"Əsirlikdə olan Dilqəmin, Şahbazın qapısını öz əllərimlə açacam" - Şəhidin arzusu.
Tarix: 03.12.2020 / 14:25 •
Oxundu: 159 dəfə •
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Şahgündüz Cabbarovdur.
Cabbarovlar ailəsi əslən Laçın rayonunun Oğuldərə kəndindəndirlər. 1992-ci ildə doğma yurdlarından didərgin düşəndən sonra Bərdə rayonuna pənah gətiriblər. Ailə 2016-cı ildə Bakıya köçüb, Qala qəsəbəsində SOCAR-ın balansında olan inzibati binada məskunlaşıb.
Şahgündüz Cabbarov 1995-ci ilin yanvarın 13-də Bərdənin Mollalı kəndində anadan olub. Rayonun Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə məktəbi bitirib.
Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Qaz- neft və mədən fakültəsinə qəbul olunub. Bakalavr təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.
2016-2017-ci illərdə o zaman ön xətdə yerləşən postlarından birində Vətənə borcunu yerinə yetirib. Xidmət vaxtı yüksək hərbi nizam-intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov tərəfindən Fəxri fərmanla təltif edilib.
2018-ci ildə SOCAR-da qazmaçı vəzifəsində işə qəbul olunub.
Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanıb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. Oktyabrın 25-də şəhid olub.
Ailədə dörd qardaş olublar Şahgündüzgil, onlardan üçü ali təhsil alıb. Şahgündüz hələ uşaqlıqdan hamıdan fərqlənirdi, saz çalır, şeir yazırdı, hər davranışı ilə vətəninə bağlı idi. Heç vaxt görmədiyi Laçından ağız dolusu, həsrətlə danışırmış, o yerlərə qayıtmaq, ata-baba yurdunu görmək, o dağlarda gəzmək, saz çalmaq ən böyük arzusu idi.
Qohumları danışır ki, Şahgündüz şəhidlik zirvəsinə yüksələnədək hamı bu savadlı, istedadlı, ədəb-ərkanlı gənci şair Kamil Vəfadarın (Habil Cabbarov) oğlu kimi tanıyırdı, indi isə Laçından, Oğuldərədən söz düşəndə insanın gözləri qarşısında ilk növbədə şəhid Şahgündüzün mübarək siması canlanır.
K.Vəfadar uzun müddət həbsdə olub, oğlunun şəhidlik zirvəsinə yüksəldiyi xəbərini də dörd divar arasında alıb. Dəfndə iştirak edə, övladı ilə sonuncu dəfə görüşüb vidalaşa bilməyib.
Məhkəmə dekabrın 30-da şəhid atasının cəzasının qalan hissəsindən azad olunması ilə bağlı vəsatətinə baxıb. K.Vəfadar azadlığa buraxılıb. Həbsdən qəbiristanlığa oğlu ilə görüşə gedib.