Zəngilandan Allaha edilən dua
Tarix: 10.02.2021 / 09:41 •
Oxundu: 157 dəfə •
Cəbrayıldan sonra yolumuz Zəngilanadır. İgid oğullar yetişdirən, bərəkətli torpaqlara sahib, füsunkar təbiəti, ecazkar mənzərəsi ilə göz oxşayan Zəngilana.
Xatırladım ki, səfərimiz ölkəmizdə akkreditə olan diplomatik korpusun çoxsaylı nümayəndələrinin Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayəti ilə Cəbrayıl və Zəngilan rayonlarına ziyarəti zamanı baş tutdu.
Zəngilana səfər proqramda ən sonuncu idi. Cəbrayıldan Zəngilana gedən yolda bizi 30 ilə yaxın baxımsızlıqdan kol-kos basmış ərazilər, ucsuz-bucaqsız qamışlıqlar müşayət edirdi. Bu qamışlıqların arasında barbarcasına talan edilmiş, yandırılmış evlərin qalıqlarını görürük. Hətta bəzi evlərin ortasından 27 yaşı olan qocaman ağaclar boylanır. Bəlkə də Zəngilanda doğulub, boya başa çatan insanlar belə bu kolların arasında öz evlərini tapmayacaqlar.
Şəhərə çatar-çatmaz ilk üz tutacağımız ünvan qədim Zəngilan məscidi idi. Beləliklə, dörd bir tərəfi qamışlıqlıa əhatə olunmuş şəhəri dolaşdıqdan sonra XVII-XVIII əsrlərə aid edilən, Səfəvilər dövründə tikilməsi güman olunan məscidə tərəf yollandıq. Əslində biz buraya məscid desək də burada məsciddən heç bir əsər əlamət də yox idi. Məscidin nənki qapısı və ya minarəsi, hətta bu yarıuçuq tikilinin məscid olduğunu xatırladacaq heç bir əlamət belə gözə dəymirdi. Hərçənd ki, işğaldan azad olunduqdan sonra xeyli təmizlənmə işləri aparılsa da Zəngilanlıların özləri belə bu məscidi görsə tanımazdılar. İllərdir bu məsciddə donuz saxlanıldığı isə hər halından bəlli idi. Zəngilan məscidində o görüntünü təsəvvür etdikdə insanın damarında qanı donurdu. Bu səfərlə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Allahın evini belə mənəvi terrora məruz qoyan düşmənin mənfur xislətinə bir daha əmin oldular.
Allahın evinə daxil olduqda insanı qəribə bir aura bürüyür. Şəkil çəkdirən kim, dua edən kim, göz yaşlarına sahib olmayan kim... Məscidə daxil olduqdan sonra Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm 27 ildən sonra məscidin dağıntıları arasında namaz qıldı, Allaha Zəngilandan dua etdi. Namazdan sonra mətbuata açıqlama verərək təəssüratını bölüşdü: “Həmd olsun ki, biz bura gəldik, məscid öz sahiblərinə qayıtdı və biz burada namaz qıla bildik”.
Səfər boyu səfirləri və media nümayəndələrini diqqətdə saxlayan Hikmət Hacıyev isə mətbuat nümayəndələrinin ona ünvanladığı sualları cavablandıraraq bildirdi ki, Ermənistanın 30 il müddətində işğal etdiyi ərazilərdə bütün infrastruktur məhv edilib: “Vəziyyətlə yerində tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanı var və hər şey açıqdır. Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir. Yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək. Biz Prezidentin dediyi kimi, işğaldan azad olunan bütün ərazilərdə yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”.
Məsciddən çıxaraq Mincivan qəsəbəsinə doğru yol alırıq. Yol boyu bizi yenə də xarabalıqların simvolu hesab olunan qamışlıqlar və Zəngilan torpağının yetişdirdiyi meyvə ağacları müşayət edir. 30 il müddətdində baxımsız qalan bu ağaclar nə zamansa buraların gerçək sahiblərinin geri dönəcəyinə ümidini itirməyərək ayaqda qalmaqda və yenə də məhsul verməkdə davam edib. Mincivana daxil olquda isə burada yaşayışın olduğu hər halı ilə sezilir. Belə ki, yol boyu bir neçə dağılmış ev gördük.
Səfər zamanı bizə Mincivandan “Bakı-Qafan” dəmir yol stansiyası ilə bağlı məlumatlar verilir. Qeyd edilir ki, Mincivan Dəmiryol Stansiyası Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə yerləşib. Stansiyadan Culfa-Horadiz-Sarıcalar-Osmanlı-Yeni dəmiryol xətləri keçib. 1993-ci ildə Ermənistan silahlı bölmələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra fəaliyyəti dayandırılıb. Bu, dəmir yolunun ən önəmli stansiyalarından biri olub.
Bu torpağı ziyarət etdikcə Hikmət Hacıyev media nümayəndələrinə Mincivanla bağlı fikirlərini bölüşür: “Sovetlər dövründə Mincivan regional nəqliyyat habı rolu oynayıb. Lakin erməni işğalından sonra tamamilə məhv edilib. Dəmir yolu relsləri metal kimi satılıb. Biz bu nəqliyyat habını yenidən bərpa etmək niyyətindəyik. Ümid edirik ki, Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək. Eləcə də bütün məsələlərdən lazımi nəticə çıxaracaq”.
Deyilənlərə görə Mincivanda təxminən 100-150 evdə yaşayış olub. Gördüklərimiz qədəri ilə buna yaşayış demək qeyri mümkün idi. Görünən də odur ki, ermənilər işğal etdikləri torpaqlıarın da onlara məxsus olmadıqlarını və bir gün bu torpaqların əsl sahibinin geri dönəcəyindən ən azı bizim qədər əmin imişlər. Yoxsa kim evini belə viran vəziyyətinə qoyar ki?