Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya, ən bədbəxti Livandır, Azərbaycansa 90-cı yerdə...
Tarix: 06.10.2022 / 10:07 •
Oxundu: 185 dəfə •
Xoşbəxtlik puldadır?
"Dünyanın ən kasıb ölkələri xoşbəxtliyin ən aşağı, ən zəngin ölkələri isə ən yüksək göstəricilərinə malikdir..."
"Bütün zəngin insanlar xoşbəxt, bütün kasıb insanlar bədbəxt deyil..."
Əgər xoşbəxtliyi satın almaq olarsa, pullar nə dərəcədə bizə özümüzü xoşbəxt hiss etməyə imkan verə bilər?
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Əlbəttə, heç də bütün zəngin adamlar xoşbəxt və heç də bütün kasıb adamlar bədbəxt deyil.
Lakin pulların çətin sezilən və subyektiv olan hissə-xoşbəxtliyə aidiyyatı var. Tədqiqatlar göstərir ki, makro səviyyədə zənginliklə xoşbəxtlik arasında xeyli əlaqələr var.
"Visual Capitalist" saytı 146 ölkəni onların xoşbəxtlik və zənginlik göstəricilərinə uyğun olaraq, ölkə sakininin orta gəlirini dünya xoşbəxtliyi haqqında (World Happined Report) Məruzədəki xoşbəxtlik göstəriciləri ilə müqayisə apararaq təhlil edib.
Baxmayaraq ki, nəticələr zənginliyin heç də həmişə xoşbəxtlik gətirmədiyini göstərir, istisnasız olaraq bütün ölkələrdə bu iki indeks arasında korrelyasiya mövcuddur.
Beləliklə, bütövlükdə, dünyanın ən kasıb ölkələri ən aşağı xoşbəxtlik göstəricilərinə, ən zəngin ölkələri isə ən yüksək xoşbəxtlik göstəricilərinə malikdir.
Hər şey heç də asan və bir mənalı deyil
Şimallılar bir-birinin ardınca xoşbəxtlik yarışında qalib gəlir. Finlandiya 5 il dalbadal birinci yeri tutur. Daha sonra Danimarka, İsveçrə və İslandiya gəlir. Bu, onların təkcə zənginliyindənmi irəli gəlir?
Nisbətən zəngin ölkələrin heç də hamısı xoşbəxt deyil. Məsələn, dünyanın ən zəngin ölkələrindən olan Sinqapur xoşbəxtlik indeksində yalnız 27-ci yerdədir, sakinlərinin zənginliyinə görə 5-ci yerdə olan Küveyt isə xoşbəxtlik indeksinə görə yalnız 54-cü yerdədir.
Tədqiqatlar həmçinin müəyyən edib ki, öz sakinlərinin gəlirlərində nisbətən az bərabərsizlik olan ölkələr bir qayda olaraq daha xoşbəxtdir.
Məsələn, İsrail haradasa orta vəziyyətdədir. Cənubi Afrikada kəskin bərabərsizlik vəziyyətində deyil, amma Finlandiya və Danimarkadakı vəziyyətdən də xeyli uzaqdadır.
Bir çox ölkələr belə bir aşkar meyilə əməl edir- zənginliyin çox olması xoşbəxtliyin çox olmasına bərabərdir. Amma burada müəyyən nüanslar və istisnalar var ki, onları da öyrənmək gərəkdir.
Latın Amerikasında insanlar xoşbəxtliyin güman edildiyindən daha böyük səviyyəsi haqqında məlumat verir. Digər tərəfdən, Yaxın Şərqin bir çox ölkələrinin sakinləri, onların rifahını nəzərə alsaq, güman edildiyimdən daha az xoşbəxtdir.
Məsələn, siyasi iğtişaşlar və iqtisadi böhran ona gətirib ki, Livanın reytinqi gözləniləndən xeyli aşağıdır.
Digər bir istisna Honkonqdur. Burada xoşbəxtlik səviyyəsi artıq bir çox illərdir ki, aşağı düşür. Bərabərsizlik, etirazlar, qeyri sabitlik Honkonqu qeyri-adi və boş zonaya sürükləyib.
"Credit Suisse Golbal Wealth Databook"-un 2021-ci ilin məlumatına görə, İsrail dünyada 5 ən xoşbəxt ölkələr sırasındadır. Yalnız Finlandiya, Danimarka, İslandiya və İsveşrədən geri qalır.
Dünyanın ən bədbəxt ölkələri Livan, Cənubi Sudan və Əfqanıstandır.
146 ölkədən Belarus 68, Rusiya 77, Ukrayna 98-ci yerdə qərarlaşıb.