“Hər gün münaqişələrdə 25 uşaq dünyasını dəyişir və ya xəsarət alır…”
Tarix: 05.06.2021 / 09:40 •
Oxundu: 223 dəfə •
“2020-ci ildə qaynar münaqişə zonalarında yaşayan uşaqların sayı 2018-ci ildəkinə nisbətən 2 faiz artaraq 160 milyon nəfərə çatıb...”
Hər il planetimizdə çox sayda uşaq münaqişələr səbəbindən həyatını itirir. Hazırda silahlı münaqişə zonalarında yaşayan uşaqların sayı isə təxminən 160 milyon nəfərdir”.
İDEAL Media.az xəbər verir ki, “Anadolu” agentliyi bu məlumatı BMT-nin və beynəlxalq QHT olan “Save The Children”-in hesabatlarına istinadla yayıb.
1982-ci ildə BMT 4 iyunu Beynəlxalq Günahsız – Aqressiya Qurbanı Uşaqlar Günü(International Day of Innocent Children Victims of Aggression) elan edib.
O dövrdə bu qərar İsrail hücumlarına məruz qalmış fələstinli və livanlı uşaqlara görə qəbul edilmişdi…
BMT-in məlumatlarına görə, son 10 ildə münaqişələr nəticəsində həlak olan və ya əlil olan uşaqların sayı 93 mindən çoxdur.
2020-ci ildə bütün tarix boyu uşaqlara qarşı 2019-cu ildəkindən 26 min çox olmaqla rekord sayda hüquq pozuntusu qeydə alınıb.
Qeyd edilir ki, 2005-ci ildən, yəni BMT-nin hesabat aparmağa başlamasından bəri uşaqlara qarşı ciddi hüquq pozuntularının sayı 250 mini ötməkdədir.
Fələstin, Yəmən, Konqo Demokratik Respublikası, Somali və Əfqanıstan uşaqlara qarşı ən çox hüquq pozuntusu hallarının olduğu ölkələrdir.
2010-cu ildən bəri hər gün münaqişələr zamanı 25 uşaq dünyasını dəyişir və ya xəsarət alır.
“Save The Children”-in hesabatına əsasən 2020-ci ildə qaynar münaqişə zonalarında yaşayan uşaqların sayı 2018-ci ildəkinə nisbətən 2 faiz artaraq 160 milyon nəfərə çatıb.
2019-cu ilin hesabatına görə, uşaqların yaşadığı ən təhlükəli ölkələr Asiya və Afrikada yerləşir.
Bu siyahıya Əfqanıstan, Cənubi Sudan, İraq, Konqo Demokratik Respublikası, Mali, Nigeriya, Mərkəzi Afrika Respublikası, Somali, Sudan, Suriya və Yəmən daxildir.
BMT-nin məlumatlarına əsasən, dünyada 250 minə yaxın uşaq münaqişələrə cəlb edilib. Həmin uşaqlardan döyüşçü, casus, kuryer, hambal və ya aşpaz kimi istifadə edilir.
Azyaşlı və yeniyetmə qızlar isə cinsi zorakılığa məruz qalır. Onlar bütün hüquqlardan məhrumdurlar.