Bu gün:


BACM-si əcaib tarix yazır

Tarix: 16.05.2025 / 01:05  •   Oxundu: 0 dəfə  •  

Bakı Ağır Cinayətlər Məhkəməsi günahsız, sifarişlə həbs edilmiş insanların azadlığını oğurlayan bir istehkam maşını olaraq tanındığı kimi, eyni zamanda imkanlı, xalis cinayətkarlara imtiyaz verildiyi xaos ocağı kimi tarix yazmaqda davam edir.

"İdeal" redaksiyasına daxil olan məlumata əsasən, BACM-nin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsə 1 580 000 (bir milyon beş yüz səksən min) manat zərər vurmaqda ittiham olunan, AR CM-nin 177, 178, 271-ci maddələrinin bütün bəndləri ilə təqsirləndirilən Bayramov Elşən Rizvan oğlu məhkəmə zalından ev dustaqlığına buraxılmışdı. Təkcə CM-in 178.4-cü maddəsinin sanksiya həddi 10 ildən 14 ilə qədər təşkil edir.

Əldə etdiyimiz məlumata əsasən, ev dustaqlığına buraxılan Elşən Bayramov Cəlilabad şəhərində yerləşən "Şah Petrol", "Təpə" istirahət mərkəzi, Bakıda yerləşən "Gənclik" şadlıq evinin sahibidir.