Bu gün:


Qobustan həbsxanasından məhbus naləsi

Tarix: 31.08.2021 / 15:00  •   Oxundu: 312 dəfə  •  

"İdeal"-a daxil olan ardı-arası kəsilməyən şikayət məktubları davam edir.

Mən Azərbaycan Respublikasının vətəndaşı İsayev Vüsal Camal oğlu yazaraq bildirmək istəyirəm ki, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Qapalı ciddi rejim tipli cəzaçəkmə müəssisəsində saxlanılıram.Səhhətimlə əlaqədər olaraq müalicə müəssisəsinə köçürülmüşəm.

Mən İsayev Vüsal Camal oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2016-ci il tarixli, 1(101) -1019/2016 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 120.2.1, 120. 2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 120.2.1, 120.2.9 və 120.2.11-ci maddləri ilə 19 il müddətinə CM-nin 181.3.3-cü maddəsi ilöə 13 il müddətinə azadlıqdan məhkumetmə cəzasına məhkum edilmişəm.CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalarım qismən toplanmaqla qəti olaraq 07 ilini həbsxanada qalan müddətini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2016-ci il tarixdən hesablanmışdır.

Nəzərə alsaq ki, 1-ci məhkumluq həyatı yaşayıram və yaxından uzaqdan heç bir zaman adım cinayətdə hallanmayıb. 20 il cəzanın 7 ilini də qəti olaraq həbsxana rejimində çəkməyimin təyin edilməsi özü-özlüyində onu əks etdirir ki, vətəndaşa qarşı heç bir humanist addım atılmamışdır. Bütün bunlar nəinki yerli, hətta Beynəlxalq Konvensiya üzrə hüquqlarımın, İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının başlanğıcıdır.

Əlbətdəki İnsan hüquqlarının bu cür kobud şəkildə pozulması ondan xəbər verir ki, bu, hələ son deyil.

Mən AR-sının vətəndaşı İsayev Vüsal Camal oğlu 7 ay Şüvəlan istintaq təcridxanasında saxlanılandan sonra, 26.11.2016-ci il tarixində Qobustan həbsxanasına köçürülmüşəm və aidiyyətı üzrə sözügedən müəssisəyə daxil olduğum vaxt müayinələrdən keçib tam sağlam şəkildə müəssisəyə daxil oluram.

Bunu Sizə təqdim edəcəyim tibbi arayış da təsdiq edir. Qobustan həbsxanasına daxil olarkən qeyri-insani rəftərlara və ağır işgəncələrə məruz qalmışam. Bu işgəncələr davam edib mütəmadi şəkildə müəssisənin sabiq rəisi Aftandil Ağayevdə buna göz yumurdu.

İşgəncələrin birində əllərimə qandalı sıx bağlayaraq rəisin otağına tərəf qaçırtdılar və möhkəm işgəncələr zamanı başımı günün altında əyilmiş formada saxladılar. Qandalın sıx olması və işgəncələr nəticəsində sol qolum şişdi, nalayiq ifadələrlə şərəf və ləyaqətim alçaldıldı. Bu işgəncədə Aftandil Ağayev, sabiq rəis müavini Cəfərov Emin, onun müavini Pərviz, nəzarətçi Natiq, Ramin və Ramal iştirak ediblər.

Mən öz növbəmdə qolumdakı xəsarətlə bağlı müraciət etdim və onlar da sağlamlıq vəziyyətimin kritik olduğunu görərək məni Penitensiar Xidmətinin Müalicə Müəsisəsinə köçürdülər. Vəziyyət ciddi olmasaydı Məni Müalicə Müəssisəsinə köçürtmədilər.

MM-də tam müayinələrdən sonra mənə xərçəng xəstəliyi diaqnozu qoydular və qolun amputasiya edilməsi irəli sürüldü, mən də əlbəttə ki buna razı ola bilməzdim cavan bir gənc, evim tək oğlu tək qolla kimə lazımdı axı? Bu acı da olsa gerçəkdir!

Mən də öz növbəmdə bundan imtina etdim. MM-nin Baş həkiminə ərizə ilə müraciət etdim və məni müayinələrdən keçirib əlillik komissiyasına dəvət göndərdilər, xəstəliyim təsdiq olundu, amma nədənsə 2018-ci ildən bu xəstəliyim rəsmi qaydada xarakterizə olunsa da pensiya almıram. Bu mənə qrşı olan növbəti qanunsuzluq və özbaşınalıqdır.

