Bu gün:


Heydər Əliyev ideallarına qarşı çıxan hakimlər kimlərdir?

Tarix: 30.05.2023 / 00:46  •   Oxundu: 209 dəfə  •  

Dostlarım da, bir yerdə oxuyub təhsil aldığım uşaqlar da, "facebook"da olan yoldaşlar da bilir ki, mən xarakterli insanam. Nazim bəy ilə olan dostluğumuz isə uzun illərə dayanır. Mən hələ universitetdə təhsil alarkən bu şəxsin yalançı media kapitanları ilə necə mübarizə apardığını, onları nə cür de-şifrə etdiyini görüb bu insana rəğbətim artırdı. Sonradan elə bu ali hisslərim bir makay kimi məni "İdeal Media"-ya çəkib gətirdi. Sözümün canı ondandır ki, mən bu mediada işləməsəm, yenə bunları yazacaq və deyəcəkdim.

İş burasındadır ki son 3 ildir Nazim İdeal cəmiyyətə məhkəmə-hüquq sisteminin necə çürük olduğunu göstərir, hakimlərin tanışlıq vasitəsilə, pul gücünə insanların taleyinə necə qərar vermələrini ürək ağrısı ilə izah edir, əyani surətdə ortaya qoyur. İstəyirəm ki, bu hakimlərin bəzilərinin dırnaqarası fəaliyyətinə nəzər salaq. Əgər bir neçəsinin necə "hakim" olduqları sizə məlum olsa, əminəm ki, digərlərinin də "nə cürə" olduqlarını aydın təsəvvür edəcəksiniz və biləcəksiniz ki sizin və yaxınlarınızın taleyi ilə kimlər oyun oynayır.

Nazim bəyin geniş oxucu kütləsi də yaxşı bilir ki onun bir çox mübahisəli mülki işləri hələ də ədalət axtarışındadır. İnsanlarımız onu da bilir ki, Nazim İdeal olduqca kristal adamdır. Yəni bu insan nə olursa olsun, heç vaxt "haykimilərin" havası ilə oynamayacaq, onların tələbi ilə razılaşmayacaq. Nazim bəy haqq-ədalət, hüququn aliliyinin, bir sözlə İdeal Azərbaycan cəmiyyətinin axtarışındadır. Hansı ki, bu cəmiyyətdə bu cür zatı qırıq hakimlər yox, ləyaqətli, haqqı-ədaləti uca tutan insanlar hüququn keşiyində dayanmalıdır. Və maraqlısı budur ki, bu insan yorulmadan, usanmadan həmin bu "haykimilər"in qulağından tutub onlara mələdə-mələdə hüquq dərsi keçir, məcbur edir ki, bu bədbəxtlər bu yaşlarında deyinə-deyinə gedib kitabları açıb qarşısına qoysunlar və heç vaxt oxumadıqları maddələrlə tanış olsunlar. Onlar da səhərə kimi gözlərini döyə-döyə bir şey qanmasalar da, hüquq terminlərini əzbərləyirlər ki, sabahkı prosesdə Nazim İdeala nə cavab verəcəyəm?!

İlk növbədə gələk Cəmilə Səfiyevaya. Bu insan hələ sovet vaxtından pul müqabilində insan taleyi ilə alveri edən qart toyuqdur. Şahidlər danışır ki komsomol katibi olan bir nüfuzlu insan 16 yaşlı qızı ailəsinə gəlin gətirməkdən ötrü bu hakim vasitəsilə nikah yaşını qanuniləşdirib. İndi özünüz deyin, bu hakim və onun məşvərətçiləri pedofiliyanı təbliğ edir, yoxsa yox?

