifəli şəxsləri öz qəzetində tənqid, təhqir edir.Bu ölkənin dərdi ona qalıb?

Telman Quliyev:Azərbaycan baş prokuroru yox ,baş cinayətkarı sənsən.

KİV-də hansısa vəzifəli şəxsi tənqid və ya təhqir edənə ARCM-nin 182-ci maddəsi yapışdırılmır.

Bunun üçün 148-ci maddə var.

Erməni generalları Bizim Torpaqlarımızı işğal edib,Bizim generallarda öz ləyaqətli vətəndaşlarının cibinə narkotika,silah,reket və s.atırlar.
 

Budurmu, sizin dövlətçilik məfkurəniz?

Mənim oğlum Vətənini,Millətini,Ailəsini,Dövlətini sevən,uğrunda şəhid olmağa hazır olan tək kişilərdəndir.

Qaralov Zakir:Heyif ki, bu iş prezidentin nəzarətindədir,yoxsa sənidə həbs edərdik.

Telman Quliyev: İnanıram...

İndi görün Azərbaycan nə gündədir də...Qaçaq Nəbinin ,Həcərin,nəvələrinin taleyini namusu əldən getmiş İbiş Məmmədəlioğlunun nəvələri həll edirlər.
 
Nazim Quliyev fəxr etdiyi övlad kimi deyil,siyasi kimliyinə,xarakterinə mükəmməl bələd olan ləyaqət simvolu,humanizm fədaisi Telman Quliyev 5-ci dəfə Prezident İlham Əliyevlə görüşür və ona xəyanət edildiyini,nüfuzunun komandası tərəfindən aşağılandığını  bildirir və aralarında qısa dialoq yaranır.
 
Prezident İlham Əliyev:Nazim Quliyev yaxşıdırmı?
 
Telman Quliyev: Bilmirəm ki,o,heç vaxt pis olduğunu demir.
 
İlham Əliyev : Həbsxanadan sonra səhhətilə məşğul olsun.
 
Telman Quliyev: İnşallah azadlığa çıxandan sonra hər şey olacaq.
 
İlham Əliyev: Anlamadım Nazim evdə deyil ki?
 
Telman Quliyev: Yox.
 
Prezident İlham Əliyev (əsəbləşir) :Ailəsinə başçılıq edə bilməyənlər dövlət adından sifarişlə adam tuturlar.Sabah naharda Nazim sizinlə bir yerdə olacaq,söz verirəm.
 
Prezident dediyi kimi olur.
  

Nazim Quliyev baş verenlərdən azadlığa çıxandan sonra xəbərdar olur.
 
01.12.2005 –ci ildə gündəlik nəşrə başlayan İDEAL  ilk sayında çörəyi şərdən –böhtandan-korrupsiyadan –rüşvətdən-dövlət əmlakını talamaqdan,din pərdəsi altında dinsizliklə məşğul olanların ,namusu ilə al-ver edən dövləti resurslu məə-mırr-ların,onların haramlarının artığı hesabına sürünən onurğasız subyektlərin “yaşam”  tərzini deformasiyaya uğradır.
 
25.12.2006-cı ildə yəni 25 gündən sonra 17 nəfər(“y/ müsavatın “baş redaktoru rauf şenok, “son söz” qəzetinin baş redaktoru Natəvan Mehdiyevə, ”son söz” qəzetinin redaktoru Ağgül Məmmədova,ABU-nun rektoru Elşad Abdullayev,”Loğman” tibb Texnikumunun direktoru Rəmziyyə Abdullayeva,deputat Qüdrət Həsənquliyev (sonradan dəstədən ayrıldı) və s. xüsusi ittiham qaydasında Nazim Quliyevi və Baş Redaktoru olduğu İDEAL Qəzeti məhkəməyə verirlər.
 
16 may 2006-cı ildə Xətai rayon Məhkəməsi Nazim Quliyevə bəraət verir.

