Nazim Quliyev: Həbsimin sifarişçisi Mirsaleh Seyidovdur
Tarix: 29.05.2025 / 01:32 •
Oxundu: 0 dəfə •
Nazim Quliyev: Həbsimin sifarişçisi Mirsaleh Seyidovdur.
Qondarma və saxta iftiralarla 22.04.2024-cü il tarixdən azadlıqdan girov götürülmüş İdeal Partiyasının başkanı, İdeal Media Qrupun qurucusu Nazim Quliyevin müraciəti yayılmışdır. Müraciətdə deyilir:
2-ci ildir ki, məchulluq içərisində dolaşan fikirlərimə nəhayət ki, son verdim. Ola bilsin ki, o, tək deyil, ola bilsin ki, əsas fiqur deyil. Lakin sifarişin əsas moderatoru Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovdur.
1 ildir ki, Mirsaleh Seyidov mənə qarşı düzənlənmiş iftira krujevalarının (23 saylı orta məktəbin inzibati binasının 2-ci mərtəbəsindəki ofisi, xitam verilmiş işin yenidən ittiham edilməsi: dilənçidən pul tələb edilməsi və s.) yayılmaması üçün sakit durmaq məsləhətinin verilməsi, sifarişin digər orqanların rəhbərləri tərəfindən verilməsi kimi abstrakt fikirləri ortaya atması, həbs ediləndən bu günə kimi telefon danışıqlarımı nəzarətdə saxlaması, mənə olan mənfi fikirlərini anamla danışarkən sövq-təbii ifadə etməsi görünən tərəflərdəndir.
Mənim mütəmadi olaraq tənqid etdiyim sfera Penitensiar Xidmət olmuşdur. Mən həbsdə olduğum müddətdə 7 ay PKT-də saxlatdırılıb. Sonradan 6 ay qapalı həbsxanaya göndərən də məhz Mirsaleh Seyidov olmuşdur.
Bakı Ağır Cinayətlər Məhkəməsində Mirsalehin adamlarının mütəmadi olaraq mülki formada iştirak etmələri, işə ədalətli baxılacaq kimi yalançı vədləri, son nəticədə 8 il həbs cəzası ilə yekunlaşması görünən tərəflərdəndir.
Azadlığımın 8 ili oğurlandıqdan sonra etmək istədiyim müraciətlər göndərilmir, mənə gah BİT-də, gah da Umbaku arasında yol ölçdürür. Artıq daha iyrənc təxribat şarları dövriyyəyə buraxılmışdır.
Maşalarının icra etdiyi ssenarilər üzrə bilirəm ki, fiziki məhvim üçün Mirsaleh Seyidovun öhdəliyi də var. Ona arxalıq edən Milli Məclisin komitə sədri Hüseynli Əli Məhəmməd oğlu ilə hərbi xidmətdə — Qorki vilayətində artilleriya briqadasında qulluq etmişik. O zaman Əli Məhəmməd oğlu ştab rəisi Dev-Ter Petrosyanın yazı işlərini görürdü. Hərbi xidmətdən sonra da dostluq etdik. Qardaşının toyunda yaxşı iştirak etdi və birlikdə rəqs etdik.
Həmin videonun silinməsi üçün Mirsaleh məndən israrla xahiş etdi. Tərəfimdən yerləşmədiyinə görə silə bilməyəcəyimi dedim. Hazırda Əli Hüseynlinin köməkçisi Cavid, Mirsalehin dayısı Sumqayıt Univermaq "Zaman"ın nəvəsidir. Görünür bu və ya digər qaranlıq işlərinin silinməsi üçün vacibdir ki, məni həyatdan silmək. Bunun üçün də ən optimal yer məhz həbsxanadır.
Bu adamlar öz şəxsi maraqları, komanda maraqları naminə, vəzifə kulisələri naminə istənilən cinayətə müəlliflik etməyə hazırdırlar.
Böyük zonda Mirsalehlə yaxşı münasibətdə olduğumdan, ona qarşı çox müsbət fikirdə olmuşam və müdafiə etmişəm də. Lakin heç bir mübaliğəyə yol vermədən deyə bilərəm ki, mənə qarşı bundan sonra törədiləcək təxribatların, terrorların müəllifi məhz Mirsaleh Seyidovdur.
Bu barədə sifarişi icra edən orqanlar bilgili olduqları kimi, istədim ki, bilməyənlər də bilsin! Bilsinlər ki, üstü bəzək, içi təzək olan penitensiar sistemdə anarxiya, rüşvət, özbaşınalıqlar əvvəlkindən daha iyrəncdir. Rüşvət olmadan haqqın tanınmaz! Qaydalara uyğun davranmasan, məhv olarsan. Penitensiar sistemdə dövlətə, xalqa xidmətdən deyil, xəyanətdən danışmaq olar və danışacağıq!
