TÜRKİYƏDƏ ŞİRİN MİRZƏYEVİN ADININ ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQDA QƏRAR VERİLDİ...
Tarix: 18.04.2021 / 18:09 •
Oxundu: 139 dəfə •
Bursanın Karacabey rayon Bələdiyyə Başkanlığı Məclisi Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi komandir Şirin Mirzəyevin adının əbədiləşdiləşdirilməsi haqda qərar qəbul edib.
İDEAL Media.az xəbər verir ki, Qaziler.az-ın yaydığı məlumata görə, Karacabey rayon Bələdiyyə Başkanlığı Məclisi rayon ərazisində yeni salınmış parka Azərbaycanın Milli Qəhrəmanı, adı Qarabağ savaş tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunmuş Şirin Mirzəyevin adının verilməsi haqda qərar verib.
Parkın may ayında istifadəyə veriləcəyi bildirilib.
Qeyd edək ki, Bursanın Karacabey rayonu Bakı şəhərinin Nəsimi rayonu və Azərbaycanın qəhrəman şəhəri hesab edilən Tərtər qardaşlaşmış rayonlardır.
Şirin Vəli oğlu Mirzəyev 5 yanvar 1947-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. Burada Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra, 1967-ci ildə Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi Məktəbə daxil olmuşdur. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmış, təyinatla İrəvana göndərilmişdir. Beş il burada xidmət etdikdən sonra işini Bakıya dəyişmişdir. Ş.Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. O, Moskva Ali Siyasi Akademiyasına qəbul olmuş, 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, bütün varlığı ilə yurduna bağlı bir insan idi. Gündən-günə bərkiyən, püxtələşən və kamil bir zabitə çevrilən qeyrətli Vətən oğlu, içdiyi hərbi anda ömrü boyu sadiq qaldı, ən çətin anda ruhdan düşmədi, əqidəsinə arxa çevirmədi. 1991-ci ildə onu Ağdama gətirən də məhz Vətəninə, xalqına hədsiz sevgisi idi. Ş.Mirzəyev əla xidmətlərinə görə dəfələrlə medallar və döş nişanları ilə təltif edilmişdir. Rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir.
O, Qarabağ hadisələri başlayanda raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş etdi. O, ayrı-ayrılıqda fəaliyyət göstərən silahlı dəstələrin vahid komandanlıq altında birləşməsini istəyirdi. 9 oktyabr 1991-ci il tarixdə o, Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edildi. Cəsur komandir qısa müddət ərzində ətrafına güclü döyüşçü kontingenti topladı. Polkovnik-leytenant rütbəsinə kimi yüksələn igid komandir torpaqlarımızın hər bir qarışının müdafiəsi üçün əsl qəhrəmanlıq nümunəsi göstərir, şərəfli hərbçi adını ləyaqətlə qoruyurdu.
1992-ci il iyun ayının əvvəllərində komandanlıq tərəfindən böyük bir hərbi əməliyyat planı hazırlandı. Qoşun hissələri eyni vaxtda 3 istiqamətdən hücuma keçib, düşməni geri oturtmalı idilər. Hücum əməliyyatını uğurla həyata keçirmək üçün güclü hərbi texnika, silah-sursat lazım idi. Taborun ixtiyarında olan döyüş vasitələri tələbatı ödəmirdi. Cəsur komandir bütün çətinliklərə baxmayaraq öz dəstəsilə Xaçınçay boyunca irəliləyib, ilk həmləylə Qazançı kəndini düşməndən azad etdi. İgid komandir əlavə plan hazırlayaraq, iyunun 12-də Sırxavənd kəndini nəzarət altına alır.
Polkovnik-leytenant Şirin Mirzəyev orduda baş verən haqsızlıqlara dözə bilmirdi. O, 1992-ci il iyunun 18-də Bakıya gəlib rəhbərliklə danışıq aparır və yenidən öz mövqelərinə – Qaralar kəndinə yollanır. Lakin geri qayıdarkən mindiyi “UAZ” markalı maşın minaya düşür və əfsanəvi komandir həlak olur.