Nəticəni həzm edə bilməyən İri buynuzlu prototip daha iyrənc üsuldan istifadə edərək,yenidən mədələşmiş başını amoralların arxasına pərçimləyir.
”Son söz” adlı qəzetin baş redaktoru Natəvan Mehdiyevə, Nazim Quliyevin eks ekstravaqant ”vəkili” Şəfiqə Nağıyeva, 10 nəfər uniformalı arvadlar Binəqədi rayon məhkəməsinin qarşısında,hakim xanım Mədinə Bağırovanın sədrlik etdiyi Məhkəmə binasının qarşısına toplaşırlar.


İclas katibi Məhkəmə prosesinin başlandığını elan edir və tərəfləri prosesə dəvət edir.Qismətdən həmin vaxt hakim Mədinə xanım Bağırova və digər Ədliyyə əməkdaşları Məhkəmənin inzibatı binasının həyətinə açılan pəncərədən çölə baxırmışlar.

Öndə “son söz” qəzetinin baş redaktoru Natəvan Mehdiyeva arxasınca “vəkil” i Şəfiqə Nağıyeva sağ-sol cinahlarında uniformalı 10 “qadın” və onlardan 5-7 metr arxada Nazim Quliyev  və 5 nəfər iş yoldaşları Məhkəmənin giriş qapısına yaxınlaşanda Natəvan Mehdiyevə ətəyini açıb tullayır və erogen zonalarını açıq sərgiyə çıxararkən qan ifraz etmiş,ərazidəki 50 nəfərdən artıq vətəndaş mütəəssir olaraq bu “gözəlliyi” yaxından izləmək imkanı yaranmışdı.

Nazim Quliyev  və əməkdaşlar məhkəmə zalına daxil olurlar.

Hakim Mədinə Bağırova:-İnanın ki,bu mənzərəni öz gözlərimlə görməsəydim,Nazim Quliyevi Məndə qınayacaqdım.Lakin,bundan sonra Nazim Quliyevə qarşı qurulan heç bir ssenariyə inanmayacağam...
 
Proses qurtardı,binanı tərk edərkən Binəqədi Polis İdarəsinin rəisi Nazim Nağıyev ,prokuror Nazim Quliyevə yaxınlaşıb Natəvan Mehdiyeva iyrənc kayotasını nağıl edərkən : ”Natəvan Mehdiyevanı təpiklə vurmusunuz,3 aylıq körpəsini itirib.Ekspertiza faktı təsdiqləyib,şahidlərdə.Ona görədə ifadə verməlisiniz!
 
Nazim Quliyev: Nə ekspertiza,nədəki şahidlər Mənim hadisəni törətməyimi təsdiq edə bilməz.

Burda 50-dən çox vətəndaş olub,onların heçdə hamısı Mənliyini pula ,şərə-böhtana təslim edən ola bilməz.Yaxşısı budur ki, bu insanlara müraciət olunsun.Hadisənin şahidi olan insanlar polis və prokurorluğun rəhbərlərini ”ermənisiniz”-deyə uca səslə təhqir edirdilər.

”Vəkil” Şəfiqə Nağıyeva ,Mehdiyava Nətavanın ssenariləri,vurduqları travmalar uğursuz alındı. Şər öz əksini tapmadığından ssenariyə xitam verildi.
2005-ci ilin 31 dekabrında Qaralov Zakir tələbə yoldaşı Elşad Abdullayevdən (ABU-nun rektoru),”loğman” tibb Teknikumunun direktoru Rəmziyyə Abdullayevadan ,”son söz” qəzetin baş redaktoru Nətavan Mehdiyavadan,y/müsavatın baş redaktoru rauf şenokdan ,şaylanın vələdzinası ata abdullayevdən ibarət “şikayətçi-kolleksiyası” düz-qoş edir və Nazim Quliyev  barəsində cinayət işi başlandığını mavi efirdən elan edirlər.
 
Prezident İlham Əliyev şəxsi müdaxiləsindən sonra Bakı şəhər prokurorluğunda 76654 saylı cinayət işi üzrə müstəntiqlər rauf kərimov,ismayıl Mustafayevin icraatında olan qondarma şər işi 16.08.2006-ci ildə xitam verilir.
  