İkinci bir məsələ, mən həmişə "facebook"da "Hüquqşünaslar" adlı qrupu izləyirəm. Demək, orada bir vətəndaş yazır ki Cəmilə Səfiyeva ilə məsləhətləşdik ki məndən boşanan ərin qazancından necə daha çox pul qazana bilərəm? O da məsləhətini verib. Məsələnin dəhşətli tərəfi burada boşanmaqla bağlı deyil. Dəhşətli tərəf işə baxan hakimin, yəni Cəmilə Səfiyevanın dövlətin adından çıxaracağı qərarı alqı-satqı predmetinə çevirməsidir. Təsəüvvür edirsiz? Hakim hansısa fəlsəfə doktoru bir xanım ilə öz evində, yaxud hakimin evində, yaxud restoranda yaxud da elə hakimin iş yerində, altında Ümummilli Lider Heydər Əliyevin portretinin altında onun "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə" kəlamının asıldığı lövhənin qarşısında, rahat kreslosunda əyləşərək müştəriyə vəkil kimi məsləhət verir, onu yönləndirir, öz həyat yoldaşından boşanacağı təqdirdə qadına hansı halda ən çox pul qazanacağı, özü də ömür boyu pul qazanacağı ilə bağlı qanun yazır. Bu istiqamətdə tövsiyələrini verir. Tfu üzünə!

Cəmilə Səfiyeva

Yoldaşlar, sizcə bu ağlamalı haldır yoxsa gülməli? Axı bu gec-tez hamımızın başına gələcək. Özümüzün olmasa da yaxınlarınızın, dost-tanışımızın başına mütləq gələcək. İndi nə edək ki, ədliyyə naziri Fikrət Məmmədov belə nanəcib hakim və hakimələri himayə edir? O yazıq da bəs himayə etməsin, onda nə etsin? İsbat etsə ki hakim səhv yoldadır, konstitusiyanın maddələri ilə alver edibdir, onda belə çıxacaq ki, ədliyyə-hüquq sistemi və birbaşa onun özü çirkabın içindədir. Ona görə də məcbur qalıb belə hakimlərə bəraət qazandırır, "bu cürə" hakimlərdən gələn şikayətləri sabotaj karuselində fırladır. Bu hakimlərdə də insaf-mürüvvət deyilən nəsnə yoxdur. Heç olmasa Fikrət müəllimin xatirinə bu dərəcədə sistemi aşağılayıb  dövlətə, onun qanunlarına hörmət qoymursuz, başa düşdük. Heç olmasa Fikrət müəllimin yaşına, saqqalına hörmət qoyun. O kişi axı sizə əbədi çörək verən bir iş qurub. Axı bu işdə işləyib bu işlə də pensiyaya çıxacaqsınız.

Götürək Cəmilə Musayevanı. Həyət yoldaşının atasının hesabına gəlib əyıəşibdir hakimlik kürsüsündə. Hamıya məlumdur ki, Cəmilə Musayeva ən adi (inzibati) maddələri də tövsif edə bilmir. Qərar qəbul etmək üçün ona azı bir həftə vaxt lazım olur ki, gedib "başbilənləri" ilə məsləhətləşsin. İşi o vaxta qədər təxirə salır ki, axırda bezib köməkçisinə şikayətlənir ki, "filankəs hakim məndən gec işə gəlir, amma ona söz deyən yoxdur, gözləri elə məni görür". Köməkçisi danışır ki, Cəmilə Səfiyeva sualları vətəndaşlara bilərəkdən yavaş verir ki, onlar heç nə başa düşməsin ki, əlavə suallar verə bilməsin. Savadsızlığın pik həddi. Məlum olan budur ki, köməkçisinin də dediyi ki, köməkçi işi hakimdən çox bilir.

Yaxud da Tural Məmmədov. Bu şəxs ABU-nun məzunudur. Dərsə girmədən qiymət alan bir insan Azərbaycan dövləti adından qərar çıxarır. Alın sizə ədalət! Bu gədənin əyninə geyindiyi mantiyanın fərqini qanmayaraq müştərisinin xeyrinə qərar qəbul etmək istədiyi hansısa bir mülki iş üzrə göstərməyəcəyi performans yoxdur. Hər hoqqadan çıxar, təki sifarişçi razı qalsın. Gah iddianı geri qaytaracaq, gah hansısa sənədin doğru olmadığı blefləri üzrə prosesləri uzadacaq, gah iclası təxirə salacaq və s. Bir dəfə iclasdan sonra qayıtdı ki, bu gün möhkəm gəyirirəm, gəlin prosesi başqa vaxta salaq. Bu hərəkət öz qarnını vətəndaşdan, dövlətdən uca saymaq deməkdir. Başqa izah ola bilməz. Mədəniyyətli və mədə niyyətli arasında fərq budur. Haqqdan, ədalətdən, vicdandan yazmağın isə heç yeri yoxdur.