Sonra mən "yatap" olundum həbsxanaya, bütün instansiyalara müraciət etməyimə baxmayaraq, nəticə yoxdur!

Bütün instansiyalara müraciət etdiyim qəbzlər də məndədir!

Mənə heç bir sənəd vermədiklərini görüb Tibb Baş idarəsinin rəisi Rafayıl Mehdiyevə müraciət ünvanladım ki, xəstəliyimi təsdiq edən tibbi arayışın mənə təqdim olunması haqda göstəriş versin. Həbsxananın tibb sanitar hissəsinin tibb xidməti mayoru Ərəstun Şamilovun öz şəxsi imzasıyla təsdiq etdiyi tibbi arayış mənə təqdim olundu.

Həmin tibbi arayışı sizin nəzərinizə çatdırmaq istəyirəm və diqqətinizi bir yerə xüsusiylə çəkmək istəyirəm.

Tibbi arayışda mən müəssisəyə daxil olarkən tam sağlam olduğumu, fizioloji göstəricilərimin norma civarında olduğunu müşahidə edilir, sonra xəstəliyim rəsmi olaraq xərçəng kimi xarakterizə olunduğunuda görünür. Daha sonra diqqətimi bir şey də çox çəkdi. Yazılıb ki, Amanestik məlumata əsasən, yəni məhkumun özü haqda verdiyi məlumat. Bu xəstəlik İsayev Vüsalda uşaq yaşlarından olmuş və gedərək şiş irəlləmişdir.

Siz savadsızlığın pik həddinə fikir verin. Mənə maraqlıdır ki, belə insanlara necə etimad bəslənilib, rütbə, vəzifə verilib?

1) Tibbi arayışda müəssisəyə daxil olarkən tam sağlam olduğum təsdiq edilir, fizioloji göstəriciləri norma civarında olub, deyilir şəxsi imza ilə də təsdiqolunur.
2) Sonra deyirlir ki, arayışda bu anamestik məlumata əsasən uşaq yaşlarından olmuş gedərək irəllləmişdir şiş olubmuş.

Ortaya sual çıxır!

1)  Ərəstun Şamilov hansı rəsmi hüquqi əsasa dayanaraq deyir ki, uşaq yaşlarından olub?
2)  Əgər məhkumun özü haqqında dediyini əsas tutursa, niyə belə bir məslən haqda Vüsalın özündən yazılı     
     formada izahat alınmır?
3)  Əgər almamısansa belə bir izahat mövcud deyilsə, bəs nəyə əsasən deyilir bu fikirlər?
 
Mən sadəcə xəstəliyimi təsdiq edən tibbi arayış istəmişəm, bəs bu bəndi ora əlavə etməkdə maraq nədir görəsən?

İcazənizlə mən izah edim sizə. Tibbi arayışda bu bəndin qərəz və işgəncələrin əslində Vüsalın başına gəldiyini və ört basdır etmək səbəbi daşıdığım bir sənədlə sübut edirəm ki, Ərəstun Şamilov və bu səlahiyyəti ona verənlər yalan danışırlar!

 Mənim hüquqi nümayəndəm Mülki Etibarnamə ilə Vüsalın yaşadığı ərazidə yerləşəm Tibbi məntəqədən (Poliknika) tutulan günə qədər tam sağlam olmağım haqda sağlam olduğunu təsdiq edən tibbi arayış əldə etmişəm, onu da sizin diqqətinizə çatdırmaq üçün sizə təqdim edirəm.

Bu növbəti vətəndaşa qarşı edilən özbaşınalıqdır!

Növbəti faktor bundan ibarətdir ki, bu mövcud xəstəliyimdən dolayı Qaradağ Rayon Məhkəməsinə cəzaların icrası Məcəlləsinin 170.5–ci maddəsinin tələblərinə müvafiq olaraq, xəstəliyi ilə əlaqədər olaraq, cəzadan vaxtından əvvəl azad olunması haqda müraciət etmişəm. Çünki vəziyyətim o dərəcədə kritikdir ki, sol qolum perespektivsizdik cəza çəkməyimə, hətta yaşamağıma belə mane olur.

