Bu gün:


Əfqanıstanın “Yaşıl gözlü qızı” da taliblərdən qaçaraq İtaliyaya sığındı

Tarix: 27.11.2021 / 09:09  •   Oxundu: 92 dəfə  •  

1985-ci ildə “National Geographic” jurnalının üz qabığında əks olunan fotosu ilə məşhurlaşan Əfqanıstanın “Yaşıl gözlü qızı” (Şərbət Qula) ölkəsindən çıxa bilib. O, Əfqanıstan qaçqınlarına yardım və inteqrasiya proqramı çərçivəsində İtaliyaya gətirilib.

Bu barədə onun köçürülməsini təşkil edən Kici hökumət sarayının mətbuat xidməti məlumat yayıb.

“Vətəndaş cəmiyyəti və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin avqust hadisələrindən sonra Şərbət Qulaya ölkədən getməsinə kömək etmək üçün müraciətlərindən sonra İtaliya Nazirlər Şurası Əfqanıstan vətəndaşlarının təxliyəsi, hökumətin onların qəbulu və inteqrasiyası planı proqramı çərçivəsində onun Romaya daşınmasının təşkilini öz üzərinə götürüb”, - deyə Sarayın bəyanatında bildirilib.

Hazırda Şərbət Qulanın təxminən 50 yaşı var. Fotojurnalist Stiv Makkarri 1984-cü ildə Əfqanıstan-Pakistan sərhədində qaçqın düşərgəsində onun şəklini çəkəndə o, kəndinə basqından sonra yetim qalmış 12 yaşlı yeniyetmə idi. “Yaşıl gözlü qız”ın portreti bir il sonra “National Geographic” jurnalında dərc olundu və dərhal bütöv bir xalqın iztirablarının, daha sonra isə ümumilikdə qaçqınlar probleminin simvoluna çevrildi.

Daha sonra Əfqanıstana qayıdan, ailə quran və dörd qız övladı (biri öldü) dünyaya gətirən Şərbətin özü dünya şöhrəti qazandığını bilməyib.

Makkari 17 ildən sonra adını bilmədiyi qəhrəmanının izinə düşməyə qərar verib. 2002-ci ildə onu taparaq  yenidən şəklini çəkdi.

Həm birinci, həm də ikinci fotoşəkil dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş etdirilib.

2012-ci ildə məşhur jurnal öz arxivindən fotoşəkilləri və rəsmləri ilk dəfə hərraca çıxaranda bu şəkil 178,9 min dollara satılıb (təxmini dəyəri dörd dəfə üstələyir).
Şərbət son illərini Pakistanda keçirib, lakin ölkədə qanunsuz yaşadığı üçün 2016-cı ildə Pakistan məhkəməsinin qərarı ilə oradan qovulub. Kabildə o vaxtkı hakimiyyət Qulanı qəbul edib və onu evlə təmin edəcəyinə söz verib.
Lakin NATO hərbi kontingentinin Əfqanıstandan çıxarılmasından və “Taliban” hərəkatının nümayəndələrinin hakimiyyətə gəlməsindən sonra aclıqdan ölmək ərəfəsində olan minlərlə əfqan kimi o da ölkəni tərk etmək məcburiyyətində qalıb.