Sonra gəlir bunların "ağsaqqalı", qocaman Telman Quliyev. İsti olanda şəxsiyyət vəsiqəsi ilə üzünü yelləyən bu insanın iki ayağı da qəbiristanlıqdadı, amma hələ də nəvəsi rahat gələcək qursun deyə sövdələşmələrlə, tapşırıqlarla çalışır. Deyən gərək, ay Yalıncıq, sənin nəvən insandır, haqqını yediyin bu insanların nəvələri  insan deyil? Onların xoşbəxt və rahat ggələcək qurmağa haqqı yoxdur? Bəs stolunun üstündə qoyduğun Femidanın heykəlciyinin özündən utanmırsan, heç olmasa əlindəki tərəzisindən utan. Nə olsun ki, səni bu mərtəbəyə "Qapançı Əli" gətirib. Bu ölkədə bəlkə də ən çox zorlanan elə Femidadır. Lakin, amma və ancaq bir məqamı deməsəm olmur. Bu abırsız varlıqlar heç olmasa yumşaq yerlərini dincə qoyduğu stuldan, divarlardan utanmırlarmı?! Bunların heçmi ləyaqət hissi yoxdur?! Bunları nədən ötəri təyin ediblər?!

Bu gün görünəni odur ki, vətəndaşlar belə hakimlərin ucbatından hüquq-mühafizə orqanları ilə üz-üzə, müharibə şəraitindədir. Kimdən ki rüşvət ala bilirlərsə, qanun işlək vəziyyətə düşür. Ala bilmirlərsə, ölkənin qanununu, hüququnu, dövlətçilik ideallarını, bax, xədim Tural Məmmədov kimi hamilə saxlayırlar. Özü də nə az, nə çox, düz 10 ay. Anlaşılmır, Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Pentensiar Xidmmətdə cəza siyasətinin humanistləşdirilməsi" haqqında sərəncam imzaladı. Sözsüz ki həmin sərəncam 2005-ci ildə Milli Məclis tərəfindən dövlət məmurları barəsində qəbul olunmuş gəlir deklarasiyası kimi hələ də dekretdən qayıtmayıb.

Hamımıza məlumdur ki, Azərbaycan dövlətinin bütün sahələri kimi, müasir məhkəmə sisteminin də yaradılması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Elə isə sual edirik, Heydər Əliyev istəyərdimi ki, hakim rüşvət alsın? İstəməzdi. Heydər Əliyev istəyərdimi ki Azərbaycan hakimi tanışlıqla yanına gələn qadına "alimentdən daha çox pul qazanmaq" üçün yol göstərib qərar verməklə bağlı onunla məsləhətləşsin? İstəməzdi. Heydər Əliyev istəyərdimi ki  hakim qanunla yox, sifarişlə qərar qəbul etsin? İstəməzdi. Deməli, bu hakimlər hakim deyil, "haykimi"dir və belələri heç vaxt Heydər Əliyevin ideallarına sadiq ola bilməzlər.

Onun bu islahat xəttinə sadiq qalan Cənab Prezident İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı əslində müsbət nəticələr verməli idi. Lakin cəmilə səfiyevalar, cəmilə musayevalar, günay abidovalar, tural məmmədovlar, telman quliyevlər nə qədər ki hakim kürsüsündədirlər, Azərbaycanda hüquqi və ədalətli vətəndaş cəmiyyətin qurulması qeyri-mümkündür.

Rüfət Kamil