Məhkəmə müraciətimi təmin etd və xəstəliyimi şəhaləndirilməsi üçün müalicə müəssisəsinə köçürülməy qərara aldı, xüsusi ekspert komissiyyasına bu işi həvalə etdi.

Bilirsiniz  ekspert komissiyası kimlərdir? Tibbi arayışda bu xəstəlik Vüsalda uşaq yaşlarından olub deyənlər, yəni Rafayıl Mehdiyev, İftixar Qurbanov onun müavini bu adı çəkilənlərdə Tibb Baş İdarəsinin rəisi və müavinidir.

Sizcə tibbi arayışda bu bəndin qərəzli halda ora əlavə edilməsinə göz yumanlar məni nə dərəcədə, nə formada şəhadətləndirib işimə şəffav baxa bilərlər?

Əlbəttə ki heç cürə! Bu məsələ ictimailəşməsə Avropaya qədər çatdırılmasa bir çox vətəndaşımız belə məhv olacaq!

Aidiyyətı üzrə köçürüldüyüm MM-də də oyunlar davam edirdi. Mənə buranın Baş həkimi Nicat Cəlilov bildirdi ki, yenidən təkrar müayinələrdən keçməlisən. Əks halda şəhadətləndirmən həyata keçirilməyəcək.

Mən də öz növbəmdə bildirdim mən dəfələrlə müayinələrdən keçmişəm, milli onkologiya mərkəzi və tibbi baş idarəsi tərəfindən rəsmi qaydada xərçəng xəstəsi kimi xarakterizə olunmuşam. Şəhadətlənməmi müvcud xəstəliyimin mövcud sənədləri əsasında həyata keçirilməyini rəsmi qaydada əlaqələndirərək Tibb baş idarəsinin Rəisinə və Qaradağ Rayon Məhkəməsinə ərizə şəklində göndərdim.

Baş həkim bunu gözləmirdi əlbəttə ki. O təkrarən məni müayinəyə cəlb edib buraxdıqları səhvləri düzəltmək istəyirdi, amma məni əlaqələndirərək imtina etməyim bunlara sərf etmədi, bu ərizəmə rəğmən yenidən "yatap" göndərdilər bu halımla məni həbsxanaya.

Biz bu şərtlər altında səni burada saxlaya bilmərik iddiyasıyla!

Həbsxanada olarkən online olaraq Məhkəməyə çıxdım və hakimə izah edəndən sonra yenidən tələbimi ərizə şəklində hakim Rufan Mürsəlova ünvanladım. Bildirildi ki, həmin tələbimdə məni təkrarən müayinəyə deyil mövcud xəstəliyimi mövcud sənədlər əsasında təmin edilərək şəhadətlənməsi həyata keçirilsin.

Üstündən 3 ay keçməsinə baxmayaraq heç bir nəticənin olmadığını görüb hüquqi müstəvidə təzyiqlərimi artırandan sonra baxın ortaya nə çıxdı.

Mənə gətirib bir sənəd verdilər 29.05.2021-ci il tarixli İftixar Qurbanov tərəfindən göndərilmiş tələbnamə!

Həmin tələbnamədə bildirilir ki, yenidən müayinəyə razı olana qədər Məhkəmə təxirə salınaca1!

Bunların israrla məni yenidən müayinəyə cəlb etmək istəkləri məni düşündürdü və mən bu qənaətə gəldim ki, Baş həkimlə Ərəstun Şamilovla söhbət edim.

Söhbət prosesində çox maraqlı faktlar ortaya çıxdı, o bildirdi ki, sənin məhkəmə qərarını mən oxumuşam!

Düşünün mənə gələn Məhkəmə qərarıyla mən tanış olmadan Baş həkim artıq oxuyub və mən dərhal qərarı tələb etdim.

İnanirsiz, qərarı mənə təqdim edəndən sonra ortaya çıxır ki, sən demə Məhkəmə mənim haqqımda qərarı 18.02.2021-ci il tarixində mənə elan etmişdir.

Qərar isə mənə 31.05.2021-ci il tarixində təqdim olunur. 3 ay gecikdirərək qərarı gizlətməkləri azmış kimi İftixar Qurbanovun tələbnaməsini mənə qərardan qabaq verirlər ki, mən əlacsız qalım, qəbul edim yenidən israrla mənə təklif etdikləri müayinəmi.

