Ölkədə bütün qiymətlər artmağa başlayıb
Tarix: 12.02.2021 / 16:33 •
Oxundu: 145 dəfə •
Bəs, hökumət qiymət artımına necə nəzarət edir, istehlakçıya ictimai nəzarət imkanı yaradıbmı? Qeyd edək ki, supermarketlər şəbəkəsinin mobil tətbiqlərində məhsulların qiymətində endirimlərlə bağlı məlumat verilsə də, bahalaşma ilə bağlı məlumata rast gəlmək olmur.
Mütəxəssislər hökumətin bahalaşmanın monitorinqini aparması, süni qiymət artımları ilə bağlı məlumatları toplaması və istehlakçının hüququnu qoruması üçün ölkə üzrə vahid bir rəqəmsal platformanın yaradılmasına ehtiyac olduğunu bildirirlər.
“Elektron Ticarət” İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov bildirib ki, nəzarət olmadığı üçün qiymət artımı müşahidə olunur.
“Mütləq şəkildə qiymətlərin monitorinqi aparılmalıdır. Ticarət obyektləri vahid rəqəmsal platformaya qoşulmalıdırlar. Burada məhsul haqqında məlumat, qiymət artımı və azalma ilə bağlı məlumat verilməlidir. Hazırda bu platform mövcud deyil. Nəzarət olmadığı üçün gündə bir neçə dəfə qiymətlər dəyişdirilir”,- deyə N.Manafov bildirib.
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumət Mərkəzi sosial əhəmiyyətli, daha çox tələbat olan malların siyahısı üzrə qiymət artımını monitorinq etmək üçün bir rəqəmsal həll-mobil tətbiq hazırlaya bilər: “Bəzən vətəndaş aldığı malı geri qaytara bilmir, aldığı xidmətin keyfiyyətindən razı qalmır, bununla bağlı anındaca müraciət etmək imkanı olmadığından öz hüquqlarını reallaşdırmaqda çətinlik çəkir. Əgər vətəndaş üçün aldığı malın çekini “scan” etmək və ya QP-kodu oxumaq imkanları yaradılsa o, dərhal bu mobil tətbiqlə aidiyyatı ünvana müraciətini yönləndirə bilər”.
Hökumətin son qiymət artımlarından sonra bir çox sahələrdə bahalaşma müşahidə olunmağa başlayıb. Xüsusilə də ərzaq və xidmətlər sektorunda bu açıq-aşkar hiss olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara müraciət edərək tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinə çağırmışdı. Buna baxmayaraq bazarda qiymət artımı davam edir. Sahibkarlar qiymət artımı təbii hesab edirlər.Bəs, hökumət qiymət artımına necə nəzarət edir, istehlakçıya ictimai nəzarət imkanı yaradıbmı? Qeyd edək ki, supermarketlər şəbəkəsinin mobil tətbiqlərində məhsulların qiymətində endirimlərlə bağlı məlumat verilsə də, bahalaşma ilə bağlı məlumata rast gəlmək olmur.