2007-ci il “İdeal” qəzetdə “İt yiyəsini tanıyır” başlığı altında Baş Dövlət yol polisi idarəsinin rəisi general Ramiz Zeynalov və ümumfəaliyyəti barədə faktlarla yazdığı yazı üzrə general Ramiz Zeynalov başda olmaqla 24 nəfərlik polkovnik xüsusi ittiham qaydasında Nəsimi Məhkəməsinə şikayət edirlər.

Prosesə sədrlik edən ikram şirinov aldığı zəhmət haqqı üzrə Nazim Quliyev barəsində 2 il 6ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməklə sübut etməyə çalışıb ki: “Heş deməyəsən BDYPİ-də gözə-gəlimli dövlət qeydiyyat nişanları,sürücülük vəsiqələri rüşvətsiz həll edilirmiş rüşvətxor məmurların,ailə üzvlərinin və manıs sürüsünün idarə etdiyi avtomobillərindəki dövlət nömrə nişanları şansın nömrəsidir!!!?
 
51 gün İdeal Nazim Ədliyyə nazirliyi Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasında qaldıqdan sonra, Apellyasiya Məhkəməsi bəraətverici əsaslarla fakta xitam vermişdi.
  

2008-ci ilin sentyabr ayından Azərbaycan hökuməti arsenalındakı Yolçu qızı Tənzilə,Hümbət qızı Səbirə,Əşrəf qızı Elmira ,İdris qızı Havanisə,Arifqızı Nətavan ,Cahangir qızı Adilə ,Hacıbala qızı Gülnar, Teymur qızı Göyçəklərdən ibarət güclü ordusunu-Qarabağ Qazisi,Şəhid və Qazi ailələrinin rəsmi qəyyumçusu, İDEAL MEDİA GROUP-un qurucusu Nazim Quliyevi  şərləmək və azadlıqdan girov götürməkdən ötrü istifadə etdiyi barədə hər kəs məlumatlıdır.
 
20 may 2009-cu il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Nazim Quliyev  ARCM-nin 148-ci maddəsilə 6 ay müddətinə azadlıqdan girov götürülür.

Girovluq müddətinin bitməsinə 2 ay qalmış sifarişin icrasına məsul edilmiş Baş prokuror yanında korrupsiya idarəsi azadlıqdakı pencəyinin cibindən reket,xuliqan,narkotika emal etdirir.
 
Nazim Quliyevin  şərlənməsindən ötrü istifadə olunmuş QıF-lar notarial qaydada təsdiq etdirilmiş ərizələrində etiraf etmişlər ki:

 “Baş Prokurorluğun hədə təhdidlərinə görə Nazim Quliyevi şərləmişik”.
  

Xüsusilə qeyd edim ki, Nazim Quliyev ömrü  boyu siqaret çəkməyib,alkaqollu içki qəbul etməyib.

2006-2007-ci illərdə müqəddəs Həcc ziyarətində olub.

Hacı Əkbərdir.

Allah –Təalanın vacib buyurduğu bütün saleh əməlləri   Müsəlman olaraq qüsursuz icra edir.
 
Nazim Quliyev  nümunəsi  İslama etiqad edən,müqəddəs yerlərdə imanını kamilləşdirən adamların cibinə,  evinə, maşınına narkotika atmaq təkcə bu şəxslərə haqsızlıq olmayıb,eyni zamanda,inanc mənbəyi kimi İslam dininə təhqirdir.
 
P.S.  Nazim Quliyevin tərcümeyi-halını yazmaq ürək və cəsarət istər.Çünki onun hər günü on tomluq həyat hekayəsidir.Mömin olaraq Hacı haqqında nə isə edə bildimsə halalı olsun!

 
AMİN !
 
Materialı çapa hazırladı: Rüfət Kamil  (İDEAL Qəzetin Əməkdaşı)