Qərarda baxın, Hakim nə qərar verib.
Onkoloji xəstə olması ilə əlaqədər təkrar, haqlı olaraq həmin müayinələrdən keçməkdən imtina etmişdir.

Məhkəmə məhkumun ərizəsi ilə bağlı proses iştirakçılarının fikirlərini dinləyərək belə qənaətə gəlir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məhkum İsayev Vüsal Camal oğlunda həqiqətəndə cəza çəkməyə mane olan ağır xəstəliyin mövcud olub- olmadığının müəyyən edilməsi üçün Məhkum AR-sı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xüsusi ekspert komissiyası tərəfindən pentensiar xidmətinin müalicə müəssisəsində tibb şəhadətləndirilməsi və eləcə də onun tibbi şəhadətləndirilməsinin mövcud sənədlər əsasında həyata keçirilməsi təmin edilməlidir, (İş № 7(002)-3/2021).
Təsəvvür edin mən bunları biləndə nə stress yaşadım! Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi yazıb göndərirəm. Qeydiyyat şöbəsinin rəisi Musayev Həsən Mahmud oğluna göndərmir ərizəmi. Özü də  ki, bu ƏNPX-nin həbsxanasının nümayəndəsidir. İddia ərizəsini göndərməməyində nə kimi marağı var özünüz düşünün. Hal-hazırda burdayam, MM-də gözləyirəm növbəti oyunları nə olacağını.

Bununla yanaşı işgəncələrə məruz qaldığıma görə Baş Prokurorluğa müraciət etdim nümayəndə gəldi. Emin müəllim izahatımı da aldı. Ssonra Prokurorluq baxılması üçün isə yönəldib Ədliyyə Nazirliyinin üstünə. Bu baş verənlər AN-nin tərkibində olan qurumlar tərəfindən baş veribsə necə şəffaf baxacaq bu işimə. Əlbətdə ki, əleyhimə qərar verəcək, vətəndaşı dinləyən belə olmayacaq.

Mən Prokurorluğa ərizə yazıb son olanları da diqqətlərinə çatdırdım ki, işi ƏN-nin alıb özləri baxsın deyə. Amma nəticə yoxdur. Əksinə Prokurorluq özü araşdırması lazım olduğu halda ƏN-nə yönəldir işi. Onlar da bu yaxınlarda mənə məktub göndəriblər ki, biz sizin müraciətinizə baxdıq, əməkdaşlar tərəfində sizə işgəncələr verilməyi faktı qeydə alınmamışdır.
Sizin təhlükəsizliyiniz Qanunvericilikdə nəzərdə tutulan qaydada təmin edilir.

Mənim haqq səsimi boğan və məni qeyd etmədikləri halda bununla necə araşdırdılar?

Deməli ortaq cinayətin ortaqları desək yanılmarıq.

Mən, Sizdən xahiş edirəm bu ciddi məsələdir və işiqlandırılmasına, ictimailəşdirilməsinə ehtiyac duyulur. Belə məsələlərə göz yumsaq vətəndaşların hüquqları get-gedə daha da pozular və təsəvvür edin haqsızlığa məruz qalan bir vətəndaşdır, lakin fikirlərini ifadə edə bilmir.

Onda buna yol vermək olmaz, bütün bu işdə əli olanlar məsuliyyətə cəlb olunmalıdır. Vətəndaşlara yaradılan süni əngəllər, süründürməçilik, özbaşınalıq hökm sürür. Ölkədə və ölkə hüdudlarından kənarda da qoy bilsinlər bu baş verənləri Avropa İnsan Hüquqlarına kimi əliniz hara çatırsa, haqqın səsin boğulmağa qoymayım.

Vəsiyyətnamə də tərtib etmişəm, onu da sizin diqqətinizə çatdırıram, baxın, hansı vəziyyətdir ki, vətəndaş artıq vəsiyyətnamə yazıb qoyur.

Mən İsyayev Vüsal Camal oğlu yazdıqlarımın məsuliyyətinin fərqinə vararaq bildirmək istəyirəm ki, bu dediklərim özü-özlüyündə həqiqəti əks etdirir və tam əminliklə deyirəm ki, bu haqqı hər tərəfə bildirənə qədər susmayacam.